
Çində yola tökülən pulları oradan keçənlər yığmağa başlayıblar - VİDEO
Çinin Tszinçjou şəhərində qeyri-adi hadisə baş verib: yol pul əskinasları ilə dolub və yoldan keçənlər onları toplamağa başlayıblar.
Çinin Tszinçjou şəhərində qeyri-adi hadisə baş verib: yol pul əskinasları ilə dolub və yoldan keçənlər onları toplamağa başlayıblar.
Gundem.today "Sohu" nəşrinə istinadən xəbər verir ki, hadisə anbaan kameralara düşüb.
Şahidlərin videoya çəkdiyi görüntülərdə insanların yolun ortasında dayanaraq pulları yığdığı, bəzi sürücülərin isə əskinasları götürmək üçün avtomobillərini tərk etdiyi görünür. Maraqlısı budur ki, ərazidəki kommunal xidmət işçiləri də prosesə qoşularaq pulları süpürgə ilə bir yerə toplayıblar.
Araşdırma zamanı məlum olub ki, hadisə təsadüf nəticəsində baş verib. Belə ki, hərəkətdə olan avtomobilin baqajı qəfil açılıb və içindəki nağd pullar yola səpələnib. Avtomobildə ümumilikdə 300 min yuandan (təxminən 70 min manat) çox pul olub.
Toplanan vəsaitin böyük hissəsi sahibinə qaytarılsa da, təxminən 17 min yuan hələ də tapılmayıb. Polis bildirib ki, tapılmış pulların mənimsənilməsi hüquq pozuntusu sayılır. Hüquq-mühafizə orqanları əskinasları götürən şəxsləri onları könüllü şəkildə sahibinə qaytarmağa çağırıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaNiderlandda İsrail mərkəzinin qarşısında partlayış olub
Niderlandın şərqində, Neykerk şəhərində yerləşən "İsraili dəstəkləyən xristianlar" təşkilatının binasının qarşısında partlayış baş verib.
DünyaABŞ-nin məşhur restoranı ofisiantlara 21 milyon dollar ödəyəcək
ABŞ-nin federal məhkəməsi "Perry's Steakhouse & Grille" restoranlar şəbəkəsinin 700-dən çox keçmiş və hazırkı ofisiantına 21 milyon dollardan artıq vəsait ödəməsi barədə qərar qəbul edib.
Dünya"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır?
Rusiyanın aparıcı avtomobil istehsalçısı "AvtoVAZ" aprelin sonu və mayın əvvəllərində konveyer xətlərini iki həftədən çox müddətə dayandıracaq.
Dünya100 il yaşamağın sirri: Rasionda cəmi bir dəyişiklik kifayətdir
Qida rasionunda yalnız bir dəyişiklik etməklə 100 yaşına qədər yaşamaq mümkündür.