Son dəqiqə
ABŞ-də İlon Maska güzəştlər: Mühafizəçilərinə status verildiGəncədə kişi evin damından yıxılıb öldüGünəşdə partlayışlar: Aprelin 6 və 7-də kosmik havada hansı proseslər gözlənilir?Göyçayda obyekt sahibinə xəbərdarlıq edildi - FOTO - VİDEOÜç rayonda qaz təhcizatında FASİLƏ YARANDI - VİDEORüşvətə görə tutulan məmur 150 min verib cəzasını azaltmaq istədi, dələduzluqla üzləşdi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Doğuşdan sonrakı bərpa: Orqanizm köhnə vəziyyətinə necə qayıdır? - FOTO
Doğuşdan sonrakı bərpa: Orqanizm köhnə vəziyyətinə necə qayıdır? - FOTO
Cəmiyyət

Doğuşdan sonrakı bərpa: Orqanizm köhnə vəziyyətinə necə qayıdır? - FOTO

Bu gün
16:44
0 baxış
Paylaş:

Doğuşdan sonrakı dövr - zahılıq mərhələsi qadın orqanizmi üçün həm fiziki, həm də psixoloji baxımdan xüsusi əhəmiyyət daşıyan həssas bir bərpa dövrüdür. Bu müddətdə düzgün qulluq, qidalanma və tibbi tövsiyələrə əməl olunması gələcək sağlamlıq üçün mühüm rol oynayır.

Doğuşdan sonrakı dövr - zahılıq mərhələsi qadın orqanizmi üçün həm fiziki, həm də psixoloji baxımdan xüsusi əhəmiyyət daşıyan həssas bir bərpa dövrüdür. Bu müddətdə düzgün qulluq, qidalanma və tibbi tövsiyələrə əməl olunması gələcək sağlamlıq üçün mühüm rol oynayır.

Gundem.today xəbər verir ki, mövzu ilə bağlı və zahılıq dövründə rast gəlinən yanlış inancları izah etmək üçün ən çox verilən suallara Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Nigar Sadıqova cavablandırıb.

- Nigar xanım, bugünkü mövzumuz zahılıq dövründə qadının orqanizminin bərpasıdır. İlk olaraq, zahılıq dövrü nədir?

- Zahılıq dövrü qadın orqanizminin doğuşdan sonra tədricən hamiləlikdən əvvəlki fizioloji və psixoloji vəziyyətinə qayıtdığı 6 həftəlik (42 günlük) bərpa mərhələsidir. Bu dövrdə hamiləlik və doğuş zamanı dəyişmiş orqan və sistemlər yenidən uyğunlaşma prosesinə daxil olur. Zahılıq yalnız fiziki sağalma mərhələsi deyil, eyni zamanda, qadının ana roluna uyğunlaşdığı, emosional və hormonal tarazlığın yenidən formalaşdığı mühüm bir dövrdür. Qeyd etmək vacibdir ki, bərpa prosesi bütün orqanlarda eyni sürətlə getmir. Bəzi sistemlər daha tez, bəziləri isə daha uzun müddət ərzində normallaşır.

Zahılıq dövrü klinik baxımdan üç mərhələyə bölünür. Çox erkən zahılıq doğuşdan sonrakı ilk 24 saatı əhatə edir və bu mərhələdə qadının həyati göstəriciləri, qanaxma riski və ümumi vəziyyəti xüsusi nəzarətdə saxlanılır. Erkən zahılıq doğuşdan sonrakı ilk bir həftəni əhatə edir və bu müddətdə uşaqlığın yığılması, hormonal dəyişikliklər və süd ifrazının başlaması müşahidə olunur. Gec zahılıq isə qalan 5 həftəni əhatə edir və bu mərhələdə cinsiyyət orqanlarının, hormon sisteminin və ümumi fiziki vəziyyətin bərpası davam edir. Adətən cinsiyyət orqanları 6 həftə ərzində normal vəziyyətinə qayıdır.

Aybaşı dövrünün bərpası isə qadının əmizdirib-əmizdirməməsindən birbaşa asılıdır. Əmizdirməyən anaların böyük əksəriyyətində zahılıq dövrünün sonunda aybaşı yenidən başlayır. Əmizdirən qadınlarda isə süd ifrazını təmin edən prolaktin hormonunun yüksək olması səbəbindən aybaşının bərpası 6 ay və ya daha uzun müddət gecikə bilər. Bu hal fizioloji sayılır və xəstəlik əlaməti kimi qiymətləndirilməməlidir.

- Zahı qadının bərpası necə baş verir?

- Doğuşdan sonra baş verən ən əsas və ilk dəyişiklik uşaqlığın əvvəlki ölçüsünə qayıtması, yəni kiçilməsidir (involyusiya). Hamiləlik dövründə xeyli böyüyən uşaqlıq doğuşdan dərhal sonra yığılmağa başlayır və hər gün tədricən kiçilir. Bu proses həm doğuşdan sonrakı qanaxmanın azalmasına, həm də orqanizmin əvvəlki anatomik vəziyyətinə qayıtmasına kömək edir. Uşaqlığın normal şəkildə yığılması zahılıq dövrünün sağlam keçməsinin əsas göstəricilərindən biri hesab olunur.

