
Dünyanın ən iri suveren fondu milyardlarla dollar itirdi
2.1 trilyon dollar həcmində aktivləri idarə edən və dünyanın ən iri suveren sərvət fondu hesab edilən Norveç Hökumət Qlobal Pensiya Fondu (GPFG) 2026-cı ilin ilk rübünü maliyyə itkisi ilə başa vurub.
2.1 trilyon dollar həcmində aktivləri idarə edən və dünyanın ən iri suveren sərvət fondu hesab edilən Norveç Hökumət Qlobal Pensiya Fondu (GPFG) 2026-cı ilin ilk rübünü maliyyə itkisi ilə başa vurub.
Gundem.today xəbər verir ki, bu barədə RBC məlumat yayıb.
Açıqlanan rəsmi rəqəmlərə əsasən, fondun səhmlərə yatırdığı sərmayələrin nəticəsi -2.6%, istiqrazlara yönəldilən investisiyaların nəticəsi isə -0.2% olub. Eyni zamanda, birjadan kənar daşınmaz əmlak yatırımları 1.2% müsbət nəticə göstərdiyi halda bərpa olunan enerji infrastrukturuna edilən sərmayələrdə -1,9% nəticə qeydə alınıb.
"Norges Bank Investment Management"in (NBIM) baş icraçı direktorunun müavini Trond Qrande bildirib ki, bu göstəricilər rüb ərzindəki mürəkkəb bazar vəziyyətinin təzahürüdür:
"İstiqraz və daşınmaz əmlak sektorlarında təsir məhdud olsa da ümumi nəticəyə əsas mənfi təsir səhmlərin, xüsusi ilə də ABŞ-nin nəhəng texnologiya korporasiyalarının dəyər itirməsindən qaynaqlandı".
Mətbuatın yazdığına görə, fondun zərərlə üzləşməsinə fevralın sonlarında Yaxın Şərq regionunda alovlanan hərbi münaqişənin bazarlarda yaratdığı qeyri-sabitlik səbəb olub.
Həmçinin ilk rübün hesabatında aprelin 7-də ABŞ və İran arasında əldə olunmuş ilkin atəşkəs razılaşmasından sonra bazarlarda müşahidə edilən canlanma öz əksini tapmayıb.
İlin ilk üç ayı ərzində fondun ümumi dəyəri 1.27 trilyon Norveç kronu (təqribən 14 milyard ABŞ dolları) həcmində kiçilib və bu, son dörd rübdə qeydə alınan ilk enişdir.
Bu geriləmənin bir səbəbi də Norveç kronunun məzənnəsinin güclənməsidir. "Bloomberg"in təhlilinə görə, kron birinci rübdə G10 ölkələri arasında ən güclü valyuta kimi çıxış edərək dollar qarşısında 4.1%, avro qarşısında isə 5.8% bahalaşıb.
2026-cı ilin 31 mart tarixinə olan məlumata əsasən, fondun ümumi həcmi 19.998 trilyon Norveç kronuna (2.1 trilyon dollar) bərabər olub. İnvestisiya portfelindəki aktivlərin 70.2 faizi səhmlərin, 27.6 faizi istiqrazların, 1.8 faizi birjadan kənar daşınmaz əmlakın, 0.4 faizi isə bərpa olunan enerji infrastrukturunun payına düşüb.
Aparılan hesabatlara görə, ötən rüblər ərzində fondun qazancında əsas paya iri texnoloji korporasiyalar sahib olub. NBIM-in ən çox sərmayə yatırdığı şirkətlər arasında "Apple", "Microsoft", "Alphabet", "Amazon" və "Nvidia" yer alır. Ümumilikdə bu qurum qlobal fond birjalarında dövriyyədə olan bütün səhmlərin təqribən 1.5 faizini öz əlində cəmləşdirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTanınmış rusiyalı teleaparıcı vəfat etdi
Rusiyalı aparıcı, "Birinci kanal" ("Pervıy kanal") da yayımlanan populyar "İnsan və qanun" verilişinin müəllifi Aleksey Pimanov vəfat edib. Onun 64 yaşı var idi.
DünyaABŞ prezidenti sərt danışdı: "İran razılaşmasa, boğaz bağlı qalacaq"
ABŞ Prezidenti Donald Tramp iddia edir ki, Hörmüz boğazı Birləşmiş Ştatlar tərəfindən "sıx möhürlənib" və Tehran Vaşinqtonla razılığa gələnədək bu vəziyyət davam edəcək.
DünyaMüctəba Xameneinin son vəziyyəti AÇIQLANDI
İranın Ali Rəhbəri Müctəba Xamenei fevralın 28-də İsrailin Tehrandakı iqamətgaha endirdiyi zərbə nəticəsində yaralanaraq, üz nahiyəsində nitqi çətinləşdirən ağır yanıq xəsarətləri alıb. Ona plastik əməliyyat lazım olacaq.
Dünya"Qiyamət günü" radiostansiyası alimentlər haqqında mesaj yayımladı
"Qiyamət günü" radiostansiyası ("UVB-76") alimentlərlə bağlı yeni söz yayımlayıb.