
Dan Yorgensen: "Aİ Azərbaycandan tədarükü artıraraq enerji resurslarının idxalını diversifikasiya edir"
"Avropa İttifaqı (Aİ) enerji təchizatı mənbələrinin şaxələndirilməsini davam etdirərək Azərbaycan, eləcə də ABŞ, Norveç, Əlcəzair və Kanadadan tədarükləri artırır".
"Avropa İttifaqı (Aİ) enerji təchizatı mənbələrinin şaxələndirilməsini davam etdirərək Azərbaycan, eləcə də ABŞ, Norveç, Əlcəzair və Kanadadan tədarükləri artırır".
Gundem.today "Report"a istinadən xəbər verir ki, bunu energetika üzrə Avropa komissarı Dan Yorgensen Yaxın Şərqdəki vəziyyətlə əlaqədar Aİ ölkələrinin energetika nazirlərinin qeyri-rəsmi görüşünün yekunlarına dair mətbuat konfransında deyib.
"Əlbəttə, kimdən idxal etdiyinizin əhəmiyyəti var və xüsusən də söhbət uzunmüddətli müqavilələrdən gedirsə, bu, idxalçı ölkələr üçün üstünlük ola bilər", - komissar bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı artıq Rusiya qazından asılılığını 45%-dən təqribən 10%-ə qədər azaldıb və bu göstərici sıfıra endiriləcək.
Amma ən böyük problem enerji daşıyıcılarının qiymətləri olaraq qalır. Yorgensen qeyd edib ki, Yaxın Şərqdə münaqişə başlayandan bəri Avropa İttifaqında qazın qiyməti təqribən 70%, neftin qiyməti isə 60% artıb. Böhranın 30 günü ərzində Aİ-nin qazıntı yanacağı idxalı xərcləri 14 milyard avro çoxalıb.
Avropa komissarı bildirib ki, neft və qaz tədarükündə ciddi fasilələrin olmamasına baxmayaraq, bəzi neft məhsulları, o cümlədən dizel və aviasiya yanacağı bazarlarında gərginlik, eləcə də qlobal qaz bazarına təzyiqin artması müşahidə olunur ki, bu da elektrik enerjisinin qiymətlərində öz əksini tapır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətPezeşkian İlham Əliyevə təşəkkür etdi
İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
SiyasətAzərbaycan-Yunanıstan Birgə Hökumətlərarası Komissiyasının növbəti iclası Afinada keçiriləcək
Azərbaycan-Yunanıstan Birgə Hökumətlərarası Komissiyasının növbəti iclası bu payız Afinada keçiriləcək.
SiyasətGücü tükənməyən İran hansı taktika ilə müharibə aparır? - Fərqli gerçəklər üzə çıxdı - VİDEO
Yaxın Şərqdə hərbi balans dəyişir, amma tam pozulmur. ABŞ və İsrailin həftələrlə davam edən intensiv hava zərbələrinə rəğmən, İranın hərbi potensialı hələ də ciddi ölçüdə qalmaqdadır.
SiyasətHörmüz dalanı və Azərbaycanın rolunun güclənməsi - VİDEO
"İran ətrafındakı münaqişə fonunda Hörmüz boğazının blokadası qlobal enerji bazarlarında dəyişkənliyi artırıb və tez reaksiya verən diplomatik mexanizmlərin məhdudluğunu üzə çıxarıb".