Son dəqiqə
Qərbi Azərbaycan Xronikası: "Qəlbimiz Zəngi çayının sahilində, bərəkətli torpaqlarda qalıb" - VİDEO"Porsche" "Bugatti" brendindən imtina edirABŞ İranla əlaqəli yüzmilyonlarla dollarlıq kriptovalyuta hesablarını dondurubİspaniya La Liqası: "Real Madrid" qələbəni son dəqiqələrdə əldən verdi - VİDEOAli Məhkəmənin tariflərlə bağlı qərarına görə ABŞ 159 milyard dolları geri qaytara bilər"Kompüter elmləri" ixtisasını hədəfləyən Emiliya repetitor yanına getmədən uğur qazandı - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Hadisə
  3. Dərmandan zəhərlənərək ölən şəxs müəllim imiş - TƏFƏRRÜAT - VİDEO
Dərmandan zəhərlənərək ölən şəxs müəllim imiş - TƏFƏRRÜAT - VİDEO
Hadisə

Dərmandan zəhərlənərək ölən şəxs müəllim imiş - TƏFƏRRÜAT - VİDEO

Bu gün
00:24
0 baxış
Paylaş:

Gəncə şəhərində dərman vasitəsindən zəhərlənmə faktı qeydə alınıb. Hadisə nəticəsində bir nəfər dünyasını dəyişib, digərinin isə vəziyyəti stabildir.

Gəncə şəhərində dərman vasitəsindən zəhərlənmə faktı qeydə alınıb. Hadisə nəticəsində bir nəfər dünyasını dəyişib, digərinin isə vəziyyəti stabildir.

Gundem.today "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Üzeyir Hacıbəyov küçəsindəki çoxmərtəbəli binaların birində baş verib.

68 yaşlı şəhər sakini Alik İsmayılovun halı qəfil pisləşib. Təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılmasına baxmayaraq, onun artıq yolda keçindiyi müəyyən edilib.

Qonşulardan biri bildirib ki, həmin şəxs sakit biri idi: "Arada təzyiq problemləri olurdu, çox sakit və mehriban adam idi. Məktəbdə musiqi müəllimi işləyirdi. Axşam saatlarında evinə təcili yardımın gəldiyini gördük. Çox təəssüf ki, onu xilas etmək mümkün olmadı. Belə bir hadisənin yaşanması hamımızı sarsıtdı.".

Eyni ünvanda yaşayan 41 yaşlı Samir Əliyev də oxşar diaqnozla Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki akademik Zülfüqar Məmmədov adına xəstəxananın Təcili yardım şöbəsinə gətirilib. Həkimlər tərəfindən ona zəruri tibbi yardım göstərilib. Hazırda vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı müvafiq araşdırmalara başlanılıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Zəhərlənmə_hadisəsi#Dərman_zəhərlənməsi#Gəncə_şəhəri

Oxşar Xəbərlər

Biləcəridə QƏZA: Yük maşını qaz borusuna çırpıldı - VİDEOHadisə

Biləcəridə QƏZA: Yük maşını qaz borusuna çırpıldı - VİDEO

Bakının Biləcəri qəsəbəsində, "DSK yolu" kimi tanınan ərazidə yol-nəqliyyat hadisəsi baş verib.

Bu gün
00:360
21 yaşlı gəncin faciəli sonu: "Çox çalışırdı ki, çörək qazansın" - VİDEOHadisə

21 yaşlı gəncin faciəli sonu: "Çox çalışırdı ki, çörək qazansın" - VİDEO

Biləsuvar rayonunda bədbəxt hadisə qeydə alınıb. Hadisə rayonun Melioratorlar qəsəbəsində baş verib. Məlumata görə, 21 yaşlı İslam Hüseynovun cansız bədəni yaşadığı evin həyətində aşkarlanıb.

Bu gün
21:480
Qonşusunu müdafiə etdi, öz həyətində hücuma məruz qaldı - Ucarda çaqqalın sakinlərə xəsarət yetirməsinin TƏFƏRRÜATIHadisə

Qonşusunu müdafiə etdi, öz həyətində hücuma məruz qaldı - Ucarda çaqqalın sakinlərə xəsarət yetirməsinin TƏFƏRRÜATI

Ucar rayonunda çaqqalın insanlara hücumunun təfərrüatı məlum olub.

Bu gün
18:440
Qobustanda həlak olan işçi ilə bağlı dəhşətli TƏFƏRRÜAT: "Müdiri deyib ki, gəlməsən, səni işdən çıxaracağam" - VİDEOHadisə

Qobustanda həlak olan işçi ilə bağlı dəhşətli TƏFƏRRÜAT: "Müdiri deyib ki, gəlməsən, səni işdən çıxaracağam" - VİDEO

Qaradağ rayonu, Qobustan qəsəbəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin iki əməkdaşı su xəttində yaranmış problemi aradan qaldırmağa çalışarkən torpaq sürüşməsi baş verib.

Bu gün
17:520