Son dəqiqə
Tarixin səssiz şahidləri - FOTOPaytaxtda bədbəxt hadisə: Körpə pəncərədən yıxılıb öldüElçin Əmirbəyov: "TDT əlaqələndirici platforma kimi rolunu artırır"Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı GÖRÜNTÜLƏRABŞ Federal Təhqiqat Bürosunun rəhbəri haqqında sensasiyalı ittiham yayan nəşr məhkəməyə verilirŞirvanda narkotik satan 5 nəfər TUTULDU
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Ədalətin təntənəsi: Rusiya təyyarə qəzasına görə Azərbaycana kompensasiya ödəyəcək
Ədalətin təntənəsi: Rusiya təyyarə qəzasına görə Azərbaycana kompensasiya ödəyəcək
Siyasət

Ədalətin təntənəsi: Rusiya təyyarə qəzasına görə Azərbaycana kompensasiya ödəyəcək

15 aprel 2026
18:02
0 baxış
Paylaş:

2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL aviaşirkətinin təyyarəsi Aktau yaxınlığında qəzaya uğrayıb. Təyyarədə beş ekipaj üzvü daxil olmaqla 67 nəfər olub. Onlar Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşları olublar. 29 nəfər sağ qalıb. Ötən il yanvarın 7-də Braziliyada Aktau yaxınlığında qəzaya uğramış AZAL təyyarəsinin qara qutularının açılmasının başa çatdığı məlum olub. Qeyd edilib ki, əldə edilən məlumat Qazaxıstana göndərilib. Fevralın 4-də Qazaxıstan Nəqliyyat Naz

2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL aviaşirkətinin təyyarəsi Aktau yaxınlığında qəzaya uğrayıb. Təyyarədə beş ekipaj üzvü daxil olmaqla 67 nəfər olub. Onlar Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşları olublar. 29 nəfər sağ qalıb. Ötən il yanvarın 7-də Braziliyada Aktau yaxınlığında qəzaya uğramış AZAL təyyarəsinin qara qutularının açılmasının başa çatdığı məlum olub. Qeyd edilib ki, əldə edilən məlumat Qazaxıstana göndərilib. Fevralın 4-də Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən dərc edilmiş qəzanın araşdırılması üzrə ilkin hesabat ortaya çıxıb. Hesabatda hadisələrin xronologiyası və zədələrin fotoşəkilləri təqdim edilib.

Düzdür, qəza baş verəndən sonra Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan lideri İlham Əliyevdən üzr istəməsi, həmçinin Düşənbədə dövlət başçımıza hadisə ilə bağlı geniş izahat verməsi prosesin ədalətli aparılacağına ümidləri artırmışdı. Azərbaycan cəmiyyəti gözləyirdi ki, rəsmi Moskva əməli addımlar atacaq, üzərinə düşən vəzifələri yerinə yetirəcək və kompensasiya ödəyəcək.

Belə ki, 2025-ci ilin 9 oktyabrında Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşündə Putin birinci telefon danışığı əsnasında faciənin məhz Rusiya səmasında baş verdiyinə görə üzr istədiyini, həm də həlak olanların ailələrinə başsağlığı verdiyini, istintaqa hər cür kömək göstərdiklərini bildirmiş, bu cür faciəli vəziyyətlərdə tələb olunduğu kimi, Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcəyini və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcəyini demişdi. Lakin bu görüşün üzərindən bir neçə ay keçəndən sonra Rusiya Federasiyasının İstintaq Komitəsi tərəfindən tərtib olunmuş və Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış sənəd yayılmışdı. Sənəddə qeyd olunurdu ki, AZAL təyyarəsi guya əlverişsiz hava şəraiti səbəbindən Rusiya ərazisində eniş edə bilməyib və sonradan eniş zamanı yerə çırpılıb. Bu əsasla da cinayət işinə xitam verilib.

Buna baxmayaraq, gün kimi aydın olan reallıq pərdə arxasında qalmadı və Azərbaycan tərəfi hadisənin ilk günlərindən etibarən qətiyyətli və prinsipial mövqe nümayiş etdirərək ədalətin təntənəsinə nail oldu.

