Son dəqiqə
Türkiyədə şagirdlərin telefonlarına nəzarət gücləndirilir: Xüsusi SIM-kartlar tətbiq olunacaqHindistanda toyda DƏHŞƏT: Ofisiant azyaşlı uşağı yanan sobaya atıbOnlayn sifarişlərdə müştəriləri gözləyən TƏHLÜKƏLƏR: Fırıldaqçılıqla qarşılaşmamaq üçün nələrə DİQQƏT ETMƏLİYİK? - VİDEOŞimali Koreya naməlum tipli ballistik raket buraxıbİndoneziyada güclü zəlzələ baş verib"Real Sosyedad" İspaniya Kubokunun sahibi oldu
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Elektromobil sahiblərinin NƏZƏRİNƏ: Çin istehsalı olan maşınlar daha çox risk altındadır
Elektromobil sahiblərinin NƏZƏRİNƏ: Çin istehsalı olan maşınlar daha çox risk altındadır
Cəmiyyət

Elektromobil sahiblərinin NƏZƏRİNƏ: Çin istehsalı olan maşınlar daha çox risk altındadır

Bu gün
01:32
0 baxış
Paylaş:

Yağışlı günlərdə sosial şəbəkələrdə paylaşılan kadrlarda su basmış yollarda aciz qalan, hərəkətsiz dayanan elektrikli avtomobillər xüsusi diqqət çəkdi. Bəs müasir texnologiyanın gələcəyi sayılan bu avtomobillər paytaxtın "yağış sınağı"ndan necə çıxdılar?

Yağışlı günlərdə sosial şəbəkələrdə paylaşılan kadrlarda su basmış yollarda aciz qalan, hərəkətsiz dayanan elektrikli avtomobillər xüsusi diqqət çəkdi. Bəs müasir texnologiyanın gələcəyi sayılan bu avtomobillər paytaxtın "yağış sınağı"ndan necə çıxdılar?

Gundem.today mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Elektromobillər suya düşdükdə elektron sistemi zədələnir"

Elektromobil ustası İlqar İsgəndərovun sözlərinə görə, daxiliyanma mühərrikli maşınlardan fərqli olaraq, elektromobilləri su basmış yollarda sürmək 80 faiz hallarda avtomobilin sıradan çıxması ilə nəticələnir: "Avtomobil suda nə qədər çox hərəkət edərsə, bir o qədər tez xarab olur. Bu fəsadlar çox vaxt dərhal yox, müəyyən müddət sonra özünü büruzə verir. Elektromobillər suya düşdükdə elektron sistemi zədələnir. Suyun "plata"lara və kontaktlara daxil olması bərpası çox çətin, bəzən isə mümkünsüz olan fəsadlar yaradır. Son yağışlı günlərdə servisimizə edilən müraciətlərin sayı kəskin artıb".

Usta bildirir ki, zəif izolyasiya səbəbindən xüsusilə Çin istehsalı olan avtomobillər daha çox risk altındadır. Elektromobillərin iş prinsipi ənənəvi mühərriklərdən fərqlidir. Burada batareya, invertor və yüksəkgərginlikli naqillər mövcuddur. Həmin hissələrə su daxil olan kimi sistem tamamilə qəza rejiminə keçir ki, bunun da təmiri olduqca ağır və bahalıdır.

"Cərəyan vurma təhlükəsi yoxdur"

Avtomobillər üzrə mütəxəssis Elçin Abbasov isə bildirib ki, daxiliyanma mühərrikli avtomobillər suya düşərkən mühərrikin içinə su dolması təhlükəsi yaranırsa, elektromobillərdə bu risk əsasən elektrik sistemlərinin izolyasiyasının pozulması ilə əlaqədardır. Ancaq elektromobillər və hibridlər yüksək gərginlik sistemlərini özləri qoruyurlar: "Bu qorunma ondan ibarətdir ki, yüksək gərginlik sisteminin avtomobilin korpusu ilə əlaqəsi yoxdur. Əgər 12 və ya 24 voltluq sistemlər mənfini korpusa verir və müsbəti paylayırsa, yüksək gərginlik sistemi korpusdan tam izolyasiya olunub. Cüzi cərəyan sızması və ya qısaqapanma olarsa, xüsusi relelər bunu dərhal aşkarlayır və cərəyanı kəsir. Ona görə də "elektromobildə insanları cərəyan vurar" qorxusu tamamilə əsassızdır, texniki cəhətdən mümkün deyil".

E.Abbasovun fikrincə, problemlə üzləşən maşınlar əsasən əvvəllər qəzaya uğramış və xırda da olsa zədələr alanlardır: "Zədə nəticəsində akkumulyatorun və ya yüksək gərginlik sisteminə aid qurğuların izolyasiyası pozulur. Normal, sağlam akkumulyator sudan tam izolyasiya olunub və onda problem yaranmır. Lakin maşının altı harasa dəyibsə, quru havalarda bu bilinməsə də, suya girdikdə həmin zədəli hissədən, dəliklərdən içəriyə su daxil olur. Su daxil olduqda qoruyucu sistemlər işə düşür, akkumulyator cərəyan verilməsini dayandırır. Nəticədə avtomobil sönür, suyun ortasında qalır və məcburən evakuatorla servisə gətirilir".

