
Dünya çempionatına 39 gün qaldı: HAİTİ - "Qumbaraatanlar" - VİDEO
Haiti millisi Şimali Amerika və Karib hövzəsinin (CONCACAF - KONKAKAF) ən emosional və sürprizlərlə dolu komandalarından biridir. Onlar 1974-cü ildən bəri ilk dəfə dünyanın ən mötəbər turniri olan DÇ-2026-ya vəsiqə qazanıblar.
Haiti millisi Şimali Amerika və Karib hövzəsinin (CONCACAF - KONKAKAF) ən emosional və sürprizlərlə dolu komandalarından biridir. Onlar 1974-cü ildən bəri ilk dəfə dünyanın ən mötəbər turniri olan DÇ-2026-ya vəsiqə qazanıblar.
"Les Grenadiers" (Qumbaraatanlar) uzun fasilədən sonra dünya çempionatına qayıdan Haiti, özünəməxsus atletik futbolu ilə tanınır.
Gundem.today Haiti futbolunun keçmişinə, bu gününə və 2026-cı il gözləntilərinə nəzər salır.
2024-cü ilin mart ayında Haiti milli komandasının baş məşqçisi təyin edilən Sebastyan Minye ölkənin bu qlobal futbol bayramı üçün keçirdiyi bütün seçmə mərhələ oyunlarına rəhbərlik edib. Fransalı mütəxəssis futbolçu karyerası dövründə, 1990-cı illərin sonunda İngiltərə futbolunun aşağı liqalarında bir neçə mövsüm çıxış edib.
Cəmi 26 yaşında məşqçiliyə qədəm qoyan Minye Fransa stadionlarında tanınmış simalardan birinə çevrilib. O, milli komandalar səviyyəsində fəaliyyətə başlamazdan əvvəl "Strasburq" və "Lans" klublarında Jan-Pyer Papenin sağ əli kimi çalışıb.
Daha sonra Umman, Konqo Demokratik Respublikası, Konqo və Toqo yığmalarında çalışıb. 2019-cu ildə Keniya millisinin sükanı arxasına keçən mütəxəssis komandanı 15 ildən sonra ilk dəfə Afrika Millətlər Kubokuna çıxarıb. Ekvatorial Qvineyanı da çalışdırdıqdan sonra, 2022-ci ildə Kamerun millisində Riqobert Sonqun köməkçisi təyin olunub. Nəhayət, o, Haiti millisinin baş məşqçi postunu təhvil alaraq komandaya uğur qazandırmağa başlayıb.
Haitinin ilk dünya çempionatı
Haitinin indiyədək dünya çempionatında yeganə iştirakı 1974-cü ilə təsadüf edir. Karib dənizi təmsilçisi FIFA-nın qlobal turniri üçün ilk dəfə seçmə xarakteri daşıyan və bir il əvvəl Port-o-Prensdə, yəni öz meydanında keçirilən KONKAKAF Çempionatının qalibi olaraq bu hüququ qazanmışdı. Ev sahibləri beş oyunda dörd qələbə əldə etmişdilər. Yeganə uğursuzluq son qarşılaşmada Meksikanın onları 0:1 hesabı ilə məğlub etməsi olmuşdu. Lakin bu nəticə onların ümumi turnir cədvəlində zirvəyə yüksəlməsinə və Qərbi Almaniyadakı yerlərini təmin etmələrinə mane olmamışdı.
1974-cü il turnirində haitililər ilk turda olduqca çətin bir qrupa düşmüşdülər. Onlar əvvəlki turnirin finalçısı İtaliya, heyətində Mario Kempes kimi ulduzun olduğu Argentina və Qjeqoj Latorun liderlik etdiyi, yekunda turnirin bürünc medalını qazanacaq Polşa millisi ilə eyni qrupda yer almışdılar. Antuan Tassinin rəhbərlik etdiyi komanda hər üç görüşdə məğlub tərəf olmuşdu: "Azzurri"yə 1:3, polyaklara 0:7 və "Albiseleste"yə 1:4 hesabı ilə uduzmuşdular. Karib dənizi təmsilçiləri üçün yeganə təsəlliverici məqam Emmanuel Sanonun sayəsində iki dəfə rəqib qapılarına yol tapa bilmələri olmuşdu.
