
Azərbaycanda hüquqi aktların Dövlət Reyestrinə daxil edilmə qaydasında DƏYİŞİKLİK
"Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə"də və "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"də dəyişikliklər edilib.
"Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə"də və "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"də dəyişikliklər edilib.
Gundem.today President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, hüquqi aktlar Ədliyyə Nazirliyinə daxil olduğu gündən yeddi iş günündə deyil, 15 iş günü müddətində Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan imtinaya əsas olub-olmamasına dair yoxlanılır.
Bununla yanaşı, mərkəzi icra hakimiyyəti orqanının normativ hüquqi aktı Dövlət Reyestrinə daxil edilmək üçün təqdim olunduqdan sonra 15 iş günü (indiyə qədər 7 iş günü olub - red.) müddətində Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan imtina edilməyibsə, həmin akt Dövlət Reyestrinə daxil edilmiş hesab olunur və rəsmi dərc edilməlidir, bu şərtlə ki, həmin müddət bitdikdən sonra 1 iş günü ərzində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən normativ hüquqi aktın Dövlət Reyestrinə vaxtında daxil edilməməsinin səbəbləri barədə həmin orqana əsaslandırılmış məlumat verilməmiş olsun.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Siyasət"Haber Global" İlham Əliyevin Avropa Siyasi Birliyi Sammitində Zəngəzur dəhlizi ilə bağlı çıxışına diqqət çəkdi - VİDEO
"Azərbaycan Prezidenti İlham Əliyev İrəvanda təşkil edilən və gündəmində Azərbaycan-Ermənistan sülh prosesinin olduğu Avropa Siyasi Birliyinin 8-ci Sammitinə videokonfrans vasitəsilə qatılıb və Qərb liderlərinə əhəmiyyətli mesajlar göndərib".
SiyasətAzərbaycanla BMT arasında WUF13-lə bağlı saziş TƏSDİQLƏNDİ
Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası (WUF13) ilə əlaqədar təşkilati tədbirlər və maliyyə məsələləri barədə əlavə Saziş təsdiq edilib.
Siyasətİlham Əliyev bir qrup şəxsi medalla təltif etdi - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
SiyasətAranı qarışdıranlara SƏRT CAVAB: AP niyə Ermənistanı bəhanə edir? - VİDEO
"Bu həftə Avropa Parlamenti Ermənistanda demokratik dayanıqlığı dəstəkləyən qətnamə qəbul etdi. Lap yaxşı. Elə biz özümüz də qonşu Ermənistanda demokratiyaya uzun ömür və can sağlığı arzulamağa, lazım olanda dəstək verməyə hazırıq".