"Geri qayıtmaq daha yaxşıdır"

Ekspert bildirir ki, elektromobillə su yığılan ərazilərə girməkdənsə, geri qayıtmaq daha yaxşıdır: "Əgər suya girmək məcburiyyətindəsinizsə, suyun səviyyəsi qapı açıldıqda içəri dolmayacaq hündürlükdən aşağı olmalıdır. Həmçinin, sudan mütləq yavaş keçmək lazımdır. Çünki sürətlə hərəkət etdikdə yaranan dalğalar suyun səviyyəsini süni şəkildə qaldırır ki, bu da həm siz, həm də ətrafdakı avtomobillər üçün təhlükəlidir. Digər bir vacib məsələ - əgər hibrid avtomobil idarə edirsinizsə, belə havalarda akkumulyatorun səviyyəsini yüksək tutun və ancaq elektrik (EV) rejimində keçin. Daxiliyanma mühərrikini işlətməyin. Çünki mühərrik rejimində sürsəniz, mühərrikin içinə su dola bilər".

Ən çox problem taksilərdədir

E.Abbasovun sözlərinə görə, belə vəziyyətdə servislərə ən çox müraciət edənlər taksi fəaliyyəti ilə məşğul olan avtomobillərdir. Bunun əsas səbəbi həmin maşınların intensiv istismar olunmasıdır: "Əgər avtomobilinizin qapısına qədər olan sudan ehtiyatla keçmisinizsə və maşında əvvəlcədən heç bir nasazlıq olmayıbsa, sürməyə davam edə bilərsiniz, yoxlatdırmağa ehtiyac yoxdur. Lakin dediyim həddən daha dərin sudan keçmisinizsə, ondan sonra avtomobili mütləq yoxlatdırmaq lazımdır. Səbəb isə odur ki, elektromobillərdə ötürmələr qutusunun və reduktorların nəfəslikləri, akkumulyatorların isə temperatur dəyişəndə havanın dövriyyəsi üçün xüsusi klapanları olur. Dərin suda həmin klapanlardan və nəfəsliklərdən sistemin içinə su dola bilər. Ona görə də hermetikliyin pozulub-pozulmadığını, hər hansı zədənin olub-olmadığını öyrənmək üçün profilaktik yoxlanış şərtdir".

"İstehsalçılar bu məsələyə kifayət qədər diqqət ayırmırlar"

Elektromobil bloqeri İlkin Mustafayev də bəzi avtomobillərdə problemin olduğunu təsdiqləyir: "Normalda, istehsal prosesində hər bir avtomobilin batareyası su, toz və zərbədən qorunmaq üçün qlobal "İP" standartlarına cavab verməlidir. Lakin bəzi markaların istər elektrik, istərsə də hibrid modellərində bu standartlara əməl edilmədiyinin canlı şahidi olduq. Bu problem əsasən Çinin daxili bazarı üçün istehsal edilən modellərdə özünü büruzə verdi. Təbii ki, günahı yalnız istehsalçıda görmək haqsızlıq olar. Sürücülərin avto

#Cəmiyyət#Sürücülərin_nəzərinə#Elektrik_mühərrikli_avtomobillər_(Elektromobil)#Avtomobil_modelləri#Çin_istehsalı_avtomobillər

Oxşar Xəbərlər

Onlayn sifarişlərdə müştəriləri gözləyən TƏHLÜKƏLƏR: Fırıldaqçılıqla qarşılaşmamaq üçün nələrə DİQQƏT ETMƏLİYİK? - VİDEOCəmiyyət

Onlayn sifarişlərdə müştəriləri gözləyən TƏHLÜKƏLƏR: Fırıldaqçılıqla qarşılaşmamaq üçün nələrə DİQQƏT ETMƏLİYİK? - VİDEO

Son zamanlar vətəndaşlara karqo şirkətlərinin və ya "Azərpoçt"un adından intensiv şəkildə saxta mesajlar göndərilir. "Bağlamanızı çatdırmağa çalışdıq, lakin uğursuz oldu", "Bağlamanız gözləmədədir" kimi çağırışlarla istifadəçilər naməlum linklərə yönləndirilirlər. Həmin linklərə daxil olduqda isə vətəndaşların bütün fərdi məlumatları ələ keçirilir.

Bu gün
03:000
"Oğlumu gözüyaşlı qoyub işə gedirdim" - Jurnalist İlhamiyyə Rza nəyi etiraf etdi? - VİDEOCəmiyyət

"Oğlumu gözüyaşlı qoyub işə gedirdim" - Jurnalist İlhamiyyə Rza nəyi etiraf etdi? - VİDEO

Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışının qonağı jurnalist İlhamiyyə Rza olub.

Bu gün
01:000
"Yaşamaq artıq mümkün deyil" - Bakı sakinləri niyə evlərindən qurtulmaq istəyirlər? VİDEOCəmiyyət

"Yaşamaq artıq mümkün deyil" - Bakı sakinləri niyə evlərindən qurtulmaq istəyirlər? VİDEO

Bir müddət əvvəl yağan intensiv yağışlar Bakı ətrafındakı kənd və qəsəbələrdə evlərini gölün ərazisində tikən sakinlər arasında təşviş yaradıb.

Bu gün
21:520
"Yaşamaq artıq mümkün deyil" - Bakı sakinləri niyə evlərindən qurtulmaq istəyirlər? - VİDEOCəmiyyət

"Yaşamaq artıq mümkün deyil" - Bakı sakinləri niyə evlərindən qurtulmaq istəyirlər? - VİDEO

Bir müddət əvvəl yağan intensiv yağışlar Bakı ətrafındakı kənd və qəsəbələrdə evlərini gölün ərazisində tikən sakinlər arasında təşviş yaradıb.

Bu gün
21:520