
İranın vitse-prezidenti: "Tehranın uranı zənginləşdirməsi prosesinin qarşısını ala bilməyəcəklər"
"Tehranın rəqibləri heç bir zaman İranın uranı zənginləşdirməsi prosesinin qarşısını ala bilməyəcəklər".
"Tehranın rəqibləri heç bir zaman İranın uranı zənginləşdirməsi prosesinin qarşısını ala bilməyəcəklər".
Gundem.today-ın ISNA agentliyinə istinadla yaydığı xəbərə əsasən, bunu İran İslam Respublikasının vitse-prezidenti, eyni zamanda Atom Enerjisi Təşkilatının sədri Məhəmməd Eslami deyib.
"Müxalif tərəflərin İranın uran proqramını məhdudlaşdırmaq cəhdləri və istəkləri sadəcə olaraq özləri ilə qəbirə gedəcək boş xəyallardan ibarətdir", - deyə İran rəsmisi bildirib.
M.Eslami qeyd edib ki, ABŞ və İsrail tərəfindən İrana yönələn aqressiya faydasız olub və hazırda həmin dövlətlər diplomatik danışıqlar vasitəsilə rəsmi Tehrandan müəyyən güzəştlər qoparmağa cəhd edirlər.
Qeyd edək ki, aprelin 8-də ABŞ Prezidenti Donald Tramp rəsmi Tehrana verdiyi vaxtın başa çatmasına saatlar qalmış Vaşinqtonun 14 günlük atəşkəs rejimini qəbul etdiyini açıqlayıb.
Ağ Ev rəhbəri "Truth Social" şəbəkəsində bildirib ki, atəşkəs qərarı Pakistan rəhbərliyinin xahişi və İranın Hörmüz boğazını tamamilə sərbəst buraxması şərti çərçivəsində verilib.
Tramp həmçinin vurğulayıb ki, Birləşmiş Ştatlar İrandan 10 bəndlik tələb siyahısı alıb, onun qənaətinə görə, bu şərtlər gələcək sülh müqaviləsinin təməli ola bilər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya"Telegram"ın rəhbəri Avropa İttifaqının internet üzərindəki senzura siyasətini sərt tənqid etdi
"Telegram"ın yaradıcısı Pavel Durov Avropa İttifaqını tabeçiliyində olan QHT-lər və media orqanları vasitəsilə internetdə senzura və nəzarəti gücləndirməyə bəraət qazandırmaq cəhdlərində ittiham edib.
DünyaHörmüz boğazında gərginlik: Tramp Aİ-yə ultimatum verib
ABŞ Prezidenti Donald Tramp Avropadakı müttəfiqlərinə təzyiqi artıraraq Hörmüz boğazında təcili hərbi dəstək göstərilməsi tələbini irəli sürüb.
DünyaABŞ-də məxfi məlumatları jurnalistə ötürən hərbçi tutuldu
ABŞ-nin sabiq hərbi qulluqçusu "Delta Force" xüsusi təyinatlı dəstəsi barədə gizli məlumatları media nümayəndəsinə verməkdə şübhəli bilinərək saxlanılıb.
DünyaHörmüz boğazı hələ də bağlıdır - BƏƏ-nin tələbi nədir?
Vaşinqton və Tehran arasında atəşkəs əldə olunmasına rəğmən, Hörmüz boğazı neft tranziti üçün hələ də faktiki bağlı vəziyyətdədir.