
Neandertalların yoxa çıxması ilə bağlı yeni elmi faktlar
Uzun müddət hesab olunurdu ki, neandertallar beyin quruluşlarının kifayət qədər inkişaf etməməsi səbəbindən təkamül yarışında məğlub olublar.
Uzun müddət hesab olunurdu ki, neandertallar beyin quruluşlarının kifayət qədər inkişaf etməməsi səbəbindən təkamül yarışında məğlub olublar.
Gundem.today xəbər verir ki, "PNAS" jurnalında dərc olunan yeni tədqiqat bu qənaəti şübhə altına alır.
Alimlər qeyd edirlər ki, neandertallarla "Homo sapiens" arasında kəllə quruluşunda ciddi fərqlər olsa da, bu xüsusiyyətlər əvvəllər düşünüldüyü kimi intellekt üstünlüyünün birbaşa göstəricisi deyil.
Tədqiqatçılar 100 çinli və 100 avropamənşəli amerikalının MRT məlumatlarını müqayisə ediblər. Nəticələr göstərib ki, müasir insanlar arasındakı beyin quruluşu fərqləri bəzi hallarda neandertallarla "Homo sapiens" arasındakı fərqlərdən daha böyükdür.
Alimlərin fikrincə, bu cür fərqlər müasir insanların intellektual qabiliyyətlərinə mane olmursa, deməli, neandertalların anatomik xüsusiyyətləri də onların "daha zəif" olmasına səbəb olmayıb. Tədqiqat göstərir ki, neandertalların yoxa çıxmasının əsas səbəbi intellekt çatışmazlığı deyil, daha çox demoqrafik və mədəni amillər olub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKral III Çarlzın britaniyalıların 200 il əvvəl Ağ Evi yandırması barədə zarafatı gülüşə səbəb oldu - VİDEO
Böyük Britaniya Kralı III Çarlz Ağ Evdə keçirilən dövlət qəbulunda çıxış edərək, Britaniya ordusunun ABŞ prezidentlərinin rəsmi iqamətgahını yandırmasını kiçik bir abadlıq cəhdi kimi qələmə verib və bu barədə zarafat edib.
Dünyaİran səfiri: "Müharibənin zərərlərini Hörmüz boğazından keçən gəmilərdən aldığımız rüsumlarla qarşılayacağıq"
"ABŞ Prezidenti Donald Trampın bəyanatlarına baxmayaraq, İran təslim olmayacaq və təzyiq altında heç bir müzakirəyə getməyəcək".
DünyaBMT: "İşlə bağlı psixososial risklər hər il 840 min insanın ölümünə səbəb olur"
İş mühitindəki psixososial risklər hər il 840 min insanın ölümünə səbəb olur.
DünyaDiyetoloqların mətbəx sirri: Zeytun yağı niyə əvəzolunmazdır?
Amerikalı qidalanma mütəxəssisi Sapna Peruvemba sağlamlıq üçün ən faydalı kulinariya yağının adını açıqlayıb.