
Derbidə zədələnən Asensionun vəziyyəti məlum oldu
"Fənərbağça"nın ispan ulduzu Marko Asensio "Beşiktaş"la matçda aldığı zədə səbəbindən "Kayserispor"la qarşılaşmada yaşıl meydandan kənarda qalacaq.
"Fənərbağça"nın ispan ulduzu Marko Asensio "Beşiktaş"la matçda aldığı zədə səbəbindən "Kayserispor"la qarşılaşmada yaşıl meydandan kənarda qalacaq.
Gundem.today xəbər verir ki, "Beşiktaş"a qarşı oynanılan gərgin derbidə zədələnərək meydanı tərk edən Asensionun MRT müayinəsi nəticəsində dizində şişkinlik olduğu aşkarlanıb.
30 yaşlı ispan futbolçu səhər saatlarında təkrar tibbi baxışdan keçirilib və vəziyyətinin daha ətraflı qiymətləndirilməsi məqsədilə ikinci dəfə MRT müayinəsinə cəlb olunacaq.
Təcrübəli oyunçunun zədəsinin o qədər də ciddi olmadığı, lakin buna baxmayaraq "Kayserispor"la qarşılaşmada komandasına kömək edə bilməyəcəyi bildirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanAzərbaycanı Avropa çempionatında təmsil edəcək şahmatçıların adları açıqlandı
Azərbaycanı Polşanın Katovitse şəhərində təşkil olunacaq şəxsi Avropa çempionatında 14 şahmatçı təmsil edəcək.
İdmanMontellanın milliyə çağırdığı 19 yaşlı istedad "Fənərbağça"nın hədəfində - FOTO
Belçikanın "Genk" klubunda çıxış edən istedadlı yarımmüdafiəçi Kenan Harun Türkiyə Superliqasına düşmək üzrədir.
İdman"Ayaks", "Barselona" və "Liverpul"un keçmiş ulduzu karyerasını bərpa etdi
Finlandiya futbol tarixinin canlı əfsanəsi, 55 yaşlı Yari Litmanen yenidən yaşıl meydanlara qayıtmaq qərarına gəlib.
İdmanXankəndi yolunda qəzaya düşən PFL rəsmisi əməliyyat olunacaq? - AÇIQLAMA
Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) vitse-prezidenti Aslan Şahgəldiyevin əməliyyat olunması gözlənilmir.