Hamiləlik müddətində uşaqlıq təxminən 20 qat böyüyür, ancaq doğuşdan sonra sürətlə kiçilməyə başlayır. Uşaq doğulduqdan dərhal sonra təxminən hamiləliyin 20-ci həftəsində olduğu ölçüyə düşür. Bu müddətdə ağırlığı təqribən bir kiloqram olur. Birinci həftənin sonunda 12 həftəlik hamiləlik böyüklüyündə olan uşaqlığın həcmi 6 həftə sonunda hamiləlikdən əvvəlki böyüklüyündə olur.

Bədənimizdə çəki və həcmi baxımından bu qədər çox böyüyüb sonra kiçilən ikinci bir orqanımız yoxdur. Uşaqlığın bu xüsusiyyəti elm dünyasını günümüzdə də təəccübləndirməkdə davam etməkdədir və hələ elmi cəhətdən tam olaraq açıqlanmamaqdadır.

Doğuşdan dərhal sonra uşaqlıq yığılmalarının gücü doğuş ərzində olan gücündən daha çox olur. Bu ağrılar 2-3 gün davam edə bilir. Daha əvvəl doğanlarda (multiparlarda) nisbətən çox hiss edilir. İlk 12 saatda sıxlıqları daha çoxdur, bu saatdan sonra həm sıxlığı həm şiddəti tədricən azalır.

Doğuş vaxtı 10 sm açılan və tamam incəlib kağız kimi olan uşaqlıq boynu açıqlığı bir həftə sonunda təxminən bir sm-ə enir. Uşaqlıq boynu normal doğanlarda artıq dairəvi deyil yastı formada olur. Uşaqlıq boynunun tamam sağalması 6 həftə vaxt alır. Doğuş vaxtı çox enlənən uşaqlıq yolu yavaş-yavaş sağalmağa başlayar və zahılığın 3-cü həftəsinin sonunda öz vəziyyətini alır. Hamiləlik boyunca genişlənən və dartılan qarın və çanaq əzələləri 6 həftədən sonra yığılır və bu müddətdən sonra fiziki hərəkətlər məsləhətdir. Qan dövranı, endokrin kimi digər sistemlərdə olan dəyişikliklər də 6 həftə sonunda normal halına qayıdır.

- Zahılıq dövründə hansı problemlər yarana bilər?

- Zahılıq dövrü qadın orqanizmində baş verən intensiv bərpa mərhələsi olduğu üçün bu müddətdə müəyyən sağlamlıq problemlərinin yaranması mümkündür. Doğuşdan sonra ilk saatlar və günlər xüsusilə nəzarət tələb edir. Məhz buna görə, qadın doğuşdan sonra ən azı 24 saat tibbi müşahidə altında saxlanılmalı, arterial təzyiq mütəmadi ölçülməli və qanaxmanın miqdarı diqqətlə izlənilməlidir. Bu nəzarət mümkün ağırlaşmaların erkən mərhələdə aşkarlanmasına imkan yaradır.

Zahılıq dövründə tez-tez rast gəlinən hallardan biri doğuşdan sonra yaranan vaginal axıntılardır. Uşaqlığın daxilindən gələn bu axıntı tibbi olaraq loxi (lochia) adlanır və uşaqlığın təmizlənməsi, eyni zam

#Cəmiyyət#zahılıq_dövrü#doğuşdan_sonrakı_bərpa#qadın_sağlamlığı#mama-ginekoloq#uşaqlığın_yığılması#epiziotomiya_qulluğu#zahılıq_mərhələsi#loxi_axıntısı#doğuşdan_sonra_qidalanma#ana_və_uşaq#qadın_xəstəlikləri.

Oxşar Xəbərlər

Göyçayda obyekt sahibinə xəbərdarlıq edildi - FOTO - VİDEOCəmiyyət

Göyçayda obyekt sahibinə xəbərdarlıq edildi - FOTO - VİDEO

Göyçay rayonunda antisanitar vəziyyətdə olan binada yaranan problem sakinlərin narazılığına səbəb olub.

Bu gün
18:160
Üç rayonda qaz təhcizatında FASİLƏ YARANDI - VİDEOCəmiyyət

Üç rayonda qaz təhcizatında FASİLƏ YARANDI - VİDEO

Aprelin 5-də çaylarda sel suların artması və məcranın aşması nəticəsində Xaçmaz Rayon Qaz İstismar İdarəsi (RQİİ) üzrə bir sıra ərazilərdə qaz təminatı dayanıb.

Bu gün
17:580
Yevlaxda 5 mindən çox abonentin qazı kəsiləcəkCəmiyyət

Yevlaxda 5 mindən çox abonentin qazı kəsiləcək

Aprelin 9-u saat 10:00-dan etibarən Yevlax şəhərinin mərkəzinin bəzi hissələrində və 8 kəndində qaz təchizatı dayandırılacaq.

Bu gün
17:460
Salyanda həkim VƏFAT ETDİ - FOTOCəmiyyət

Salyanda həkim VƏFAT ETDİ - FOTO

Salyanda həkim-nevropatoloq Yaşar Məmmədrza oğlu Əzizov vəfat edib.

Bu gün
17:280