
Gömrükdə YENİ MƏRHƏLƏ: Auditdən sonra 6 fərqli qərar verilə bilər
Səyyar gömrük auditinin nəticələri üzrə hansı qərarın çıxarılması halları müəyyənləşir.
Səyyar gömrük auditinin nəticələri üzrə hansı qərarın çıxarılması halları müəyyənləşir.
Gundem.today xəbər verir ki, sözügedən məsələ Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Belə ki, səyyar gömrük auditinin nəticələrinə dair materiallara 10 gün müddətində baxılaraq aşağıdakı qərarlardan biri qəbul ediləcək:
- şəxsin gömrük qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi;
- şəxsin gömrük qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması;
- səyyar gömrük auditi üzrə əlavə tədbirlərin keçirilməsi;
- əvvəlki səyyar gömrük auditinin nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması;
- əvvəlki səyyar gömrük auditinin nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişiklik edilməsi;
- yeni qərarın qəbul edilməsi.
Şəxsin gömrük qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qəbul edilmiş qərarda səyyar gömrük auditi zamanı aşkarlanmış pozuntular, bu faktı təsdiq edən sənəd və məlumatlar, şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, məsuliyyət tədbirlərini nəzərdə tutan normativ hüquqi aktın adı və müvafiq struktur elementləri göstərilməlidir.
Səyyar gömrük auditinin nəticələrindən asılı olaraq çıxarılmış qərar əsasında 10 (on) gündən gec olmayaraq aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tələbnamə göndərilir.
Səyyar gömrük auditinin nəticələrinə dair qəbul edilmiş qərarın surəti və tələbnamə şəxsə və ya onun nümayəndəsinə "İnzibati icraat haqqında" Qanuna uyğun olaraq təqdim edilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatGömrükdə yeni MƏHDUDİYYƏTLƏR: Malların saxlanma müddəti AZALDILIR
Malların müvəqqəti saxlanc anbarında yerləşdirilməsi fiziki şəxslər tərəfindən təqdim edilən sadələşdirilmiş bəyannamə və gömrük orqanları tərəfindən tərtib olunan akt əsasında həyata keçiriləcək.
İqtisadiyyat"Duty free"də satışlara nəzarət artırılır - YENİ QAYDALAR
Rüsumsuz ticarət ("duty free") xüsusi gömrük proseduru və onun əhatə dairəsi müəyyənləşir.
İqtisadiyyatPirat malların gömrükdə aqibəti necə olacaq? - YENİ QƏRAR
Gömrük sərhədindən keçirilən malların pirat və ya kontrafakt hesab edilməsi barədə qərar qəbul edildikdə, həmin mallar şəxs tərəfindən öz seçimi ilə dərhal gömrük ərazisindən geri aparılır və ya məhv edilə, yaxud onlardan dövlətin xeyrinə imtina olunacaq.
İqtisadiyyatAzərbaycana pirat və kontrafakt şübhəli malların buraxılışı DAYANDIRILACAQ
Barəsindəki məlumatlar reyestrə daxil edilmiş tez xarab olan malların gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi zamanı onların pirat və ya kontrafakt olması əlamətləri aşkar edilərsə, belə malların buraxılışı gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının rəhbəri və ya onu əvəz edən şəxsin qərarı ilə üç iş günü müddətinə dayandırılacaq.