Son dəqiqə
Məhşur reper qalmaqallı ittihamdan sonra azadlığa çıxa bilərmi?Qazaxıstan parlamenti Bakı və Daşkəndlə yeni enerji sazişini təsdiqlədiYüzlərlə heyvan sığınacaqdan çıxarıldı: "Bu qədər iti hara aparım?!" - VİDEOBakı WUF13-ə hazırlaşır: Hansı küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq?Dövlət agentliyinə yeni departament müdiri təyin edilibABŞ-nin kəşfiyyat PUA-sı Fars körfəzində qəza siqnalı verdi və yoxa çıxdı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. "Crocus City Hall" terrorçularının ilkin hədəfi başqa obyekt olubmuş
"Crocus City Hall" terrorçularının ilkin hədəfi başqa obyekt olubmuş
Dünya

"Crocus City Hall" terrorçularının ilkin hədəfi başqa obyekt olubmuş

Dünən
13:12
2 baxış
Paylaş:

"Crocus City Hall"da qətliam törədən terrorçular və onları xaricdən idarə edən şəxslər ilkin hədəf olaraq "Moskva Siti" biznes mərkəzinin qüllələrini nəzərdən keçiriblər. Lakin həmin binanın hücum üçün uyğun olmadığı qənaətinə gələn yaraqlılar yekun olaraq Krasnoqorskdakı konsert zalının üzərində dayanıblar.

"Crocus City Hall"da qətliam törədən terrorçular və onları xaricdən idarə edən şəxslər ilkin hədəf olaraq "Moskva Siti" biznes mərkəzinin qüllələrini nəzərdən keçiriblər. Lakin həmin binanın hücum üçün uyğun olmadığı qənaətinə gələn yaraqlılar yekun olaraq Krasnoqorskdakı konsert zalının üzərində dayanıblar.

Gundem.today xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Təhlil aparmaq üçün ilk olaraq onlara Moskva şəhərindəki binanın koordinatları təqdim edilsə də, yaraqlılar buranı məqbul saymayıblar. Bunun ardınca kuratorluq edən və hazırda Rusiya hüquq-mühafizə orqanlarından xaricdə gizləndiyi üçün axtarışa verilən Sayfullo adlı şəxs Krasnoqorskda yerləşən "Crocus" konsert zalını hədəf kimi müəyyənləşdirib", - deyə məlumatda deyilir.

Bundan öncə təşkilatçıların paytaxt Moskvada daha bir terror aktı hazırladıqları məlum olmuşdu. Lakin sonradan həmin niyyətdən əl çəkib, bütün yaraqlı qrupunu yalnız "Crocus" mərkəzinə yönləndirməyə qərar veriblər. İstintaq materiallarına əsasən, xaricdə qərarlaşan və Sayfullo adı ilə tanınan şəxs Moskvada paralel şəkildə iki terror hadisəsi törətmək məqsədilə xüsusi təlim görmüş silahlılar hazırlayırmış. Digər hücumun "Crocus City Hall"dakı qətliamla eyni vaxtda baş verməsi nəzərdə tutulurdu. Plana görə, ikinci hədəfə iki, "Crocus"a isə üç nəfər hücum etməli idi.

İkinci terror aktının dəqiq məkanı və həyata keçirilmə tərzi açıqlanmasa da, TASS-ın öyrəndiyi materiallarda bu hücumun da çoxlu sayda insanın ölümü ilə nəticələnməsinin hədəfləndiyi vurğulanır. "Crocus City Hall"dakı faciədən bir həftə öncə kurator yaraqlılara məlumat verib ki, əməliyyatda Şamsidin Fariduni, Dalercon Mirzoyev və Saidakrami Racabalizoda ilə yanaşı, əvvəlcə ikinci hücum üçün nəzərdə tutulan Muhammadsobir Fayzov da iştirak edəcək (bu şəxslərin hamısı Rusiyada rəsmən terrorçu kimi tanınıb).

