
Dini ekstremist materiallar yayan şəxsə HÖKM OXUNDU
Dini ekstremist materialların hazırlanması, saxlanılması və yayılması, habelə dini nifrət və düşmənçiliyin salınmasında təqsirləndirilən Orxan Fazil oğlu Sayadov barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Dini ekstremist materialların hazırlanması, saxlanılması və yayılması, habelə dini nifrət və düşmənçiliyin salınmasında təqsirləndirilən Orxan Fazil oğlu Sayadov barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Gundem.today APA-ya istinadən xəbər verir ki, Gəncə Şəhər Məhkəməsində hakim Liza Xanməmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, Orxan Sayadov barəsində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) və 283.1-1-ci (dini nifrət və düşmənçiliyin salınması dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalKütləvi davada iki nəfəri öldürənlərə ağır cəza verildi
Bakıda iki dostu - Şahin Bayramov və Fərid Əlirzayevi qətlə yetirilməkdə təqsirləndirilən Yunis Rəhimov, Nurani Məmmədov, Ramin Quliyev, Tural Məmmədov və Sərxan Şahbazovun barələrindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
KriminalNeftçalada qızıl mağazasından oğurluq edən şəxs saxlanılıb
Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yerləşən qızıl mağazalarının birindən oğurluq edən əvvəllər məhkum olunmuş 33 yaşlı Ağaverdi Ağaşov saxlanılıb.
KriminalBakıda məşhur estetik mərkəzdə qanunsuz əməliyyatlar edənlərin məhkəməsi başladı
"UĞUR 777 estetik mərkəz"də baş verən qanunsuzluqlarla bağlı açılmış cinayət işi üzrə təqsirləndirilən şəxslərin - Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyevanın məhkəməsi başlayıb.
KriminalFitnes üzrə peşəkar idmançını qətlə yetirən şəxs yenidən hakim qarşısına çıxarılır
İdmançı qohumunu qətlə yetirməkdə təqsirləndirilən Yusif İsmayılovun barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.