Rəsmi Bakı üçün əsas prioritetlər qəzanın səbəblərinin tam və obyektiv araşdırılması, məsul tərəfin dəqiq müəyyənləşdirilməsi və zərərçəkmişlərə ədalətli kompensasiyanın ödənilməsi olub. Bu yanaşma beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə qurulub və proses boyunca dəyişməz saxlanılıb. Nəticədə Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentlərinin Düşənbə şəhərində 9 oktyabr 2025-ci il tarixli görüşü zamanı əldə olunan anlaşmaya uyğun olaraq, tərəflər 25 dekabr 2024-cü il tarixində Rusiya Federasiyasının hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus "Embraer 190" tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi də daxil olmaqla, qəzadan irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə razılığa gəliblər.

Bu nəticə göstərir ki, ən həssas və çətin məsələlər belə qarşılıqlı dialoq və siyasi iradə əsasında həll oluna bilər. Yəni siyasi iradə və ardıcıl diplomatik fəaliyyət belə mürəkkəb situasiyalarda həlledici rol oynayır. Azərbaycan öz milli maraqlarını qoruyaraq, eyni zamanda, konstruktiv dialoqdan yayınmayıb və nəticədə qarşılıqlı məqbul razılaşmaya nail olub.

Qəza nəticəsində zərər çəkmiş şəxslərin hüquqlarının təmin olunması isə prosesin əsas istiqamətlərindən biridir. Qəbul edilən kompensasiya mexanizmi yalnız hüquqi öhdəliklərin yerinə yetirilməsi deyil, həm də insan amilinə verilən önəmin göstəricisidir. Daha dəqiq desək, bu yanaşma Azərbaycan dövlətinin öz vətəndaşlarının hüquqlarını qorumaqda nə qədər həssas olduğunu bir daha nümayiş etdirir.

Ümumilikdə, AZAL təyyarə qəzası üzrə kompensasiya məsələsinin həlli Azərbaycanın prinsipial mövqeyi, güclü siyasi iradəsi və effektiv diplomatik fəaliyyəti nəticəsində mümkün olub. Bu proses həm də beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət və məsuliyyət prinsiplərinin əhəmiyyətini bir daha ön plana çıxarır.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında Bakıdan Qroznıya uçan AZAL aviaşirkətinin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə beş ekipaj üzvü daxil olmaqla 67 nəfər olub. Onlar Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşları olub. 29 nəfər sağ qalıb. 2025-ci il yanvarın 7-də Braziliyada Aktau yaxınlığında qəzaya uğramış "Azerbaijan Airlines" təyyarəsinin qara qutularının açılmasının başa çatdığı məlum olub. Qeyd edilib ki, əldə edilən məlumat Qazaxıstana göndərilib. 2025-ci il fevralın 4-də Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən dərc edilmiş qəzanın araşdırılması üzrə ilkin hesabat ortaya çıxıb. Hesabatda hadisələrin xronologiyası və zədələrin fotoşəkilləri təqdim edilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#İlham_Əliyev#Vladimir_Putin#AZAL_təyyarəsinin_qəzası#Düşənbə

Oxşar Xəbərlər

Elçin Əmirbəyov: "TDT əlaqələndirici platforma kimi rolunu artırır"Siyasət

Elçin Əmirbəyov: "TDT əlaqələndirici platforma kimi rolunu artırır"

"Türk Dövlətləri Təşkilatı (TDT) qarşılıqlı əlaqəlilik layihələrinin koordinasiyası platforması kimi getdikcə daha mühüm rol oynamağa başlayır".

Bu gün
12:260
Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı GÖRÜNTÜLƏRSiyasət

Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı GÖRÜNTÜLƏR

Prezidentin Mətbuat Xidməti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edib.

Bu gün
12:230
Hikmət Hacıyev Venesuelanın xarici işlər nazirinin müavini ilə görüşüb - FOTOSiyasət

Hikmət Hacıyev Venesuelanın xarici işlər nazirinin müavini ilə görüşüb - FOTO

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Venesuelanın xarici işlər nazirinin müavini Andrea Korao Faria ilə görüşüb.

Bu gün
12:110
Elçin Əmirbəyov: "Ermənistanla de-fakto sülh şəraitində yaşamağımız yeni fürsətlər açır"Siyasət

Elçin Əmirbəyov: "Ermənistanla de-fakto sülh şəraitində yaşamağımız yeni fürsətlər açır"

"Dünyada baş verən münaqişələr ölkələrarası ixracat məsələsində ciddi problemlərə yol açır".

Bu gün
11:300