
Fransada dəhşət: Yoxa çıxan uşağın sirri açıldı
Fransa polisi atasının mikroavtobusa kilidlədiyi doqquz yaşlı oğlanı xilas edib.
Fransa polisi atasının mikroavtobusa kilidlədiyi doqquz yaşlı oğlanı xilas edib.
Gundem.today xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb.
Məlumata görə, qonşular həyətdə park edilmiş nəqliyyat vasitəsindən səs eşidiblər və polisə məlumat veriblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları avtomobildə yorğanın altında halsız vəziyyətdə uzanmış çılpaq bir uşaq aşkar ediblər. Çirkab içində olan oğlan solğun və arıq vəziyyətdə olub. Uzun müddət hərəkətsiz qaldığı üçün yeriməkdə çətinlik çəkib. Uşaq təcili olaraq yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, zərərçəkən 2024-cü ilin sonunda məktəbə getməyi dayandırıb və o vaxtdan bəri görünməyib.
Oğlanın dediyinə görə, mikroavtobusa kilidlənəndən sonra duş qəbul etməyib və fasiləsiz şəkildə orada saxlanılıb.
Baş vermiş hadisə ilə bağlı uşağın 43 yaşlı atası və onun 37 yaşlı ögey anası saxlanılıblar. Hər ikisi adam oğurluğu və digər cinayət əməllərində ittiham olunurlar.
Məlumata əsasən, ata sevgilisi və iki qızı ilə yaxınlıqdakı evdə yaşayırmış. O, oğlunu guya ruhi xəstəxanaya yerləşdirmək istəyən bir qadından qorumaq məqsədilə mikroavtobusa kilidlədiyini iddia edib.
Ailənin himayəsində olan digər uşaqlar da onlardan alınaraq müvafiq qurumların nəzarətinə verilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİran XİN: "ABŞ ilə danışıqlarda iki-üç mühüm mövzuda fikirlər ayrılıb"
"İran və ABŞ bəzi məsələlərdə anlaşma əldə ediblər, lakin iki-üç mühüm mövzuda fikirlər ayrılıb".
DünyaABŞ-də texniki səhv qadını zəngin etdi
ABŞ-də maaşının hesablanmasında baş verən yanlışlıq nəticəsində artıq ödənilmiş 19 min dolları özündə saxladığı iddia edilən qadın hakim qarşısına çıxarılıb.
DünyaValeri Meladzenin qızına hədiyyə etdiyi malikanə fantastik qiymətə satışa çıxarıldı
Gürcüəsilli rusiyalı məşhur müğənni və prodüser Valeri Meladzenin 345 milyon rubl (təxminən 7,6 milyon manat) dəyərində malikanəsi satışa çıxarılıb.
DünyaRusiyada qorxunc mənzərə: Sahillərdə yüzlərlə ölü delfin tapıldı
Rusiyanın Krasnodar diyarı sahillərində 100-dən çox ölü delfin aşkarlanıb.