
"SİMA İmza" - vergi ödəyiciləri üçün ən sərfəlisi
SİMA rəqəmsal imza İnternet Vergi İdarəsinə girişin ən sərfəli və təhlükəsiz yolu kimi vergi ödəyicilərinin əsas rəqəmsal köməkçisinə çevrilib.
SİMA rəqəmsal imza İnternet Vergi İdarəsinə girişin ən sərfəli və təhlükəsiz yolu kimi vergi ödəyicilərinin əsas rəqəmsal köməkçisinə çevrilib.
Dövlət Vergi Xidmətinin rəqəmsal ekosistemində edilən dəyişikliyə əsasən, e-taxes.gov.az portal fəaliyyətini dayandırıb. Artıq bütün elektron vergi xidmətləri new.e-taxes.gov.az platforması üzərindən təqdim olunacaq. Yeni portalın əsas üstünlüyü "SİMA İmza" ilə də girişin mümkünlüyüdür.
Hazırda SİMA rəqəmsal imza ilə portaldakı bütün əsas vergi xidmətləri əlçatandır. İstifadəçilər "SİMA İmza" mobil tətbiqini yükləyib, qeydiyyatdan keçməklə dərhal biznes imzası əldə edə və 100-dən artıq xidmətdən yararlana bilərlər.
Qeyd edək ki, istifadəçilər "SİMA İmza" tətbiqində biznes imzası əldə edən zaman 6AYPULSUZ promokodunu yazmaqla ilk 6 ay ərzində elektron imzadan tamamilə ödənişsiz istifadə edə bilər. Daha sonra abunəliyi istəyə görə, aylıq 2.40 AZN, 1 illik 25 AZN, 3 illik isə 55 AZN-ə yeniləmək mümkündür. Tariflərdə heç bir əlavə ödəniş və gizli xərc yoxdur.
"SİMA İmza" haqqında
SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan "AzInTelecom" tərəfindən 2022-ci ildə yaradılıb. Hazırda "SİMA İmza" tətbiqinin endirilmə sayı 6 milyondan çoxdur. Rəqəmsal imzanı hər hansı xidmət məntəqəsinə getmədən və fiziki daşıyıcıya ehtiyac olmadan mobil tətbiq vasitəsilə əldə etmək mümkündür.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Digər"Nar" Kitab gününü Salyanda qeyd edib
Sərfəli mobil operator "Nar" 23 aprel Beynəlxalq Kitab Günü münasibətilə ölkənin bölgələrində maarifləndirici təşəbbüslərini davam etdirərək növbəti layihəsini uğurla həyata keçirib.
Digər"Expressbank" "Sahibkarlar Günü" münasibətilə sahibkarlarla görüş keçirib
"Expressbank" Sahibkarlar Günü münasibətilə Gözəlliyə Xidmət Sahəsində Sahibkarlara Dəstək İctimai Birliyinin (GXSSD) üzvləri ilə işgüzar səhər yeməyi formatında görüş təşkil edib.
Digər"Dreame" ən güclü və nazik "X60 Ultra Complete" robot-tozsoranının satışına başlayır
Premium səviyyəli robot-tozsoranların satışı üzrə dünya lideri olan "Dreame", yeni flaqman modeli "X60 Ultra Complete"in 28 aprel tarixində Azərbaycanda satışa çıxarılacağını açıqlayıb. Robot-tozsoran bazarda ən inkişaf etmiş naviqasiya və maneələrdən yayınma sistemlərindən birini formalaşdıran aparat və proqram həllərinin kompleksinə əsaslanır.
Digər10 000 nəfərdən çox vətəndaş dələduzu ifşa edərək öz vəsaitini qoruyub
10 000 nəfərdən çox vətəndaş dələduzu ifşa edərək öz vəsaitini qoruyub