Son dəqiqə
Yeni Suraxanı qəsəbəsində yollar bərbad durumdadır: Sakinlərdən ŞİKAYƏT - VİDEOBakı-Qazax yolunda maşında Türkiyə vətəndaşının meyiti tapılıbNeft kəskin bahalaşmadan sonra yenidən UCUZLAŞDIRöya Ayxanın stilistini öldürən şəxs qərardan narazıdır - FOTOBakıda sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti AÇIQLANDIYaponiyada güclü zəlzələ: Yaralananlar var
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Elçin Əmirbəyov: "Azərbaycan 2006-cı ildən etibarən Avropanın enerji təchizatında mühüm rol oynayır"
Elçin Əmirbəyov: "Azərbaycan 2006-cı ildən etibarən Avropanın enerji təchizatında mühüm rol oynayır"
Siyasət

Elçin Əmirbəyov: "Azərbaycan 2006-cı ildən etibarən Avropanın enerji təchizatında mühüm rol oynayır"

Bu gün
20:12
0 baxış
Paylaş:

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Çexiyaya işgüzar səfəri çərçivəsində "Euro" ("Financial Times") jurnalına müsahibə verib.

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Çexiyaya işgüzar səfəri çərçivəsində "Euro" ("Financial Times") jurnalına müsahibə verib.

Gundem.today xəbər verir ki, müsahibə zamanı Azərbaycan-Çexiya strateji tərəfdaşlığı, Orta Dəhlizin artan əhəmiyyəti və bu xüsusda Azərbaycanın Avropa ilə Asiya arasında vacib nəqliyyat qovşağına çevrilməsi, Azərbaycan-Ermənistan normallaşma prosesi, habelə regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

E.Əmirbəyov Azərbaycanla Çexiya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamənin imzalandığı 2015-ci ildən etibarən ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini qeyd edib. O, Çexiyanın idxal etdiyi xam neftin mühüm hissəsinin Azərbaycandan tədarük olunduğunu diqqətə çatdıraraq, iki ölkə arasında enerji əməkdaşlığının yalnız neft sektoru ilə məhdudlaşmadığını, təbii qaz, bərpaolunan enerji və digər istiqamətlərdə də əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı marağın mövcud olduğunu vurğulayıb. Bununla yanaşı, Azərbaycanla Çexiya arasında müdafiə, sənaye, texnologiyalar və digər sahələrdə də əməkdaşlığın inkişafı üçün imkanların olduğu qeyd edilib.

Müsahibədə enerji təhlükəsizliyi məsələlərinə xüsusi yer ayrılıb. E.Əmirbəyov Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsinin son dövrlərin geosiyasi böhranları fonunda yaranmadığını, ölkəmizin hələ 2006-cı ildən etibarən Avropanın enerji təchizatında mühüm rol oynadığını qeyd edib. Bu xüsusda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, eləcə də 2020-ci ildə tamamlanmış Cənub Qaz Dəhlizinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, hazırda Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir və onlardan 10-u Avropa İttifaqına üzv dövlətlərdir. E.Əmirbəyov Azərbaycanın bazardakı dəyişkənlik və geosiyasi mürəkkəbliklərdən asılı olmayaraq, öhdəliklərinə sadiq, uzunmüddətli və etibarlı tərəfdaş kimi özünü təsdiq etdiyini diqqətə çatdırıb.

E.Əmirbəyov bildirib ki, Avropa hazırda həm şimalda, həm də cənubda mövcud qeyri-sabitlik fonunda əlavə enerji həcmləri axtarır. Azərbaycan isə bu tələbatın qarşılanmasına hazırdır. Bununla belə, xüsusilə təbii qaz tədarükünün artırılması üçün mövcud infrastrukturun, o cümlədən Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin genişləndirilməsinə ehtiyac duyulur. Bu xüsusda Avropa İttifaqının maliyyə institutları tərəfindən sərmayələrin və maliyyə dəstək mexanizmlərinin cəlb olunması vacibdir.

Hazırkı geosiyasi vəziyyət fonunda Orta Dəhlizin artan əhəmiyyətindən bəhs edən E.Əmirbəyov qeyd edib ki, Avropanın yeni bazarlara və təbii sərvətlərlə zəngin regionlara çıxışını təmin etmək baxımından Cənubi Qafqaz və Azərbaycan mühüm rol oynayır.

