
Əlcəzairin sabiq prezidenti vəfat edib
Əlcəzairin sabiq prezidenti Əl-Yəmin Zərval 84 yaşında vəfat edib.
Əlcəzairin sabiq prezidenti Əl-Yəmin Zərval 84 yaşında vəfat edib.
Gundem.today bu barədə Asharq.com-a istinadən xəbər verir.
Bildirilir ki, sabiq dövlət başçısı uzun müddətdir xəstəliklərlə mübarizə aparırdı. O, müalicə aldığı hərbi xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Zərval 1941-ci il iyulun 3-də Əlcəzairin Batna vilayətində anadan olub.
O, 10 iyul 1993-cü ildə müdafiə naziri təyin edilib, daha sonra 1994-cü il yanvarın 30-da müvəqqəti prezident olub, 1995-ci ildə isə rəsmi olaraq prezident postunu tutaraq müstəqillik qazandıqdan sonra Əlcəzairin altıncı prezidenti olub.
1998-ci ilin sentyabrında Zərval növbədənkənar prezident seçkisinin keçiriləcəyini elan edib və prezidentlik səlahiyyətlərini 1999-cu ilin aprelində rəsmən başa vurub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKral III Çarlzın britaniyalıların 200 il əvvəl Ağ Evi yandırması barədə zarafatı gülüşə səbəb oldu - VİDEO
Böyük Britaniya Kralı III Çarlz Ağ Evdə keçirilən dövlət qəbulunda çıxış edərək, Britaniya ordusunun ABŞ prezidentlərinin rəsmi iqamətgahını yandırmasını kiçik bir abadlıq cəhdi kimi qələmə verib və bu barədə zarafat edib.
Dünyaİran səfiri: "Müharibənin zərərlərini Hörmüz boğazından keçən gəmilərdən aldığımız rüsumlarla qarşılayacağıq"
"ABŞ Prezidenti Donald Trampın bəyanatlarına baxmayaraq, İran təslim olmayacaq və təzyiq altında heç bir müzakirəyə getməyəcək".
DünyaBMT: "İşlə bağlı psixososial risklər hər il 840 min insanın ölümünə səbəb olur"
İş mühitindəki psixososial risklər hər il 840 min insanın ölümünə səbəb olur.
DünyaNeandertalların yoxa çıxması ilə bağlı yeni elmi faktlar
Uzun müddət hesab olunurdu ki, neandertallar beyin quruluşlarının kifayət qədər inkişaf etməməsi səbəbindən təkamül yarışında məğlub olublar.