
ECO-nun turizm nazirlərinin 7-ci görüşündə "Şuşa Bəyannaməsi" qəbul olunub
Bu gün Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT - ECO) turizm nazirlərinin 7-ci görüşü keçirilib.
Bu gün Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT - ECO) turizm nazirlərinin 7-ci görüşü keçirilib.
Gundem.today xəbər verir ki, "Şuşa - İƏT-in Turizm Paytaxtı 2026" çərçivəsində təşkil olunan görüşdə üzv dövlətlərin turizm nazirləri və nümayəndə heyətləri iştirak ediblər.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında ECO tədbirlərinin Şuşada keçirilməsinin xüsusi simvolik əhəmiyyət daşıdığını və şəhərin zəngin mədəni-tarixi irsi ilə Azərbaycanın aparıcı turizm istiqamətlərindən biri kimi seçildiyini qeyd edib.
Fuad Nağıyev vurğulayıb ki, Azərbaycana səfər edən turistlərin mühüm hissəsi ECO ölkələrinin payına düşür və bu maraq ölkələr arasında mövcud olan ortaq tarixi, mədəni və etnik bağlardan qaynaqlanır.
ECO-nun Baş katibi Əsəd Məcid Xan çıxışında qeyd edib ki, regional turizmin inkişafı üçün dayanıqlı yanaşmaların tətbiqi, turizm təhsili üzrə əməkdaşlığın genişləndirilməsi, özəl sektorun prosesə daha fəal cəlb olunması və birgə təşəbbüslərin həyata keçirilməsi vacibdir.
O, bu istiqamətdə atılan addımların üzv dövlətlər arasında əlaqələrin möhkəmlənməsinə, turizm potensialının daha səmərəli reallaşdırılmasına və sektorun dayanıqlı inkişafına xidmət edəcəyini bildirib.
Tədbir zamanı aparılan müzakirələrdə turizmin şaxələndirilməsi, ekoturizmin təşviqi, regional marşrutların inkişafı və üzv ölkələr arasında birgə təşəbbüslərin irəli sürülməsi məsələlərinə toxunulub.
Görüş çərçivəsində turizm üzrə yüksəksəviyyəli ekspertlər qrupunun 9-cu iclasının nəticələri təqdim olunaraq təsdiqlənib. Bununla yanaşı, ekoturizm üzrə qabaqcıl təcrübələri əks etdirən toplu və turizmin şaxələndirilməsinə dair siyasət sənədi təqdim edilib.
Tədbirin əsas nəticələrindən biri olaraq üzv dövlətlər arasında turizm sahəsində əməkdaşlığın gələcək prioritetlərini müəyyən edən "Şuşa Bəyannaməsi" qəbul olunub.
Görüşdə Qazaxıstanın Aktau şəhəri 2030-cu il üçün "ECO-nun Turizm Paytaxtı" seçilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatAzərbaycanda gömrük ödənişlərinin qaytarılması müddəti ARTIRILIR
Gömrük ödənişlərinin qaytarılması barədə müraciətin müddəti artırılır.
İqtisadiyyatXaricdən gələn malların rəsmiləşdirilməsi ilə bağlı VACİB DƏYİŞİKLİK
Gömrük orqanlarına təqdim olunan xarici mallar müvəqqəti saxlanca müvəqqəti saxlanc bəyannaməsi əsasında yerləşdiriləcək.
İqtisadiyyatDöyüş təyinatlı malların gömrükdən keçirilməsində GÜZƏŞTLƏR tətbiq ediləcək
Döyüş təyinatlı hərbi silah-sursatlar gömrük rəsmiləşdirilməsi isə güzəştli və sadələşdirilmiş qaydada həyata keçiriləcək.
İqtisadiyyatGömrükdə YENİ MƏRHƏLƏ: Auditdən sonra 6 fərqli qərar verilə bilər
Səyyar gömrük auditinin nəticələri üzrə hansı qərarın çıxarılması halları müəyyənləşir.