Son dəqiqə
Azərbaycan Prezidenti: "Bu gün ağsaqqallarımız ölkə həyatının bütün sahələrində fəal iştirak edirlər"Nazir Arzu Qarazadəyə vəzifə verdi - FOTOTƏBİB: "Yeni direktorların təyin olunması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir"İlham Əliyev: "Azərbaycan Ağsaqqallar Şurası ölkəmizin inkişafına töhfə verir"Prezident: "Azərbaycan xalqının ağsaqqallıq ənənəsi milli irsimizin ən mühüm dayaqlarından biridir"Şirkət internet çəkdi, işçilərin maaşını vermədi: "Adıma 3200 manat vergi borcu yaranıb, ödəmirlər"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Digər
  3. "Dreame" ən güclü və nazik "X60 Ultra Complete" robot-tozsoranının satışına başlayır
"Dreame" ən güclü və nazik "X60 Ultra Complete" robot-tozsoranının satışına başlayır
Digər

"Dreame" ən güclü və nazik "X60 Ultra Complete" robot-tozsoranının satışına başlayır

Bu gün
10:31
0 baxış
Paylaş:

Premium səviyyəli robot-tozsoranların satışı üzrə dünya lideri olan "Dreame", yeni flaqman modeli "X60 Ultra Complete"in 28 aprel tarixində Azərbaycanda satışa çıxarılacağını açıqlayıb. Robot-tozsoran bazarda ən inkişaf etmiş naviqasiya və maneələrdən yayınma sistemlərindən birini formalaşdıran aparat və proqram həllərinin kompleksinə əsaslanır.

Premium səviyyəli robot-tozsoranların satışı üzrə dünya lideri olan "Dreame", yeni flaqman modeli "X60 Ultra Complete"in 28 aprel tarixində Azərbaycanda satışa çıxarılacağını açıqlayıb. Robot-tozsoran bazarda ən inkişaf etmiş naviqasiya və maneələrdən yayınma sistemlərindən birini formalaşdıran aparat və proqram həllərinin kompleksinə əsaslanır.

Bu ilin mart ayında "Dreame" premium keyfiyyətli robot-tozsoranların pərakəndə satış həcminə görə dünyada birinci yeri tutub. Bu barədə "Euromonitor International" beynəlxalq tədqiqat şirkətinin 2025-ci il üçün açıqladığı məlumatlarından məlum olur.

"Dreame"nin inkişafında əsas rolu yeni məhsulların işlənib hazırlanması və tədqiqat işlərinə investisiyalar təşkil edir ki, bu da şirkətə flaqman "X60 Ultra Complete" modeli də daxil olmaqla, yeni məhsullara öz texnoloji həllərini ardıcıl şəkildə tətbiq etməyə imkan verir.

Yeni nəsil intellektual naviqasiya və maneələrdən yayınma sistemi

"X60 Ultra Complete" modelinin naviqasiya və maneələrdən yayınma sistemi qabaqcıl aparat və proqram həllərini özündə birləşdirir. Açılıb-yığılan LiDAR sensoru xəritənin hazırlanmasını təmin edir: açıq məkanda o, hərəkət trayektoriyasını dəyişdirmədən dairəvi skanlamanı həyata keçirmək üçün yuxarı qalxır, mebelin altına daxil olarkən isə korpusun içərisinə yığılır və robotun hündürlüyünü 7,95 sm-ə endirir.

Çətin əlçatan zonalarda naviqasiya süni intellekt əsaslı iki kamera və daxili işıqlandırma vasitəsilə davam etdirilir.

Məkanın vizual tanınmasını 120° baxış bucağına malik iki ədəd genişbucaqlı kameradan ibarət "AI OmniSight™" sistemi təmin edir. Bu kameralar obyektlərin üçölçülü xəritəsini hazırlayır və naqillər, kartlar, kağız və ya şəffaf paketlər daxil olmaqla, hündürlüyü 10 mm-dən çox 280-dən artıq maneə növünü tanımağa imkan verir.

Real vaxt rejimində marşrut planlaşdırma alqoritmi şəraitin dəyişməsinə 0.1 saniyə sürətlə reaksiya verir ki, bu da maneələrdən yayınmağa və lazımsız dayanmaları minimuma endirməyə kömək edir.

Sistemi kirlərin proaktiv aşkarlama texnologiyası tamamlayır: infraqırmızı işıqlandırma mürəkkəb - tünd, parıldayan və ya nəzərəçarpacaq naxışları olan səthlərdə belə kirin növlərini daha dəqiq ayırd etməyə kömək edir. Robot təkcə tünd ləkələri deyil, həm də açıq rəngli maye kirləri, eləcə də tükləri və xırda hissəcikləri tanıyır, təmizləmə ssenarisini avtomatik seçir və vəziyyətdən asılı olaraq quru və yaş təmizləmə arasında keçid edir.

