
Yevlaxda 5 mindən çox abonentin qazı kəsiləcək
Aprelin 9-u saat 10:00-dan etibarən Yevlax şəhərinin mərkəzinin bəzi hissələrində və 8 kəndində qaz təchizatı dayandırılacaq.
Aprelin 9-u saat 10:00-dan etibarən Yevlax şəhərinin mərkəzinin bəzi hissələrində və 8 kəndində qaz təchizatı dayandırılacaq.
Gundem.today xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, buna səbəb Yevlax Xidmət Sahəsinin (Cırdaxan) "Yeni Yevlax" ölçü qovşağından qidalanan Varvara, Balçılı, Salahlı, Səmədabad, Bünyadabad, Ağqıraq, Cırdaxan, İsmayılabad və Yevlax şəhərin bir hissəsinin qaz təchizatı qaz xətti üzərində quraşdırılmış qoruyucu klapanların alt hissəsində olan siyirtmələrin üçgedişli kranla əvəz edilməsidir.
Qeyd olunub ki, bununla əlaqədar ümumilikdə 5 329 abonentin təchizatında fasilə yaranacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətRəssamlıq Akademiyasının tələbələri üç aydır təqaüdlərini ala bilmirlər - Rəhbərlik məsələni nəzarətə götürdü
Azərbaycan Rəssamlıq Akademiyasının tələbələri üç aydır təqaüdlərini ala bilmədiklərini iddia edirlər. Onlar bildirirlər ki, fevral, mart və aprel ayının təqaüdləri hələ də köçməyib.
Cəmiyyətİstehlak bazarlarında nəzarət tədbirləri ilə bağlı yeni QƏRAR
"İstehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirlərinin görülməsi Qaydaları" təsdiq edilib.
CəmiyyətGöyçayda obyekt sahibinə xəbərdarlıq edildi - FOTO - VİDEO
Göyçay rayonunda antisanitar vəziyyətdə olan binada yaranan problem sakinlərin narazılığına səbəb olub.
CəmiyyətÜç rayonda qaz təhcizatında FASİLƏ YARANDI - VİDEO
Aprelin 5-də çaylarda sel suların artması və məcranın aşması nəticəsində Xaçmaz Rayon Qaz İstismar İdarəsi (RQİİ) üzrə bir sıra ərazilərdə qaz təminatı dayanıb.