
Qəbul imtahanının II mərhələsi üzrə sınaq keçiriləcək
Mayın 10-da ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək.
Mayın 10-da ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək.
Gundem.today xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, imtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 5554 abituriyent qeydiyyatdan keçib. Sınaq imtahanında iştirakçılara ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun test tapşırıqları təqdim olunacaq.
Qeyd olunub ki, sınaq imtahanı bütün binalarda saat 10:00-da başlanacaq. İmtahanda iştirak edəcək abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 09:45‑də başa çatacaq.
"İmtahanın başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. İmtahan iştirakçıları qeyd olunanları nəzərə almalı və buraxılış vərəqəsində göstərilən vaxtdan gec olmayaraq imtahan binasında olmalıdırlar.
İmtahanın müddəti 3 saatdır. Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların cavabları "cavab vərəqi"ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə "cavab kartı"ında qeyd olunur. İmtahanın sonunda cavab vərəqələri və cavab kartları abituriyentlərdən təhvil alınır, sual kitabçalarını isə aparmağa icazə verilir.
İmtahanın idarə edilməsi üçün 59 imtahan rəhbəri, 490 nəzarətçi, 26 ümumi imtahan rəhbəri, 78 buraxılış rejimi əməkdaşı ayrılıb.
Abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binalarına buraxılış yalnız onların şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilir.
Göstərilən sənədlərindən biri olmayan, sənədləri arasında uyğunsuzluq olan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn abituriyentlər imtahana buraxılmırlar", - məlumatda vurğulanıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətFransada Azərbaycan diasporunun üzvü vəfat etdi - FOTO
Fransada Azərbaycan diasporunun üzvü, tanınmış alim Vəfa Mustafayev 88 yaşında vəfat edib.
CəmiyyətAzərbaycanda yeni kanat yolunun inşasına BAŞLANILDI - FOTO - VİDEO
Balakən şəhərinin Heydər Əliyev parkında kanat yolunun inşası istiqamətində işlərə başlanılıb.
CəmiyyətSosial şəbəkədə əxlaqsız ifadələr işlədən Sabirabad sakini CƏZALANDIRILDI
Sabirabad rayonunda "TikTok" sosial şəbəkəsində əxlaqsız ifadələr işlədən şəxs məsuliyyətə cəlb olunub.
CəmiyyətQusarda şadlıq sarayının fəaliyyəti dayandırıldı - FOTO - VİDEO
Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Qusar şəhərində yerləşən "Pəri" şadlıq sarayında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.