Haiti DÇ-2026-ya necə vəsiqə qazanıb?
"Les Grenadiers" KONKAKAF-ın seçmə mərhələsində qarşılaşdıqları hər iki raundu uğurla adlaya biliblər. İkinci mərhələdə onlar C qrupunda Kürasaodan sonra ikinci yeri tutublar. Dörd oyunda üç qələbə qazanan haitililərin yeganə məğlubiyyəti Şimali Amerikaya yollanacaq digər komanda olan Kürasaoya 1:5 hesablı darmadağınla olub.
Üçüncü mərhələdə Kosta-Rika və Honduras kimi dünya çempionatı təcrübəsi daha zəngin olan iki ölkənin, həmçinin Nikaraquanın yer aldığı olduqca rəqabətli qrupda Haiti cəmi bir dəfə məğlub olub. Səfərdə Hondurasa 0:3 hesabı ilə uduzan komanda, daha da əhəmiyyətlisi, Kosta-Rikadan dörd xal alaraq C qrupunda birinci yeri təmin edib. Kosta-Rika və Honduras arasındakı qolsuz bərabərlik haitililər üçün əsl bayrama çevrilib. Bunun ardınca Nikaraquanı 2:0 hesabı ilə məğlub edən komanda 1974-cü ildən bəri ilk dəfə dünya çempionatı səhnəsinə qayıdışını rəsmiləşdirib.
DÇ-2026-da Haitinin oyun cədvəli (Bakı vaxtı ilə)
Haiti DÇ-2026-da C qrupunda Braziliya, Mərakeş və Şotlandiya millilərinə qarşı mübarizə aparacaq.
C qrupu:
14 iyun, 05:00, Haiti - Şotlandiya (Boston stadionu);
20 iyun, 04:30, Braziliya- Haiti (Filadelfiya stadionu);
25 iyun, 02:00, Mərakeş - Haiti (Atlanta stadionu).
Haitinin Dünya Çempionatındakı ən məhsuldar oyunçusu
Sanon dünya çempionatlarında qol vuran yeganə haitilidir və buna görə də aktivindəki iki qolla ölkəsinin turnir tarixindəki ən yaxşı bombardiri hesab olunur.
Komandasının 1974-cü il turnirində keçirdiyi üç oyunun hamısında məğlub olmasına baxmayaraq, "Don Bosko" klubunun hücumçusu parlaq bir turnir keçirmişdi. Ən yaddaqalan məqam isə Sanonun, əvvəlki 19 matçda qapısını toxunulmaz saxlayan italiyalılarla qarşılaşmada hesabı açması olmuşdu.
Turnirdən sonra hücumçu belə demişdi: "Hər kəs öz-özünə Dino Zoffa kimin qalib gələcəyini soruşurdu. Qəzetlər Avropa və Cənubi Amerika oyunçuları haqqında yazırdı, lakin heç kim bunu bir haitilinin edəcəyinə inanmırdı. Bu isə məni narahat edirdi, çünki mən bunu bacaracağımı bilirdim."
Qrup mərhələsinin sonuncu oyununda o, Argentina qapıçısı Daniel Karnevalini güclü zərbə ilə məyus etsə də, o vaxta qədər "Albiseleste" artıq üç qolluq fərq yaratmışdı. Dünya çempionatındakı çıxışından sonra sürətli hücumçu "Bersxot"da parlamağa başlamış və orada 1979-cu ildə Belçika Kubokunu qazanmışdı. Maraql
Oxşar Xəbərlər
İdman"Bakı Marafonu 2026"nın iştirakçısı: "Bu il də məmnuniyyətlə burada iştirak edirik"
"Hər il olduğu kimi bu il də məmnuniyyətlə burada iştirak edirik".
İdman"Barselona" İspaniya La Liqasında yeni rekord qırdı
"Barselona" 34 turdan sonra toplanan xalların sayına görə İspaniya La Liqasında yeni rekord qırıb.
İdman"Bakı Marafonu 2026" başlayır - FOTO
"Bakı Marafonu 2026" başlayır.
İdman"Bakı Marafonu 2026" başladı - FOTO
"Bakı Marafonu 2026" başlayıb.