
Cüdo üzrə Avropa Çempionatı: Azərbaycanın ilkin heyəti açıqlandı
16-19 aprel tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə baş tutacaq cüdo üzrə böyüklər arasında Avropa çempionatında ölkəmizi təmsil edəcək idmançıların ilkin heyəti artıq bəlli olub.
16-19 aprel tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə baş tutacaq cüdo üzrə böyüklər arasında Avropa çempionatında ölkəmizi təmsil edəcək idmançıların ilkin heyəti artıq bəlli olub.
Gundem.today xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Təqdim edilən ilkin siyahıda 9-u kişi və 6-sı qadın olmaqla, ümumilikdə 15 cüdoçumuzun adı yer alıb.
Həmin idmançılar bunlardır: Balabəy Ağayev, Əhməd Yusifov (hər ikisi 60 kq), Ruslan Paşayev (66 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev, Ömər Rəcəbli (hər ikisi 81 kq), Murad Fətiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Kənan Nəsibov (+100 kq), Könül Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Leyla Əliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq), Südabə Ağayeva (70 kq) və Madina Kaisinova (+78 kq).
Əlavə edək ki, tatamiyə çıxacaq milli komandanın tam və yekun heyəti yarışa cəmi bir həftə qalmış ictimaiyyətə təqdim olunacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Real Madrid"də nələr baş verir? - Alonsonun gedişi komandanı iki yerə bölübmüş
Xabi Alonsonun baş məşqçi postunda Alvaro Arbeloa ilə əvəzlənməsindən sonra "Real Madrid" klubunda olduqca toksik bir mühit yaranıb.
İdman"Fənərbağça" "Milan"ın ulduzunu transfer etməyə hazırlaşır - FOTO
"Fənərbağça" "Milan"ın satışa çıxardığı Rafael Leanı transfer etmək istəyir.
İdmanAFFA-dan "Qarabağ"a çox SƏRT CƏZA
"Qarabağ" futbol klubunun aparıcı oyunçularından olan Marko Yankoviç ağır sanksiya ilə üzləşərək yaşıl meydanlardan 8 oyunluq uzaqlaşdırılıb.
İdmanAFFA-dan "Qarabağ"a SƏRT CƏZA
"Qarabağ" futbol klubunun aparıcı oyunçularından olan Marko Yankoviç ağır sanksiya ilə üzləşərək yaşıl meydanlardan 8 oyunluq uzaqlaşdırılıb.