Ev heyvanları saxlanan evlər üçün xüsusi "Pet Care 4.0" sistemi nəzərdə tutulub. Robot ev heyvanlarının daha çox vaxt keçirdiyi zonaları, o cümlədən yem və qum qablarını tanıyır və tətbiqdə təmizlik ssenarisini təyin etməyə imkan verir. İş prosesində cihaz heyvanların ətrafından ehtiyatla keçir, sonra isə həmin sahəyə qayıdaraq təmizlik işini tamamlayır. Bundan əlavə, iri zibil - məsələn, yem dənələri və ya heyvan qumu - üçün təmizləmə rejimi, həmçinin uzaqdan müşahidə, ikitərəfli səsli ünsiyyət və ev heyvanının hərəkətinin avtomatik qeydə alınması funksiyaları nəzərdə tutulub.

Boşluq buraxmadan maksimum sahənin əhatə olunması

"X60 Ultra Complete" mürəkkəb planlamalı, alçaq mebelləri və otaqlar arasında astanası olan məkanlarda təmizlik üçün nəzərdə tutulub. 7,95 sm hündürlüyə malik ultranazik korpus və açılıb-yığılan LiDAR sensoru robota divanların, çarpayıların və digər alçaq mebellərin altını təmizləməyə imkan verir.

Bundan əlavə, modeldə künclərdə və dar məkanlarda hərtərəfli təmizlik funksiyası tətbiq edilib: yan fırça gizli sahələrə daxil olur, açılıb-yığılan "mop"lar isə haşiyələr boyunca sıx hərəkət edir, bu da küncləri, yarıqları və mebellərin ətrafını daha effektiv təmizləməyə imkan verir. "Mop" 40 mm-ə qədər irəli çıxır, masa və stulların ayaqlarının ətrafını dərindən təmizləyir, bununla da, adətən diqqətdən kənar qalan sahələrdə təmizlik keyfiyyətini artırır.

Astanaların və hündürlük fərqlərinin dəf edilməsi üçün "X60 Ultra Complete"də təkmilləşdirilmiş "ProLeap™" sistemi üçtəkərli "AgiLift™" şassisi ilə birlikdə istifadə olunur. Robot hər bir ötürücü təkərin qarşısında açılıb-yığılan dayaqlar və fırlanan manipulyatorlarla təchiz edilib ki, bu da maneələrdən yayınmanı onların formasına və hündürlüyünə uyğunlaşdırmağa imkan verir.

Əvvəlki nəsil cihazlarla müqayisədə "ProLeap™" sistemi 15%-dək daha hündür maneələri dəf etməyə imkan verir: birsəviyyəli maneələrdə 4.5 sm, ikisəviyyəli maneələrdə 8.8 sm-dək.

Sərbəst idarəetmə imkanına malik üçtəkərli şassi robota müxtəlif növ örtüklər arasında rəvan hərəkət etməyə kömək edir, xalçanın üzərinə çıxdıqda isə yuxarı qalxaraq keçidi asanlaşdırır və nəmin xalçanın xovuna keçməsi riskini azaldır.

Rekord sovurma gücü və effektivliyi azaltmadan xalça təmizliyi

"X60 Ultra Complete", "Dreame"nin Azərbaycan bazarında təqdim etdiyi bütün robot-tozsoran modelləri arasında ən yüksək sovurma gücünə malikdir.

35 000 Pa-dək sabit yüksək sovurma gücünü təmin edən "Vormax™" sistemi həm sərt, həm də xalça kimi səthlər üzərində müxtəlif təmizlik ssenarilərində maksimum performa

#Digər#Dreame

Oxşar Xəbərlər

"Nar" Kitab gününü Salyanda qeyd edibDigər

"Nar" Kitab gününü Salyanda qeyd edib

Sərfəli mobil operator "Nar" 23 aprel Beynəlxalq Kitab Günü münasibətilə ölkənin bölgələrində maarifləndirici təşəbbüslərini davam etdirərək növbəti layihəsini uğurla həyata keçirib.

Bu gün
12:260
"SİMA İmza" - vergi ödəyiciləri üçün ən sərfəlisiDigər

"SİMA İmza" - vergi ödəyiciləri üçün ən sərfəlisi

SİMA rəqəmsal imza İnternet Vergi İdarəsinə girişin ən sərfəli və təhlükəsiz yolu kimi vergi ödəyicilərinin əsas rəqəmsal köməkçisinə çevrilib.

Bu gün
12:180
"Expressbank" "Sahibkarlar Günü" münasibətilə sahibkarlarla görüş keçiribDigər

"Expressbank" "Sahibkarlar Günü" münasibətilə sahibkarlarla görüş keçirib

"Expressbank" Sahibkarlar Günü münasibətilə Gözəlliyə Xidmət Sahəsində Sahibkarlara Dəstək İctimai Birliyinin (GXSSD) üzvləri ilə işgüzar səhər yeməyi formatında görüş təşkil edib.

Bu gün
12:030
10 000 nəfərdən çox vətəndaş dələduzu ifşa edərək öz vəsaitini qoruyubDigər

10 000 nəfərdən çox vətəndaş dələduzu ifşa edərək öz vəsaitini qoruyub

10 000 nəfərdən çox vətəndaş dələduzu ifşa edərək öz vəsaitini qoruyub

Bu gün
15:480