Müsahibədə Azərbaycan-Ermənistan sülh prosesi və regional bağlantıların bərpası məsələsinə də toxunulub. E.Əmirbəyov uzun illər ərzində münaqişə səbəbindən Azərbaycanla Ermənistan arasında birbaşa əlaqələrin mövcud olmadığını, regiondakı əsas marşrutların yalnız Gürcüstan və Türkiyə üzərindən keçdiyini qeyd edib. O bildirib ki, hazırda yaranmış yeni şəraitdə nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası sülhün möhkəmləndirilməsinə və Cənubi Qafqazın iqtisadi potensialının gücləndirilməsinə xidmət edə bilər. E.Əmirbəyov Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Gürcüstan marşrutuna əlavə olaraq yük daşımaları üçün daha qısa və sərfəli marşrutun formalaşacağını bildirib.

Bu kontekstdə Avropa İttifaqının infrastruktur layihələrinə mümkün dəstəyi məsələsinə də toxunulub. E.Əmirbəyov qeyd edib ki, söhbət əsasən münaqişədən əvvəl mövcud olmuş, lakin sonradan yararsız vəziyyətə düşmüş Naxçıvan ərazisindəki təxminən 174 kilometrlik dəmir yolunun bərpasından gedir. Bildirilib ki, sözügedən layihə üzrə artıq Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına başlanılıb. Avropa İttifaqının öz maliyyə resurslarını bu layihəyə cəlb etməsi təkcə nəqliyyat dəhlizlərinin inkişafına deyil, eyni zamanda regionda uzunmüddətli sülhün möhkəmləndirilməsinə xidmət edəcək.

Azərbaycan-Ermənistan normallaşma prosesinin hazırkı vəziyyətinə dair sualı cavablandıran E.Əmirbəyov ötən ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflandığını və tərəflərin hazırda de-fakto sülh şəraitində yaşadığını bildirib. O, ötən dövr ərzində bu istiqamətdə görülmüş etimad quruculuğu tədbirlərinə də diqqət çəkib, Ermənistana tranzit yük daşımalarına tətbiq olunan məhdudiyyətin aradan qaldırıldığını, yanacağın tədarük edildiyini və iki ölkənin vətəndaş cəmiyyətlərinin qarşılıqlı səfərlərinin həyata keçirildiyini qeyd edib.

E.Əmirbəyov Ermənistanın daxili siyasi proseslərinin də sülh gündəliyi baxımından mühüm əhəmiyyət daşıdığını nəzərə çatdırıb. O, Ermənistanda keçiriləcək parlament seçkilərinin və yeni konstitusiya üzrə referendumun nəticələrinin iki ölkə arasında sülh sazişinin imzalanması baxımından həlledici rol oynaya biləcəyini vurğulayıb. Bildirilib ki, Ermənistanın yeni konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası kimi yozula biləcək hər hansı müddəanın

#Siyasət#Elçin_Əmirbəyov#Çexiya#Türkiyə#Avropa_İttifaqı_(Aİ)#Ermənistan#Zəngəzur_dəhlizi#Gürcüstan#Cənubi_Qafqaz#Cənub_Qaz_Dəhlizi#Bakı-Tbilisi-Ceyhan_(BTC)_neft_boru_kəməri

Oxşar Xəbərlər

Azərbaycandan Ermənistana dizel göndəriləcəkSiyasət

Azərbaycandan Ermənistana dizel göndəriləcək

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq.

Bu gün
09:360
Pakistanda ABŞ ilə İran arasında danışıqların ikinci raundu reallaşacaq? - VİDEOSiyasət

Pakistanda ABŞ ilə İran arasında danışıqların ikinci raundu reallaşacaq? - VİDEO

ABŞ və İran arasında gərginlik davam edir. Donald Tramp deyir ki, biz ağlabatan razılaşma təklif edirik. İran rəsmiləri isə bildirir ki, Trampın dəniz blokadası davam etdiyi müddətcə hansısa danışıqlardan söhbət gedə bilməz. Bəs Ağ Ev rəhbəri dialoqa niyə bu qədər maraqlıdır?

Bu gün
03:000
Lukaşenko kimlərə hansı siyasi mesajları verdi? - VİDEOSiyasət

Lukaşenko kimlərə hansı siyasi mesajları verdi? - VİDEO

Belarus Prezidenti Aleksandr Lukaşenko "müharibə istəmirik" deyir.

Bu gün
01:420
ABŞ və İran arasındakı gərginliyə Ermənistan necə reaksiya verdi? - VİDEOSiyasət

ABŞ və İran arasındakı gərginliyə Ermənistan necə reaksiya verdi? - VİDEO

Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.

Bu gün
00:240