
DÇ-2026: Norveç - İngiltərə matçı təxirə salına bilər
2026-cı il dünya çempionatının 1/4 final mərhələsində Norveç və İngiltərə milli komandaları arasında keçiriləcək oyun təxirə salına bilər.
2026-cı il dünya çempionatının 1/4 final mərhələsində Norveç və İngiltərə milli komandaları arasında keçiriləcək oyun təxirə salına bilər.
Gundem.today xəbər verir ki, bu barədə "Daily Mirror" məlumat yayıb.
Belə ki, oyununb keçiriləcək Mayamidə şəhərində güclü bürkü qeydə alınır. Proqnozlara əsasən, havanın temperaturu 29-32 dərəcəyə çatacaq, oyunun başlanğıcı zamanı isə hiss edilən temperatur 44 dərəcəyə qədər yüksələcək. Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası yerli temperatur 28 dərəcəni keçərsə, oyunların təxirə salınmasını və ya vaxtının dəyişdirilməsini tövsiyə edir.
Qeyd edək ki, matçın tart fitinin Bakı vaxtı ilə iyulun 12-də saat 01:00-da səslənməsi nəzərdə tutulub. Bu qarşılaşmanın qalibi iyulun 12-də Bakı vaxtı ilə saat 05:00-da üz-üzə gələcək Argentina və İsveçrə cütünün qalibi ilə oynayacaq.
Futbol üzrə dünya çempionatı iyunun 11-də başlayıb və ABŞ, Meksika və Kanadada iyulun 19-dək davam edəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanAzərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazandı - FOTO
Azərbaycan atıcısı Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən Lapua Avropa Kubokunda qızıl medal qazanıb.
İdmanİngiltərə və Norveç aviaşirkətlərindən DÇ-2026 matçından əvvəl MARAQLI MƏRC
2026-cı il dünya çempionatının 1/4 final mərhələsində İngiltərə və Norveç yığmaları arasında keçiriləcək oyundan bir gün əvvəl "British Airways" və "Norwegian Air" aviaşirkətləri sosial şəbəkələrdə qeyri-adi mərc təşkil ediblər. Mərcə əsasən, məğlub ölkənin şirkəti0 "Instagram" hesabında loqonu qalibin xeyrinə bir günlük dəyişdirəcək.
İdmanPeruda 500-dən çox körpəyə Erlinq Holand adı verilib
2026-cı il futbol üzrə dünya çempionatı zamanı Peruda yüzlərlə yeni doğulan körpə Norveç millisinin ulduzu Erlinq Holandın şərəfinə adlandırılıb.
İdmanFIFA DÇ-2026-nın final oyununda istifadə olunacaq ot örtüyünü satışa çıxaracaq
FIFA iyulun 19-da ABŞ-nin Nyu-Cersi ştatının İst-Raterford şəhərində yerləşən "MetLife" stadionunda keçiriləcək 2026-cı il dünya çempionatının final oyunundakı ot örtüyünün hissələrini satışa çıxaracaq.