
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
Baku TV-nin qaynar xəttinə müraciət edən paytaxtın Suraxanı rayonu, Əmi Məmmədov küçəsinin sakini bildirir ki, atasına məxsus həyət evindən bibisi tərəfindən çıxarılıb.
Baku TV-nin qaynar xəttinə müraciət edən paytaxtın Suraxanı rayonu, Əmi Məmmədov küçəsinin sakini bildirir ki, atasına məxsus həyət evindən bibisi tərəfindən çıxarılıb.
Onun sözlərinə görə, məsələ ilə bağlı məhkəməyə müraciət edilib və həmin evdən qadına pay verilməsi müəyyən olunub. Lakin bibisi bu qərardan apellyasiya şikayəti verib və mübahisə hələ də davam edir.
"Artıq səkkiz-doqquz ildir kirayədə yaşayırıq. Öz evimiz ola-ola başqa yerdə qalırıq. Evi kirayəyə veriblər, biz isə kirayələrdə qalırıq. Qardaşım qəbiristanlıqda işləyir, qəbir qazır. Körpə uşağım var, gələcəyin əsgərini böyüdürəm. Deyir ki, sizə evdən heç nə verməyəcəyəm. Hətta məhkəmə sizin xeyrinizə qərar versə belə, yenə də verməyəcəyəm. Deyir ki, sizə göz verib işıq verməyəcəyəm. Məhkəmə qərar verdi ki, ev yarı bölünməlidir. Amma o razılaşmır. Hazırda küçədə qalmışıq", - deyə şikayətçi bildirib.
Qonşunun sözlərinə görə, ailə uzun müddətdir çətin şəraitdə yaşayır.
"Bunların heç kimi yoxdur, valideynləri vəfat edib. Anaları dünyasını dəyişəndən sonra bibi onları aldadaraq evdən çıxarıb, guya təmir etdirəcəyini deyib. Uşaqlar evdən çıxandan sonra evi təmir edib kirayəyə verib. Yetim uşaqlar qəbiristanlıqda işləyir, ayda 200-250 manat kirayə ödəyirlər. Çox çətin vəziyyətdədirlər. Halbuki bu, onların atasından qalan mülkdür. Bibinin isə üçmərtəbəli villası var", - deyə qonşu əlavə edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətXarici İşlər Nazirliyində işləmək istəyənlərin NƏZƏRİNƏ
Azərbaycan Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyat müddəti uzadılıb.
CəmiyyətPolis kursantları Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş fləşmob keçirblər - FOTO - VİDEO
Daxili İşlər Nazirliyinin Polis Akademiyasının kursantları ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan fləşmob keçiriblər.
CəmiyyətŞəhid xanımına leytenant rütbəsi təqdim olundu - FOTO
Şəhid Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyevaya leytenant rütbəsi verilib.
CəmiyyətDünya yenidən TƏŞVİŞ İÇİNDƏ: Hantavirus nədir? - Ölümcül infeksiyanın ƏLAMƏTLƏRİ
Mayın 4-də Ümumdünya Səhiyyə Təşkilatı Atlantik okeanında Argentinadan Kabo-Verdeyə hərəkət edən, Niderlanda məxsus "MV Hondius" kruiz gəmisində hantavirus infeksiyasının yayıldığını açıqlayıb. Son bilgilərə əsasən, gəmidə səkkiz yoluxma halı təsdiqlənib, onlardan üçü ölümlə nəticələnib. Maraqlıdır ki, əsasən, Amerika qitəsində rast gəlinən virusun əhatə dairəsi genişlənib, ona İsraildə də rast gəlinib.