Son dəqiqə
Ürək xəstəlikləri ilə bağlı qəfil ölümün səbəbləri: Risk qrupunda kimlər var?Rusiya alimlərindən kəşf: Dolu yağmasının qarşısını almağın üsulu tapıldıFTB direktoru jurnalı məhkəməyə verdi: 250 milyon dollar təzminat tələb edirAzərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların SİYAHISIDişlərin müalicəsi və onurğa sağlamlığı arasındakı dolayı əlaqə tapılıbObama ailəsi "Netflix"lə əməkdaşlığı dayandırmağı planlaşdırır
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Donald Trampdan İran münaqişəsi ilə bağlı bədbin proqnoz
Donald Trampdan İran münaqişəsi ilə bağlı bədbin proqnoz
Dünya

Donald Trampdan İran münaqişəsi ilə bağlı bədbin proqnoz

17 aprel 2026
09:08
0 baxış
Paylaş:

ABŞ Prezidenti Donald Tramp İrana qarşı münaqişənin həll olunmamış qala biləcəyini istisna etməyib.

ABŞ Prezidenti Donald Tramp İrana qarşı münaqişənin həll olunmamış qala biləcəyini istisna etməyib.

Gundem.today xəbər verir ki, o, bu fikri Las-Veqas şəhər administrasiyasının vergi sahəsindəki fəaliyyətinə həsr olunmuş tədbirdə çıxışı zamanı səsləndirib.

İrana qarşı müharibənin səbəb olduğu enerji daşıyıcılarının qiymət artımını müzakirə edən Tramp neftin bir barelinin dəyərinin 250-300 dollara çatacağı ilə bağlı proqnozları xatırladıb.

"Lakin bu gün bu rəqəm 89-90 dollar (bir barel üçün) təşkil edir. Özü də müharibə şəraitində biz hələ onu nizamlaya bilməmişik. Ehtimal ki, bunu heç etməyəcəyik", - deyə o qeyd edib.

Bununla yanaşı, eyni çıxışının əvvəlində ABŞ lideri münaqişənin heç bir ciddi fəsad olmadan davam etdiyini və yaxın vaxtlarda başa çatmalı olduğunu vurğulayıb.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Donald_Tramp#İran#ABŞ#münaqişə#neftin_qiyməti#Las-Veqas#Cey_Di_Vens#dəniz_blokadası#Məhəmməd_Baqir_Qalibaf#İslamabad_danışıqları#atəşkəs.

Oxşar Xəbərlər

Ürək xəstəlikləri ilə bağlı qəfil ölümün səbəbləri: Risk qrupunda kimlər var?Dünya

Ürək xəstəlikləri ilə bağlı qəfil ölümün səbəbləri: Risk qrupunda kimlər var?

Ürəyin işemik xəstəliyinin ən böyük təhlükələrindən biri onun uzun müddət heç bir simptom göstərmədən inkişaf etməsidir.

Bu gün
06:160
FTB direktoru jurnalı məhkəməyə verdi: 250 milyon dollar təzminat tələb edirDünya

FTB direktoru jurnalı məhkəməyə verdi: 250 milyon dollar təzminat tələb edir

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Keş Patel onun alkoqol problemləri haqqında yazan "The Atlantic" jurnalını məhkəməyə verib. Büro rəhbəri nəşrdən 250 milyon dollar mənəvi təzminat tələb edir.

Bu gün
05:200
Dişlərin müalicəsi və onurğa sağlamlığı arasındakı dolayı əlaqə tapılıbDünya

Dişlərin müalicəsi və onurğa sağlamlığı arasındakı dolayı əlaqə tapılıb

"Duruş və dişləmə bir-biri ilə müəyyən qədər əlaqəli olsa da, bu əlaqə birbaşa deyil, daha çox dolayı xarakter daşıyır".

Bu gün
04:420
Obama ailəsi "Netflix"lə əməkdaşlığı dayandırmağı planlaşdırırDünya

Obama ailəsi "Netflix"lə əməkdaşlığı dayandırmağı planlaşdırır

ABŞ-nin sabiq prezidenti Barak Obama və xanımı Mişel Obama "Netflix" yayım platforması olan ilə mövcud əməkdaşlıq müqaviləsini uzatmağı planlaşdırmırlar.

Bu gün
04:180