Son dəqiqə
Paşinyanla birlikdə mahnı oxuduğuna görə Makron Fransada tənqid edildi - VİDEOBakıda yeni muzey yaradılacaq"UFC Fight Night Baku" turnirinin iştirakçıları bəlli oldu - FOTOİlham Əliyev 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanış olub - FOTOSumqayıtda evdə yanğın: Ana və qızı xəstəxanalıq oldularQonşunu öldürməkdə təqsirləndirilənlərin məhkəməsi: "Zirzəmidən otağıma girib mənə təcavüz etdi"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Bakıda məşhur estetik mərkəzdə qanunsuz əməliyyatlar edənlərin məhkəməsi başladı
Bakıda məşhur estetik mərkəzdə qanunsuz əməliyyatlar edənlərin məhkəməsi başladı
Kriminal

Bakıda məşhur estetik mərkəzdə qanunsuz əməliyyatlar edənlərin məhkəməsi başladı

Bu gün
11:00
0 baxış
Paylaş:

"UĞUR 777 estetik mərkəz"də baş verən qanunsuzluqlarla bağlı açılmış cinayət işi üzrə təqsirləndirilən şəxslərin - Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyevanın məhkəməsi başlayıb.

"UĞUR 777 estetik mərkəz"də baş verən qanunsuzluqlarla bağlı açılmış cinayət işi üzrə təqsirləndirilən şəxslərin - Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyevanın məhkəməsi başlayıb.

Gundem.today-ın məlumatına görə, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə bu gün start götürsə də mühakimə olunan şəxslərdən birinin vəkili iştirak etmədiyindən iclas təxirə salınıb.

Məhkəmənin hazırlıq iclası mayın 12-də davam etdiriləcək.

Qeyd edək ki, ötən ilin dekabrında bir qrup şəxs tərəfindən qanunsuz olaraq estetik əməliyyatların aparılması barədə mediada yayılan məlumat və videogörüntülər əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Araşdırma zamanı Xəyalə İsmayılovanın adına dövlət qeydiyyatına alınan "UĞUR 777 estetik mərkəz"in qanunsuz fəaliyyət göstərməsi, orada müvafiq standartlara riayət olunmadan tibbi prosedur adı altında müxtəlif estetik və kosmetoloji əməliyyatların həyata keçirilməsi nəticəsində xəstəliklərin yayılmasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin sözügedən mərkəzdə özlərini həkim-kosmetoloq kimi təqdim edən Xəyalə İsmayılova, Murad Bağırov, Firuzə Əliyeva, Gülbədə Abdullayeva, Zairə Salmanova və digərləri tərəfindən ayrı-ayrı şəxslərin bədən nahiyələrində icra olunan estetik cərrahi əməliyyatlar nəticəsində onların sağlamlığına ağır xəsarət yetirilməsinə əsaslı şübhələr yaranıb.

Araşdırmalar nəticəsində o da aşkarlanıb ki, Xəyalə İsmayılova, Murad Bağırov, Firuzə Əliyeva, Gülbədə Abdullayeva, Zairə Salmanova və digərlərinin müvafiq ali və ya orta ixtisas tibbi təhsili, habelə "Praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsi" yoxdur.

Toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 131.2 (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma), 309.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşma), 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon prokurorluğuna göndərilib.

Eyni zamanda X.İsmayılovanın barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1 (lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olma) və 215.1-ci (sağlamlığın qorunması sahəsində şəxslərin hüquqlarının pozulması) maddələri ilə inzibati xəta haqqında işlər üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Səhiyyə Nazirliyinə göndərilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Uğur_777_estetik_mərkəz#Xəyalə_İsmayılova#Murad_Bağırov#Rəsmiyyə_Quliyeva#saxta_kosmetoloqlar#qanunsuz_estetik_əməliyyat#Bakı_Ağır_Cinayətlər_Məhkəməsi#cinayət_işi#lisenziyasız_tibbi_fəaliyyət.

Oxşar Xəbərlər

Qonşunu öldürməkdə təqsirləndirilənlərin məhkəməsi: "Zirzəmidən otağıma girib mənə təcavüz etdi"Kriminal

Qonşunu öldürməkdə təqsirləndirilənlərin məhkəməsi: "Zirzəmidən otağıma girib mənə təcavüz etdi"

Bakıda qonşularını qətlə yetirməkdə təqsirləndirilən Elşən Müzəffərov, həyat yoldaşı Gülnar Müzəffərova və qaynı Qasım Xankişiyevin cinayət işi üzrə məhkəmə davam etdirilib.

Bu gün
15:240
Dini ekstremist materiallar yayan şəxsə HÖKM OXUNDUKriminal

Dini ekstremist materiallar yayan şəxsə HÖKM OXUNDU

Dini ekstremist materialların hazırlanması, saxlanılması və yayılması, habelə dini nifrət və düşmənçiliyin salınmasında təqsirləndirilən Orxan Fazil oğlu Sayadov barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu gün
13:400
Kütləvi davada iki nəfəri öldürənlərə ağır cəza verildiKriminal

Kütləvi davada iki nəfəri öldürənlərə ağır cəza verildi

Bakıda iki dostu - Şahin Bayramov və Fərid Əlirzayevi qətlə yetirilməkdə təqsirləndirilən Yunis Rəhimov, Nurani Məmmədov, Ramin Quliyev, Tural Məmmədov və Sərxan Şahbazovun barələrindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bu gün
13:080
Neftçalada qızıl mağazasından oğurluq edən şəxs saxlanılıbKriminal

Neftçalada qızıl mağazasından oğurluq edən şəxs saxlanılıb

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yerləşən qızıl mağazalarının birindən oğurluq edən əvvəllər məhkum olunmuş 33 yaşlı Ağaverdi Ağaşov saxlanılıb.

Bu gün
12:440