
Ehtiram Quliyevə verdiyi açıqlamalara görə AĞIR CƏZA
Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunu olan "Turan Tovuz" - "Zirə" qarşılaşmasından sonra hər iki klub cəzalandırılıb.
Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunu olan "Turan Tovuz" - "Zirə" qarşılaşmasından sonra hər iki klub cəzalandırılıb.
Gundem.today xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.
Aprelin 3-də keçirilən görüş zamanı "Turan Tovuz" azarkeşlərinin hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə klub 5 000 manat cərimə olunub.
Bundan əlavə, oyundan sonra "Turan Tovuz" klubunun idarə heyətinin sədri Ehtiram Quliyevin AFFA-nın, onun orqanlarının və üzv təşkilatlarının nüfuzunu aşağılayan açıqlamalar verməsi səbəbindən klub daha 15 000 manat cərimə edilib.
Beləliklə, "Turan Tovuz"un ümumi cəriməsi 20 000 manat təşkil edib.
Digər tərəfdən, qarşılaşmada "Zirə" komandasının 4 futbolçusunun sarı vərəqə almasına görə klub 700 manat məbləğində cərimələnib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanMOK-un vitse-prezidenti: "Bəzən federasiyalarda baş verənlərdən xəbərsiz oluruq"
"Komanda idman növlərinə nəzarəti artırmaq üçün Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin (İK) tərkibində yaradılacaq Ekspertlər Şurasına konkret kimlərin daxil ediləcəyi hələlik məlum deyil".
İdmanQaşım Maqomedov: "Məqsədim olimpiya qızılını qazanmaqdır"
"Məqsədim olimpiya qızılını qazanmaqdır".
İdmanHəsrət Cəfərov və Qaşım Maqomedova yeni Olimpiya medalları təqdim edilib - VİDEO
Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında İcraiyyə Komitəsinin (İK) iclası keçirilib.
İdmanKomanda idman növlərinə nəzarəti gücləndirmək üçün Ekspertlər Şurası yaradılacaq - FOTO
Komanda idman növlərinə nəzarəti artırmaq üçün Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin (İK) tərkibində Ekspertlər Şurası yaradılacaq.