
Çində keçmiş sevgililərin süni intellekt "surətini" yaradan servis hazırlanıb
Çində keçmiş sevgililərin süni intellekt əsaslı rəqəmsal surııtini yaratmağa imkan verən yeni servis təqdim olunub.
Çində keçmiş sevgililərin süni intellekt əsaslı rəqəmsal surııtini yaratmağa imkan verən yeni servis təqdim olunub.
Gundem.today xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.
Bildirilib ki, istifadəçilər sistemə yazışmaları, fotoları və sosial şəbəkə paylaşımlarını yükləyirlər. "Ex-partner.skill" modulu həmin məlumatlar əsasında insanın davranış modelini qurur və onun danışıq tərzini, düşüncə məntiqini və intonasiyasını təqlid edir. Virtual obrazı hətta sosial şəbəkələrə inteqrasiya etmək mümkündür.
Texnologiyanın tərəfdarları bunu ayrılıqdan sonra psixoloji rahatlıq üçün faydalı hesab edir, tənqidçilər isə şəxsi məlumatların icazəsiz istifadəsi, emosional asılılıq və real münasibətlərin rəqəmsal simulyasiyalarla əvəzlənməsi risklərinə diqqət çəkirlər.
Qeyd olunur ki, modul açıqmənbəli "Colleague Skill" layihəsi əsasında hazırlanıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTramp İranla bağlı planını açıqladı - Növbəti addım nə olacaq?
ABŞ Prezidenti Donald Tramp İranın əlində qalan raket potensialını məhv etmək istədiyini bildirib.
DünyaMəşhur içki sağlamlıq üçün təhlükəli hesab edilib
Son dövrlər məşhurlaşmış köpüklü çay ("bubble tea") sağlamlıq üçün təhlükəli hesab edilib. Məlum olub ki, bu içkinin tərkibinə əlavə edilən tapioka dənələri bəzi hallarda bağırsaq keçməzliyinə və boğulmaya səbəb olur.
DünyaABŞ-də xristianlar üçün məzmunu filtrləyən yeni mobil şəbəkə yaradılır
ABŞ-də daxili məzmun filtrləmə sistemi olan, xristianlar üçün nəzərdə tutulmuş yeni mobil şəbəkə hazırlanır.
DünyaDoqquz övlad atası Boris Conson Avropada doğum səviyyəsinin azaldılmasına çağırıb
Böyük Britaniyanın sabiq baş naziri Boris Conson Avropa ölkələrini doğum səviyyəsini artırmağa yönəlmiş proqramlardan imtina etməyə çağırıb.