
Dünya enerji bazarında qeyri-sabitlik ölkəmizə nə vəd edir? - Risklər və gözləntilər
"Yaxın Şərqdə baş verən hadisələr enerji bazarına ciddi təsir göstərdi, qiymətləri artırdı. Lakin Hörmüz boğazının bağlanması və yaxud da oradan keçən gəmilərə limitlərin tətbiq olunması təkcə neft və qazın qiymətlərini dalğalandırmadı, həm də gübrə bazarına mənfi təsir etdi.
"Yaxın Şərqdə baş verən hadisələr enerji bazarına ciddi təsir göstərdi, qiymətləri artırdı. Lakin Hörmüz boğazının bağlanması və yaxud da oradan keçən gəmilərə limitlərin tətbiq olunması təkcə neft və qazın qiymətlərini dalğalandırmadı, həm də gübrə bazarına mənfi təsir etdi.
Dünyada aqrar sahədə istifadə olunan azotun 50 faizi bu boğaz vasitəsilə daşınır. İstər kükürd, istər omonium, istərsə də digər gübrələr kənd təsərrüfatı sektorunda məhsuldarlığa birbaşa təsir göstərən elementlərdir. Üstəlik, dizel yanacağının qiymətinin artması da gələcəkdə ərzaq inflyasiyasının sürətlənməsi deməkdir".
Bunu Gundem.today-a açıqlamasında iqtisadçı Elman Sadıqov bildirib.
O bildirib ki, mart ayında inflyasiya öncəki aylara nisbətdə Amerika Birləşmiş Ştatlarında üç dəfə artıb:
"Bu faktorlar onu göstərir ki, dünya enerji bazarında qiymətlər artsa da qlobal iqtisadiyyatda baş verən bəlli proseslər, o cümlədən gözlənilən idxal inflyasiyası Azərbaycana da öz mənfi təsirini göstərəcək. Digər tərəfdən isə neft azalır. Hasilatın azalması fonunda neftin qiymətinin artması yenə də ölkə iqtisadiyyatına gəlirlərin gəlməsi, valyuta axını, manata olan təzyiqin azalması, büdcə artımı deməkdir. Amma bir önəmli məsələ də var ki, hazırkı qiymət artımları Azərbaycana məsələn, 2008-ci ildəki bahalaşma qədər müsbət təsir göstərmir. Çünki o zaman bizim neftimizin hasilatı artan templə davam edirdi, hazırda isə azalan tempdədir".
"İkinci məsələ ondan ibarətdir ki, iqtisadiyyata artıq daha çox pul lazımdır. Mühüm məsələ ondan ibarətdir ki, əgər qeyri-neft sektorunun inkişafına neftdən gələn gəlirlər yönəlməsə, yaxud da iqtisadiyyatımızın digər sahələrində inkişafı təmin etməsək, o zaman bu sektorlara müsbət təsir azalacaq. Nəticə etibarı ilə risklər formalaşa bilər", - ekspert vurğulayıb.
E.Sadıqov iqtisadiyyatda daralma fazasının nə qədər təhlükəli olmasından da danışıb:
"Bunu qlobal iqtisadiyyatdan da, özümüzdən də bilirik və bu "daralma" getdikcə sürətlənərsə, nəticə etibarı ilə neft və qazdan gələn gəlirlərimizin müəyyən hissəsini itirə bilərik. Bütün bu amillər onu göstərir ki, bəli, bu gün dünya bazarında baş verən hadisələr neft və qaz gəlirlərimizi artırıb. Amma bu, qısa və orta müddət üçün müsbət dinamikadır. Çünki dağılan infrastrukturları - İran, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveytin durumunu, üstəlik münaqişənin də davam etdiyini, Hörmüz boğazının blokadaya alınması və s. nəzərə alsaq, enerji bazarında bahalı neft və qaz görəcəyik. Bu, Azərbaycana dividentlər gətirir, mövqeyini və alternativ enerji sahələrinə investisiya axınını gücləndirir. Ancaq mütləq biz bu amillərdən qeyri-neft sektorunun inkişafına nail olmaqla gəlirlərin müsbət təsirlərini daha da artırmalıyıq".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatŞahin Mustafayev: "Rusiya ilə idxal əməliyyatlarında rublun payı 83%-ə çatıb"
Azərbaycan və Rusiya arasında maliyyə sektorunda səmərəli əməkdaşlıq qurulub.
İqtisadiyyatAzərbaycanın bu il ərzində təbii qazdan qazancı AÇIQLANDI
2026-cı ilin ilk üç ayında Azərbaycan 6 milyard 257 milyon 77 min kubmetr təbii qaz (qaz halında) ixrac edib.
İqtisadiyyatSOCAR-ın prezidenti ABŞ rəsmiləri ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf ABŞ Dövlət Departamentinin baş müşaviri Rebeka Nef və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri Sara Leminq ilə görüşüb.
İqtisadiyyatİlin ilk üç ayında Azərbaycana gətirilən maşınların sayı açıqlanıb
Bu ilin yanvar-mart aylarında Azərbaycana gətirilən avtomobillərin sayı açıqlanıb.