
Dişlərin müalicəsi və onurğa sağlamlığı arasındakı dolayı əlaqə tapılıb
"Duruş və dişləmə bir-biri ilə müəyyən qədər əlaqəli olsa da, bu əlaqə birbaşa deyil, daha çox dolayı xarakter daşıyır".
"Duruş və dişləmə bir-biri ilə müəyyən qədər əlaqəli olsa da, bu əlaqə birbaşa deyil, daha çox dolayı xarakter daşıyır".
Gundem.today xəbər verir ki, bu barədə rusiyalı stomatoloq-ortodont Andrey Juk "İzvestiya" nəşrinə verdiyi müsahibədə bildirib.
Həkimin sözlərinə görə, onurğadakı problemləri yalnız ortodontik vasitələrlə (məsələn, breketlərlə) həll etmək qeyri-mümkündür. Mütəxəssis izah edib ki, çənə sümüyünün oynağı boyun və baş əzələləri ilə sıx bağlıdır, bu da öz növbəsində çiyin nahiyəsinə təsir göstərir. Dişləmənin onurğa sütununa təsirini inkar etmək olmaz, lakin bu, birbaşa əlaqə deyil, yəni dişlərin düzəldilməsi duruşun avtomatik olaraq bərpa olunması demək deyil.
Həkim əlavə edib ki, yanlış dişləmə (malokklüziya) boyun və çeynəmə əzələlərində gərginliyə səbəb olur və bu gərginlik bəzən kürək nahiyəsinə qədər sirayət edir. Belə hallar daha çox qamət problemləri olan uşaq və yeniyetmələrdə müşahidə olunur. Prosesin əks tərəfi də mümkündür: əzələ disbalansı və onurğa problemləri dişləmənin formalaşmasına mənfi təsir göstərə bilər.
Andrey Juk xüsusi olaraq vurğulayıb ki, breket sistemlərinin qaməti düzəltdiyi barədə yayılan iddialar əsassızdır. İnsanın duruşu daha çox fiziki aktivlikdən və əzələlərin ümumi vəziyyətindən qaynaqlanır.
Ortodont bildirib ki, dişləmənin qaydaya salınması əzələlərin yükünü yüngülləşdirərək onurğanın öz təbii formasını qorumasına kömək edir. Ən düzgün yanaşma bədən vəziyyətinin hərtərəfli dəyərləndirilməsidir. Müalicə zamanı yalnız dişlər deyil, həm də oynaqların və əzələlərin fəaliyyəti mütəxəssis tərəfindən nəzərə alınmalıdır.
Sonda vurğulanıb ki, dişləmənin müalicəsi ilk növbədə çənə oynaqlarının və dişlərin vəziyyətini yaxşılaşdırmaqla yanaşı, boyun və baş bölgəsindəki əzələlərin tarazlığını tənzimləmək məqsədi daşıyır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaErmənistan TRIPP layihəsinin icrasına nə vaxt başlayır? - Paşinyan açıqladı
Ermənistanın baş naziri Nikol Paşinyan TRIPP layihəsinin icrası çərçivəsində real işlərə 2026-cı ildə başlanacağına əmindir.
DünyaAtəşkəs kağız üzərində qaldı? - İsrail Livanı vurdu, ölən və yaralananlar var
İsrail ordusu atəşkəs rejimini pozaraq Livana zərbələr endirib, itkilər var.
DünyaBill və Melinda Qeyts Fondunun Epşteynlə əlaqələri yoxlanılacaq
Bill və Melinda Qeyts Fondu yetkinlik yaşına çatmayanların cinsi istismarında ittiham olunan maliyyəçi Ceffri Epşteynlə əlaqələrə dair xarici araşdırma başladıb.
DünyaPeter Madyarın streteji planları açıqlandı
Macarıstanın hökumət başçısı olacaq Peter Madyar Avstriya və digər qonşu dövlətlərlə tərəfdaşlığı dərinləşdirərək Mərkəzi Avropanın nüfuzunu artırmaq niyyətindədir.