
Dünya çempionatına 35 gün qaldı: PARAQVAY - "La Albirroja" - VİDEO
Paraqvay millisi ("La Albirroja" - Ağ-qırmızılar) Cənubi Amerika futbolunun ən inadkar, müdafiə mərkəzli və mübariz komandalarından biridir. 2026-cı il dünya çempionatına vəsiqə qazanmaqla paraqvaylılar 16 illik fasiləyə son qoyaraq yenidən dünya elitasına qayıdıblar.
Paraqvay millisi ("La Albirroja" - Ağ-qırmızılar) Cənubi Amerika futbolunun ən inadkar, müdafiə mərkəzli və mübariz komandalarından biridir. 2026-cı il dünya çempionatına vəsiqə qazanmaqla paraqvaylılar 16 illik fasiləyə son qoyaraq yenidən dünya elitasına qayıdıblar.
"La Albirroja" qlobal turnirdə sonuncu dəfə Cənubi Afrikada DÇ-2010-da çıxış edib. Həmin vaxt David Vilyanın həlledici qolu komandanın dörddəbir finaldakı yürüşünə son qoymuş və gələcək çempion İspaniya onları turnirdən uzaqlaşdırmışdı. Bu dəfə isə onların dünyanın ən yaxşıları ilə rəqabət aparmaq arzusu Şimali Amerika qitəsində reallaşacaq.
Gundem.today Paraqvay futbolunun keçmişinə, bu gününə və 2026-cı il gözləntilərinə nəzər salır.
Qustavo Alfaro 2024-cü ilin avqustunda komandanın sükanı arxasına keçərkən çətin sınaqla üz-üzə qalmışdı. O, gərgin keçən seçmə mərhələdə mümkün 18 xaldan yalnız 5-ni toplaya bilmiş bir kollektivi təhvil almışdı. Təqdimat mərasimində baş məşqçi jurnalistlərə belə demişdi: "Mən istəyirəm ki, Paraqvay heç kimin qarşılaşmaq istəmədiyi, hamıdan çox mübarizə aparan və ruhu heç vaxt sarsılmayan bir komanda olsun".
Argentinalı mütəxəssis debüt matçında komandası ilə Montevideodakı "Estadio Centenario" stadionunda uruqvaylılarla gərgin keçən qolsuz heç-heçəyə nail olmuşdu. Daha sonra o, Cənubi Amerika təsnifat mərhələsinin 12 oyununda komandaya rəhbərlik edərək, yalnız bir dəfə - San-Pauluda Braziliyaya qarşı minimal hesabla (1:0) məğlubiyyət yaşamışdı. Baş məşqçi vəsiqə qazandıqları üçün sevincli olsa da, ambisiyalarının daha böyük olduğunu vurğulayaraq, komandasının Şimali Amerikaya sadəcə iştirakçı olmaq üçün yollanmayacağına söz verib. Onların əsas məqsədi mübarizə aparmaq, rəqabətə davamlı olmaq və turnirdə mümkün qədər uzun müddət qalmaqdır.
Alfaro zəngin məşqçilik karyerasına malikdir. 1992-ci ildən bəri onlarla kluba rəhbərlik edib, həmçinin Ekvador və Kosta-Rika milli komandalarında da çalışıb. O, bir ildən az müddətdə Paraqvayın taleyini dəyişərək, dünya çempionatına qayıdışla azarkeşlərə bayram sevinci yaşadıb.
Paraqvayın ilk dünya çempionatı
Paraqvay ilk dünya çempionatında (1930) iştirak etmək üçün dəvət alan seçilmiş komandalardan biri olub. Qrup mərhələsinin ilk oyununda ABŞ-yə 0:3 hesabı ilə uduzsalar da, növbəti matçda Belçikanı 1:0 hesabı ilə məğlub edərək toparlana bilmişdilər. Lakin bu nəticə pley-off mərhələsinə adlamaq üçün kifayət etməmişdi.
Paraqvayın sonuncu dünya çempionatı
Paraqvayın dünya səhnəsindəki ən son çıxışı eyni zamanda ən yaddaqalanı olmuşdu. Çünki onlar DÇ-2010-da yarımfinala çox yaxın qalmışdılar. İspaniyaya sona qədər müqavimət göstərən heyətdə Vilyar, Oskar Kardozo, Paulo da Silva və Nelson Aedo ilə yanaşı, ardıcıl dördüncü dünya çempionatında iştirak edən təcrübəli Denis Kanisa da yer almışdı.
