Son dəqiqə
"Oğlumu gözüyaşlı qoyub işə gedirdim" - Jurnalist İlhamiyyə Rza nəyi etiraf etdi? - VİDEONizami Gəncəvinin dəfn olunduğu məqbərə kompleksindən REPORTAJ - VİDEOAvropanın yaşıl meydanlarında həyəcan pik həddə - Mövsümün sonunda sevinənlər və üzülənlər kimlər olacaq?İran ABŞ-nin minatəmizləmə cəhdlərini atəşkəsin pozulması hesab edirQurban Qurbanov Elvin Cəfərquliyevin cəzalandırılmasından danışdı: "Klubun adı "Qarabağ"dırsa, bəzi addımlara göz yuma bilmərik" - VİDEOKİV: Corcia Meloni Azərbaycana səfər edəcək
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. "Yaşamaq artıq mümkün deyil" - Bakı sakinləri niyə evlərindən qurtulmaq istəyirlər? VİDEO
"Yaşamaq artıq mümkün deyil" - Bakı sakinləri niyə evlərindən qurtulmaq istəyirlər? VİDEO
Cəmiyyət

"Yaşamaq artıq mümkün deyil" - Bakı sakinləri niyə evlərindən qurtulmaq istəyirlər? VİDEO

Bu gün
21:52
0 baxış
Paylaş:

Bir müddət əvvəl yağan intensiv yağışlar Bakı ətrafındakı kənd və qəsəbələrdə evlərini gölün ərazisində tikən sakinlər arasında təşviş yaradıb.

Bir müddət əvvəl yağan intensiv yağışlar Bakı ətrafındakı kənd və qəsəbələrdə evlərini gölün ərazisində tikən sakinlər arasında təşviş yaradıb.

Növbəti yağıntılar zamanı vəziyyətin daha da pisləşəcəyindən ehtiyat edən bəzi vətəndaşlar çıxış yolunu mənzillərini satmaqda görürlər.

Sakinlərdən biri məsələ ilə bağlı Baku TV-yə danışıb.

"Hazırda bizim küçədə altı-yeddi nəfər yağışsız havada evini satıb getmək üçün fürsət gözləyir. Mən özüm də şəxsən evimi satmaq niyyətindəyəm. Aldığım evin üzərinə üçqat artıq xərc qoyaraq onu bərpa etmişəm, amma çəkdiyim zəhmətə baxmayaraq, burada qalmaq artıq mümkün deyil", - deyə o bildirib.

Bəs torpaq alarkən və ev tikərkən nələrə diqqət etməliyik?

Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, hər hansı bir əmlakı almazdan əvvəl onun sənədlərini mütləq şəkildə yoxlamaq lazımdır.

Onun sözlərinə görə, satışa çıxarılan evin çıxarışı varsa və orada torpağın təyinatı "yaşayış məntəqələrinin torpaqları" kimi qeyd olunubsa, bu, həmin ərazinin bütün növ kommunikasiya xətləri ilə təmin edildiyini göstərir: "Belə ərazilərdə güclü yağışlar və ya digər təbii fəlakətlər zamanı evlərin zərər görmə riski minimum hesab olunur".

Mənzil seçimi zamanı infrastruktur və yerləşmə yerinin önəmini vurğulayan ekspert xüsusilə ərazinin relyefinə diqqət çəkib. O qeyd edib ki, kommunikasiya xətləri ilə yanaşı, binanın və ya evin yerləşdiyi relyef mütləq nəzərə alınmalıdır: "Əgər əmlak tamamilə çökək ərazidə yerləşirsə, güclü yağışlar zamanı həmin mənzillərin subasmasına məruz qalma ehtimalı daha böyük ola bilər".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Sakin_şikayəti#Yağışın_fəsadları

Oxşar Xəbərlər

"Oğlumu gözüyaşlı qoyub işə gedirdim" - Jurnalist İlhamiyyə Rza nəyi etiraf etdi? - VİDEOCəmiyyət

"Oğlumu gözüyaşlı qoyub işə gedirdim" - Jurnalist İlhamiyyə Rza nəyi etiraf etdi? - VİDEO

Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışının qonağı jurnalist İlhamiyyə Rza olub.

Bu gün
01:000
"Yaşamaq artıq mümkün deyil" - Bakı sakinləri niyə evlərindən qurtulmaq istəyirlər? - VİDEOCəmiyyət

"Yaşamaq artıq mümkün deyil" - Bakı sakinləri niyə evlərindən qurtulmaq istəyirlər? - VİDEO

Bir müddət əvvəl yağan intensiv yağışlar Bakı ətrafındakı kənd və qəsəbələrdə evlərini gölün ərazisində tikən sakinlər arasında təşviş yaradıb.

Bu gün
21:520
Sürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş məsafəsi məhdudlaşacaqCəmiyyət

Sürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında vəziyyət açıqlanıb.

Bu gün
20:420
Bakıda ilk dəfə çərpələng festivalı keçirildi - VİDEOCəmiyyət

Bakıda ilk dəfə çərpələng festivalı keçirildi - VİDEO

Azərbaycanda ilk dəfə böyük miqyasda çərpələng festivalı təşkil olunub. Qeyd edək ki, bu festival iştirakçıların böyük sevincinə və yüksək əhvali-ruhiyyəsinə səbəb olub.

Bu gün
19:300