
Çində inanılmaz hadisə: Ölən qohumunun yanına "Mercedes" basdırdı
Çinin şimal-şərqində bir kişi vəfat etmiş qohumunun yanında "Mercedes-Benz S-Class" markalı avtomobilini basdırıb. Lakin bir sıra qanunları pozduğuna görə o, nəqliyyat vasitəsini sonradan qazdırıb çıxarmağa məcbur edilib.
Çinin şimal-şərqində bir kişi vəfat etmiş qohumunun yanında "Mercedes-Benz S-Class" markalı avtomobilini basdırıb. Lakin bir sıra qanunları pozduğuna görə o, nəqliyyat vasitəsini sonradan qazdırıb çıxarmağa məcbur edilib.
Gundem.today xəbər verir ki, bu barədə Çin Milli Radiosu məlumat yayıb.
Ehtimal olunur ki, avtomobili basdıran şəxs mövhumatçı olub. Avtomobilin dövlət nömrə nişanında dörd ədəd səkkiz rəqəmi yer alıb. Çin mədəniyyətində səkkiz rəqəmi uğurlu hesab olunur. Bu səbəbdən səkkiz rəqəmi olan nömrələr adi nömrələrlə müqayisədə daha baha satılır və qiyməti bir neçə yüz min yuana qədər yüksələ bilir.
Məlumata görə, basdırılan avtomobilin dəyəri Çində təxminən 130 min yuan (19 min dollar) təşkil edir.
Qeyd olunur ki, kişi yol hərəkəti təhlükəsizliyi qaydalarını, meşələrlə bağlı qanunvericiliyi və dəfn mərasimlərinin təşkili ilə əlaqədar normaları pozub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaRusiyada qorxunc mənzərə: Sahillərdə yüzlərlə ölü delfin tapıldı
Rusiyanın Krasnodar diyarı sahillərində 100-dən çox ölü delfin aşkarlanıb.
DünyaABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyində böhran sonrası ilk addım - Hamı işə qayıdır
ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi əməkdaşların maaşları bərpa olunmaqla işə qayıtması barədə göstəriş verib.
DünyaMarsa gedən yol Aydan keçir - YENİ PLAN
Ay Marsın mənimsənilməsi yolunda hazırlıq və sınaq platforması rolunu oynaya bilər.
DünyaFransada dəhşət: Yoxa çıxan uşağın sirri açıldı
Fransa polisi atasının mikroavtobusa kilidlədiyi doqquz yaşlı oğlanı xilas edib.