Paraqvay 2026-cı il dünya çempionatına necə vəsiqə qazanıb?
2026-cı il dünya çempionatının yeni, genişləndirilmiş formatı CONMEBOL zonasından altı ölkənin qlobal turnirə birbaşa vəsiqə qazanmasına zəmanət verir. Qitələrarası pley-off mərhələsində isə daha bir yer uğrunda mübarizə aparılır. Paraqvayın biletini təmin etməsi üçün altıncı pilləni tutması kifayət etmişdi. Bu yolda onlar nəhəng rəqiblərini də məğlub etmişdilər. Xüsusilə, Braziliya üzərində 1:0 və Argentina üzərində 2:1 hesablı qələbələr ən yaddaqalan performanslardan olmuşdu.
DÇ-2026-da Paraqvayın oyun cədvəli (Bakı vaxtı ilə)
Paraqvay yığması DÇ-2026-da D qrupunda ABŞ, Türkiyə və Avstraliya millilərinə qarşı mübarizə aparacaq.
D qrupu:
13 iyun, 05:00, ABŞ - Paraqvay (Los-Anceles stadionu);
20 iyun, 07:00, Türkiyə - Paraqvay (San-Fransisko stadionu);
26 iyun, 06:00, Paraqvay - Avstraliya (San-Fransisko stadionu).
Paraqvayın ən uğurlu dünya çempionatı
Cənubi Afrikada (2010) "La Albirroja" F qrupunda qərarlaşmışdı. İtaliya ilə 1:1 hesablı bərabərlik, Slovakiya üzərində 2:0 hesablı qələbə və Yeni Zelandiya ilə qolsuz sülh komandanın qrup lideri olması üçün kifayət etmişdi. Səkkizdəbir finalda Tşvane/Pretoriyadakı "Loftus Versfeld" stadionu gərgin penaltilər seriyasına səhnə olmuşdu. 120 dəqiqə ərzində hesabın açılmadığı matçda Paraqvay beş penaltinin hamısını dəqiq yerinə yetirmiş, Yaponiya isə bir səhvlə turnirlə vidalaşmışdı.
Yohannesburqun "Ellis Park" stadionunda keçirilən dörddəbir finalda Paraqvay turnirin ən həyəcanlı qarşılaşmalarından birində gələcək çempion İspaniya ilə üz-üzə gəlmişdi. Xerardo Martinonun komandası nizam-intizam və xarakter nümayiş etdirdiyi oyunda hesabı açmağa yaxın olsa da, Oskar Kardozo 11 metrlik cərimə zərbəsindən yararlana bilməmişdi. Cəmi bir neçə dəqiqə sonra Xusto Vilyar penaltidə Xabi Alonsoya qol sevinci yaşamağa imkan verməmiş, lakin 83-cü dəqiqədə Vilya matçda yeganə qola imza atmışdı.
Bu məğlubiyyət onların yürüşünə son qoysa da, Cənubi Amerika təmsilçisi ölkə tarixində ilk dəfə dörddəbir finala yüksəlməklə böyük təəssürat yaratmışdı. Onlar həm dünya ictimaiyyəti, həm də ən əsası sadiq azarkeşləri qarşısında özlərini ən yaxşı tərəfdən göstərmişdilər.
Paraqvayın dünya çempion
Oxşar Xəbərlər
İdmanFIFA "Neftçi"ni niyə cəzalandırıb? - RƏSMİ CAVAB - ÖZƏL
"Neftçi" klubuna tətbiq edilən transfer qadağası ilə bağlı məsələyə aydınlıq gətirilib.
İdmanFIFA-dan "Neftçi"yə TRANSFER QADAĞASI
FIFA "Neftçi"yə transfer qadağası qoyub.
İdmanKonfrans Liqasında finala son addım
Bu axşam UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin son oyunları keçiriləcək.
İdmanUEFA Avropa Liqasında böyük gecə: Finalçıların adları məlum olur
Bu axşam UEFA Avropa Liqasının yarımfinal mərhələsinə yekun vurulur.