
Yol polisi yağıntılı hava şəraiti ilə bağlı sürücülərə və piyadalara xəbərdarlıq edib
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yağıntılı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yağıntılı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib.
Gundem.today xəbər verir ki, qurumdan bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında, eləcə də respublikanın bir çox bölgələrində yağıntılı hava şəraiti müşahidə olunur.
Bildirilib ki, belə hava şəraiti yol örtüyünün sürüşkən olmasına, əyləc məsafəsinin artmasına və sürücülərin nəqliyyat vasitəsinə nəzarət imkanlarının zəifləməsinə səbəb olur ki, bu da yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır.
Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarının diqqətinə çatdırıb ki, bu cür hava şəraitində həm sürücülər, həm də piyadalar tərəfindən daha diqqətli və məsuliyyətli davranılması xüsusi əhəmiyyət kəsb edir.
Sürücülərə tövsiyə olunub:
• Sürəti yol və hava şəraitinə uyğun seçsinlər, qəfil manevr və kəskin əyləcləmələrdən çəkinsinlər;
• Nəqliyyat vasitələri arasında ara məsafəni artıraraq təhlükəsiz hərəkəti təmin etsinlər;
• İşıqlandırma sistemlərinin sazlığını yoxlasınlar;
• Yağış zamanı yaranan su yığıntıları və sürüşkən sahələrdə ehtiyatlı hərəkət etsinlər;
• Piyada keçidlərinə yaxınlaşarkən sürəti əvvəlcədən azaltsınlar və piyadalara üstünlük versinlər.
Piyadalara da xatırladılıb:
• Yolu yalnız müəyyən edilmiş yerlərdən keçsinlər;
• Yolun hərəkət hissəsinə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin yaxınlaşıb-yaxınlaşmadığına əmin olsunlar;
• Yağıntılı hava şəraitində sürücülərin onları vaxtında görməsinin çətinləşdiyini nəzərə alsınlar;
• Tələsik və qəfil hərəkətlərdən çəkinərək öz təhlükəsizliklərinə xüsusi diqqət yetirsinlər.
BDYPİ bir daha diqqətə çatdırıb ki, əlverişsiz hava şəraitində yol hərəkəti qaydalarına əməl olunmaması ağır nəticələrə səbəb ola bilər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyətİranda müharibə uzansa, Azərbaycanda ciddi bahalaşma olacaq? - VİDEO
İranda müharibənin nə vaxt bitəcəyi ilə bağlı qeyri-müəyyənlik davam etdikcə, neft böhranı daha da dərinləşir. Bu isə onsuz da qorxulu olan proqnozları daha da pisləşdirir.
Cəmiyyət"Xərçəngə qalib gəldim, amma xəyanətə uduzdum" - Türkiyəli müğənni Murad Göğebakanın faciəli həyat hekayəsi - VİDEO
Murat Göğebakan Türkiyə musiqisinin ən ağrılı və səmimi səslərindən biri idi.
CəmiyyətSərnişinlər üçün ictimai nəqliyyatda görünməyən təhlükə - Cibgirlərdən necə qorunmalı?
Son günlər Bakıda ictimai nəqliyyatda baş verən cibgirlik hadisələri bu problemi yenidən gündəmə gətirib. Daxili İşlər Nazirliyi marşrut avtobuslarından birində baş verən cibgirlik faktı ilə bağlı məlumat və görüntülər yayıb. Məlumata görə, sərnişinin içərisində 200 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 44 yaşlı şəxs saxlanılıb. Elə həmin gün metro stansiyalarının birində də oxşar hadisə qeydə alınıb və sərnişinin çantasından pulqabısı ilə yanaşı m
Cəmiyyətİtaliyanın avtomobillərlə səyahət etməyin qadağan olunduğu bölgəsindən REPORTAJ - FOTO
Çinkve-Terre möhtəşəm gözəlliyi və rahat həyat tempi ilə məşhurdur. İtaliyanın bu milli parkı "Beş torpaq" kimi tanınır və Liquriya sahillərində ən çox ziyarət edilən turistik məkandır. Beş kəndin - Monterosso, Vernatsa, Kornilya, Manarola və Riomaccoreni birləşdirən İtaliya Rivierasının bu hissəsi 1997-ci ildən UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxildir. Yerli sakinlər hesab edirlər ki, bu qərarın müsbət təsiri var. Yerli sakinlərin həyat tərzi dəyişib və mənzərə toxunulmaz qalıb.