Son dəqiqə
BƏƏ hava məkanında tətbiq edilən uçuş məhdudiyyətlərinin müddətini uzatdıSuriyadan beş Azərbaycan vətəndaşı ölkəyə gətirildiEdqars Rinkeviçs İlham Əliyevə təşəkkür etdi - FOTOİraqda qaz böhranı: Bağdadda restoran və kafelər fəaliyyətini dayandırırMuğanlı-İsmayıllı yolu YEDDİ GÜN bağlı olacaq - XƏBƏRDARLIQ10 000 nəfərdən çox vətəndaş dələduzu ifşa edərək öz vəsaitini qoruyub
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Maliyyə icarəçisinin hüquq və vəzifələri BƏLLİ OLDU
Maliyyə icarəçisinin hüquq və vəzifələri BƏLLİ OLDU
İqtisadiyyat

Maliyyə icarəçisinin hüquq və vəzifələri BƏLLİ OLDU

Bu gün
14:28
0 baxış
Paylaş:

Maliyyə icarəsində (lizinq) icarəyə verənin yeni hüquqları və vəzifələri müəyyənləşir.

Maliyyə icarəsində (lizinq) icarəyə verənin yeni hüquqları və vəzifələri müəyyənləşir.

Gundem.today-ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Maliyyə icarəsi haqqında" yeni qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, icarəyə verənin aşağıdakı hüquqları var:

- maliyyə icarəsi müqaviləsində nəzərdə tutulduğu halda, dövri olaraq icarəçidən onun maliyyə hesabatlarının (maliyyə vəziyyətini əks etdirən hesabatların) təqdim edilməsini tələb etmək və maliyyə icarəsi obyektinin vəziyyətini və istismar şəraitini yoxlamaq məqsədilə maliyyə icarəsi obyektinə baxış keçirmək;

- maliyyə icarəsi müqaviləsində nəzərdə tutulduğu halda, icarəçi öz hərəkətləri (hərəkətsizliyi) ilə maliyyə icarəsi obyektinin məhvi, itirilməsi, zədələnməsi üçün təhlükə yaratdıqda, yaxud icarəçi maliyyə icarəsi müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduqda müvafiq hallar aradan qaldırılanadək icarəçidən maliyyə icarəsi obyektindən istifadə hüququnun məhdudlaşdırılmasını və ya dayandırılmasını tələb etmək;

- borc vəsaitlərinin cəlb edilməsi məqsədilə maliyyə icarəsi obyektini girovla (ipoteka ilə) yüklü etmək;

- maliyyə icarəsi obyekti ilə bağlı və ya maliyyə icarəsi müqaviləsindən irəli gələn hüquqlarını tam və ya qismən maliyyə icarəsi fəaliyyətini həyata keçirən şəxslərə güzəşt etmək (bu halda, hüquqları əldə edən şəxsə icarəyə verənin bu Qanunla və maliyyə icarəsi müqaviləsi ilə müəyyən edilmiş vəzifələri də keçir);

- nəzərdə tutulmuş hallarda maliyyə icarəsi müqaviləsini vaxtından əvvəl ləğv etmək.

İcarəyə verənin vəzifələri isə aşağıdakılardır:

- satıcı ilə alqı-satqı müqaviləsini bağlamaq;

- maliyyə icarəsi obyekti üzrə üçüncü şəxslərin hüquqları, o cümlədən maliyyə icarəsi obyektinin yüklülüyü barədə icarəçini məlumatlandırmaq;

- icarəçinin razılığı olmadan alqı-satqı müqaviləsində maliyyə icarəsi müqaviləsindən irəli gələn öhdəliklərin icrasına təsir edən dəyişiklik etməmək;

- maliyyə icarəsi obyektini maliyyə icarəsi müqaviləsinin şərtlərinə uyğun olaraq icarəçinin sahibliyinə və istifadəsinə vermək;

- maliyyə icarəsi müqaviləsində nəzərdə tutulduğu halda maliyyə icarəsi müqaviləsinin müddəti bitdikdən sonra maliyyə icarəsi obyekti üzərində mülkiyyət hüququnu icarəçiyə ötürmək;

- maliyyə icarəsi ilə əlaqədar bağladığı müqavilələrdən irəli gələn digər öhdəlikləri lazımi qaydada və vaxtında icra etmək.

Maliyyə icarəsi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə icarəsinin obyekti, onun satıcısı və (və ya) alqı-satqı müqaviləsinin şərtləri icarəçi tərəfindən müəyyən edildiyi halda, icarəyə verən satıcı tərəfindən alqı-satqı müqaviləsinin şərtlərinin icrasına görə icarəçi qarşısında məsuliyyət daşımır.

İcarəyə verən sahibliyə və istifadəyə verilmiş maliyyə icarəsi obyektinin maliyyə icarəsi müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya icarəçiyə əvvəlcədən məlum olan, yaxud icarəçinin maliyyə icarəsi obyektini nəzərdən keçirərkən və ya onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır.

İcarəyə verən maliyyə icarəsi müqaviləsi, o cümlədən icarəçi barədə məlumatların "Kommersiya sirri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qorunmasını təmin etməlidir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#Lizinq#maliyyə_icarəsi#icarəyə_verən#icarəçi#Milli_Məclis#qanun_layihəsi#müqavilə_şərtləri#mülkiyyət_hüququ#kommersiya_sirri#girov#iqtisadiyyat.

Oxşar Xəbərlər

Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndiİqtisadiyyat

Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) "A-Solutions Elektron Pul Təşkilatı" MMC-ni cərimələyib.

Bu gün
15:280
Komitə sədri: "Sahibkarların kredit təminatı ilə bağlı bir sıra problemlər var" - FOTOİqtisadiyyat

Komitə sədri: "Sahibkarların kredit təminatı ilə bağlı bir sıra problemlər var" - FOTO

"Maliyyə icarəsi şirkətləri gələcəkdə çox ciddi reqlamentləşdirilən, Mərkəzi Bank tərəfindən tənzimlənən, nəzarət olunan fəaliyyət sahəsi olacaq".

Bu gün
14:510
Lizinqdə borclunun öhdəlikləri hansı əmlaka yönəldilə bilər?İqtisadiyyat

Lizinqdə borclunun öhdəlikləri hansı əmlaka yönəldilə bilər?

Maliyyə icarəsi zamanı borclunun əmlak münasibətlərinin xüsusiyyətləri müəyyənləşir.

Bu gün
14:480
Lizinqdə risklərin bölüşdürülmə və sığortalanma NORMALARIİqtisadiyyat

Lizinqdə risklərin bölüşdürülmə və sığortalanma NORMALARI

Maliyyə icarəsi (lizinq) subyektləri arasında risklərin bölüşdürülməsi və sığortalanması qaydaları müəyyənləşir.

Bu gün
14:400