Son dəqiqə
"Space"in yeni rəhbərinin planları: "Qarşıda bizi böyük işlər gözləyir" - EksklüzivBakıda evlərdən oğurluq edən "qonaq" və "usta" saxlanılıbGüclü külək əsəcəkBeynəlxalq sanksiyalar və İran: Tehran destruktiv siyasətini necə davam etdirir? - VİDEOAzərbaycanda hüquqi aktların Dövlət Reyestrinə daxil edilmə qaydasında DƏYİŞİKLİKBəzi yerlərdə yağış yağacaq - XƏBƏRDARLIQ
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Dünya liderlərindən Azərbaycanla Ermənistan arasındakı sülhə dəstək mesajları
Dünya liderlərindən Azərbaycanla Ermənistan arasındakı sülhə dəstək mesajları
Siyasət

Dünya liderlərindən Azərbaycanla Ermənistan arasındakı sülhə dəstək mesajları

Bu gün
15:17
0 baxış
Paylaş:

İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısı çərçivəsində bir sıra dünya liderləri Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə dəstək mesajları veriblər.

İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısı çərçivəsində bir sıra dünya liderləri Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə dəstək mesajları veriblər.

Gundem.today Ermənistan KİV-ə istinadla xəbər verir ki, tədbir çərçivəsində Kanada, Ukrayna və Avropa İttifaqı Şurasının liderləri sülh prosesi barədə fikirlər səsləndiriblər.

Tədbirdə çıxış edən Kanadanın Baş naziri Mark Karni bildirib:

"Azərbaycan və Ermənistan arasında sülh yolunda əldə edilən irəliləyişi, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin sammitdə iştirakını (video bağlantı vasitəsilə - red.) alqışlayıram".

Avropa İttifaqı Şurasının prezidenti Antoniu Koşta isə bu fikirləri səsləndirib:

"Avropa Siyasi Birliyinin bu sammiti tarixi əhəmiyyət kəsb edir, çünki bu, Azərbaycan və Ermənistan arasındakı razılaşma sayəsində, mümkün olub. Bu razılaşma sayəsində həmçinin Ermənistan və Türkiyə arasındakı münasibətlər də yaxşılaşıb və regionu dəyişiklik yoluna çıxarıb", - deyə o bildirib.

Ermənistan və Azərbaycan arasındakı sülh razılaşmasından danışan Antoniu Koşta bildirib ki, bu razılaşma eskalasiya və müharibənin hökm sürdüyü bir dünyada bayram edilməli olan sülh hekayəsidir.

Eyni zamanda, Ukrayna Prezidenti Volodimir Zelenski sammitdə çıxışında hər iki ölkəyə sülh arzulayıb:

"Biz Azərbaycan və Ermənistana davamlı, hərtərəfli və uzunmüddətli olacaq sülh arzulayırıq. Cənab baş nazir və Prezident İlham Əliyev, biz sizə sülh arzulayırıq. Bunu hər iki ölkəyə arzulayırıq".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Azərbaycan#Ermənistan#sülh_razılaşması#Avropa_Siyasi_Birliyi#sammit#İlham_Əliyev#dünya_liderləri#Mark_Karni#Antonio_Koşta#Volodimir_Zelenski#Cənubi_Qafqaz.

Oxşar Xəbərlər

Azərbaycanda hüquqi aktların Dövlət Reyestrinə daxil edilmə qaydasında DƏYİŞİKLİKSiyasət

Azərbaycanda hüquqi aktların Dövlət Reyestrinə daxil edilmə qaydasında DƏYİŞİKLİK

"Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə"də və "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"də dəyişikliklər edilib.

Bu gün
16:280
Azərbaycanla BMT arasında WUF13-lə bağlı saziş TƏSDİQLƏNDİSiyasət

Azərbaycanla BMT arasında WUF13-lə bağlı saziş TƏSDİQLƏNDİ

Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası (WUF13) ilə əlaqədar təşkilati tədbirlər və maliyyə məsələləri barədə əlavə Saziş təsdiq edilib.

Bu gün
16:190
İlham Əliyev bir qrup şəxsi medalla təltif etdi - SİYAHISiyasət

İlham Əliyev bir qrup şəxsi medalla təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan xalçaçılarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Bu gün
16:110
Aranı qarışdıranlara SƏRT CAVAB: AP niyə Ermənistanı bəhanə edir? - VİDEOSiyasət

Aranı qarışdıranlara SƏRT CAVAB: AP niyə Ermənistanı bəhanə edir? - VİDEO

"Bu həftə Avropa Parlamenti Ermənistanda demokratik dayanıqlığı dəstəkləyən qətnamə qəbul etdi. Lap yaxşı. Elə biz özümüz də qonşu Ermənistanda demokratiyaya uzun ömür və can sağlığı arzulamağa, lazım olanda dəstək verməyə hazırıq".

Bu gün
15:380