
Dörd ölkə "Türk axını" qaz kəmərinin mühafizəsini gücləndirəcək
"Macarıstan, Rusiya, Türkiyə və Serbiya "Türk axını" qaz kəmərinin mümkün hücumlardan qorunmasını gücləndirmək barədə razılığa gəliblər".
"Macarıstan, Rusiya, Türkiyə və Serbiya "Türk axını" qaz kəmərinin mümkün hücumlardan qorunmasını gücləndirmək barədə razılığa gəliblər".
Gundem.today TASS-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto ölkənin Müdafiə Şurasının iclasından sonra bildirib.
İclas Viktor Orban tərəfindən Serbiya hissəsində qaz kəmərinə qarşı diversiya cəhdi ilə əlaqədar çağırılıb.
Siyarto qeyd edib ki, bu məsələ ilə bağlı Serbiya və Türkiyənin energetika nazirləri, eləcə də Rusiyanın energetika nazirinin birinci müavini Pavel Sorokinlə telefon danışığı aparıb.
Nazirin sözlərinə görə, tərəflər qaz kəmərinin əvvəlkindən daha etibarlı şəkildə qorunmasının vacibliyi barədə razılığa gəliblər. O bildirib ki, hücumların sayı artdığı üçün tərəflər sıx əlaqə saxlayacaq və"Türk axını" kəmərinin qorunması üçün hər biri konkret tədbirlər görəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTramp: "ABŞ-nin İranla müharibəsi NATO üçün sınaq idi"
"ABŞ-nin İrana qarşı hərbi əməliyyatı NATO üçün sınaq xarakteri daşıyıb".
Dünyaİsrail ordusu Livanda "Hizbullah" obyektlərinə zərbələr endirdiyini açıqlayıb
İsrail Livan ərazisinə yeni hava zərbələri endirib.
DünyaTehran ABŞ infrastrukturuna zərbə endirməklə hədələdi
Tehran ABŞ-nin Fars körfəzi bölgəsində yerləşən infrastruktur obyektlərinə zərbə endirə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
DünyaTramp: "İranla aprelin 7-dək razılaşma əldə olunması ehtimalı yüksəkdir"
"ABŞ ilə İran arasında aprelin 7-dək razılaşmanın əldə olunması ehtimalı yüksəkdir".