Xatırladaq ki, Moskvaətrafı Krasnoqorskdakı "Crocus City Hall"da terror aktı 2024-cü il martın 22-də baş verib və müasir Rusiya tarixinin ən qanlı terror hadisələrindən biri olub. Silahlı şəxslər əfsanəvi "Piknik" rok qrupunun konsertinə tamaşaçıların toplaşdığı vaxt konsert kompleksinə daxil olublar. Terrorçular tamaşaçılara və işçilərə atəş açıb, daha sonra isə binanı yandırıblar. Terror aktı nəticəsində 149 nəfər həlak olub, daha 609 nəfər zərərçəkmiş kimi tanınıb. Bir nəfər hələ də itkin düşmüş hesab olunur. Zərərçəkmişlərin sayına görə "Crocus"dakı faciə 2002-ci ildə Dubrovkadakı teatr mərkəzində girov götürülməsi hadisəsi (130 nəfər həlak olub) ilə müqayisə edilə bilər. Ən qanlı terror hadisəsi isə 2004-cü ildə Beslanda baş verib - burada 334 nəfər həlak olub.

İş üzrə məhkəmə baxışı 2025-ci il avqustun 4-də Moskva Şəhər Məhkəməsində start götürüb. Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin apardığı bu mürəkkəb cinayət işi ümumilikdə 427 cildi əhatə edib. 2026-cı il martın 12-də isə İkinci Qərb Dairə Hərbi Məhkəməsi "Crocus City Hall" qətliamını birbaşa həyata keçirən dörd terrorçuya - Şamsidin Fariduni, Dalercon Mirzoyev, Muhammadsobir Fayzov və Saidakrami Racabalizodaya ömürlük azadlıqdan məhrumetmə cəzası kəsib. Qeyd edək ki, adıçəkilən şəxslərin hər biri Rusiyada terrorçu və ekstremist reyestrinə daxil edilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Crocus_City_Hall-da_terror_aktı#Crocus_City_Hall#Rusiya_Federasiyası

Oxşar Xəbərlər

Qazaxıstan parlamenti Bakı və Daşkəndlə yeni enerji sazişini təsdiqlədiDünya

Qazaxıstan parlamenti Bakı və Daşkəndlə yeni enerji sazişini təsdiqlədi

Qazaxıstan Senatının bugünkü plenar iclasında Azərbaycan, Özbəkistan və Qazaxıstanın yaşıl enerjinin istehsalı və nəqli üzrə strateji tərəfdaşlığına dair saziş ratifikasiya edilib.

Bu gün
18:000
ABŞ-nin kəşfiyyat PUA-sı Fars körfəzində qəza siqnalı verdi və yoxa çıxdıDünya

ABŞ-nin kəşfiyyat PUA-sı Fars körfəzində qəza siqnalı verdi və yoxa çıxdı

ABŞ-nin "Northrop Grumman MQ-4C Triton" PUA-sı Hörmüz boğazı, Fars körfəzi üzərində kəşfiyyat aparıb və anidən qəza siqnalı verərək radarlardan itib.

Bu gün
17:540
Aviaşirkətlərə Yaxın Şərqdə uçuşları məhdudlaşdırmaq tövsiyəsinin müddəti uzadıldıDünya

Aviaşirkətlərə Yaxın Şərqdə uçuşları məhdudlaşdırmaq tövsiyəsinin müddəti uzadıldı

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) aviaşirkətlərə Yaxın Şərqdəki münaqişə zonası üzərində uçuşları yerinə yetirməmək barədə tövsiyənin müddətini aprelin 24-dək uzadıb.

Bu gün
17:560
"Bloomberg": "Rusiyanın ABŞ sanksiyaları altında olan qazı endirimlə təklif edilir"Dünya

"Bloomberg": "Rusiyanın ABŞ sanksiyaları altında olan qazı endirimlə təklif edilir"

Rusiya çətinliklər yaşamağa başlayan Asiya ölkələrinə ABŞ sanksiyaları altında olan mayeləşdirilmiş təbii qazının (LNG) alınması üçün alternativ həll yolları təklif etməyə başlayıb.

Bu gün
17:580