
Dünyanın nəzəri Hörmüzdə: ABŞ naziri hansı dövləti köməyə çağırdı?
ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, Çin Hörmüz boğazının yenidən açılması məqsədilə Birləşmiş Ştatların həyata keçirdiyi əməliyyata dəstək verməlidir.
ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, Çin Hörmüz boğazının yenidən açılması məqsədilə Birləşmiş Ştatların həyata keçirdiyi əməliyyata dəstək verməlidir.
Gundem.today xəbər verir ki, nazirin bu bəyanatı "Clash Report" nəşri tərəfindən "X" sosial şəbəkəsində paylaşılıb.
"Mən Çin hökumətini bu beynəlxalq əməliyyatın dəstəklənməsində bizimlə birgə addım atmağa səsləyirəm", - deyə nazir vurğulayıb.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ ordusuna Hörmüz boğazında gəmilərə təhlükə yarandığı halda İranın raket mövqelərinə və İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus katerlərə zərbələr endirmək barədə yeni səlahiyyət verilib.
Bundan öncə isə rəsmi Tehran İran Hərbi Dəniz Qüvvələrinin İsrail və ABŞ hərbi gəmilərinin Hörmüz boğazından keçməsinin qarşısını müvəffəqiyyətlə aldığını elan etmişdi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaBƏƏ-dən İrana SƏRT REAKSİYA: "Hücumlar dərhal dayandırılsın"
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökuməti İran tərəfindən ölkə ərazisindəki mülki infrastruktura edilən hücumlara sərt reaksiya verib.
DünyaABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında altı İran katerini məhv edib
ABŞ hərbi helikopterləri Hörmüz boğazında altı kiçik İran katerini məhv edib.
DünyaBƏƏ-də həyəcan siqnalı verilir: Dubay və Şarcaya aviareyslərdə ləngimələr var
"Flightradar24" xidməti sərnişinləri BƏƏ-də Dubay və Şarca istiqamətindəki uçuşlarda ehtimal olunan gecikmələr barədə xəbərdar edib.
DünyaAlmaniyada avtomobil piyadalara çırpıldı: Ölənlər və yaralananlar var - VİDEO
Almaniyanın Leypziq şəhərinin mərkəzi hissəsində avtomobil piyadalara çırpılıb.