Son dəqiqə
Latviya Prezidenti: "Sülh sazişinin imzalanması təkcə region üçün deyil, bütün dünya üçün əhəmiyyətli hadisə olacaq""Beşiktaş" Almaniya klubundan ispan müdafiəçi alırMərkəzi Bank yeni reyestr yaradacaqAzərbaycan qanunvericiliyindən "lizinq" anlayışı çıxarılır - SƏBƏBKürdəmir Dəmiryol Stansiyasından hansı istiqamətlərə getmək mümkündür?Edqars Rinkeviçs: "Latviya ilə Azərbaycan strateji tərəfdaş ölkələrdir"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Əli Əsədov: "Azərbaycan Qazaxıstanın beynəlxalq su təşkilatının yaradılması təşəbbüsünü dəstəkləyir"
Əli Əsədov: "Azərbaycan Qazaxıstanın beynəlxalq su təşkilatının yaradılması təşəbbüsünü dəstəkləyir"
Siyasət

Əli Əsədov: "Azərbaycan Qazaxıstanın beynəlxalq su təşkilatının yaradılması təşəbbüsünü dəstəkləyir"

Bu gün
12:01
0 baxış
Paylaş:

"Azərbaycan ekologiyanın qorunması və iqlim dəyişikliyi məsələlərinə milli dayanıqlı inkişaf gündəliyinin ayrılmaz hissəsi kimi böyük əhəmiyyət verir".

"Azərbaycan ekologiyanın qorunması və iqlim dəyişikliyi məsələlərinə milli dayanıqlı inkişaf gündəliyinin ayrılmaz hissəsi kimi böyük əhəmiyyət verir".

Gundem.today "Report"a istinadla xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Astanada keçirilən "RES2026" regional ekoloji sammitində çıxışı zamanı bildirib.

"Regional ekoloji sammit çərçivəsində ekoloji dayanıqlılıq, iqtisadi inkişaf və xalqlarımızın rifahının təmin edilməsi üçün prinsipial əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi olduqca aktualdır. Azərbaycan ekologiyanın qorunması və iqlim dəyişikliyinə qarşı mübarizə məsələlərinə böyük əhəmiyyət verir, onları milli və beynəlxalq dayanıqlı inkişaf gündəliyinin ayrılmaz hissəsi kimi nəzərdən keçirir", - Ə.Əsədov qeyd edib.

Onun sözlərinə görə, bu kontekstdə 2024-cü ilin noyabrında Bakıda BMT-nin İqlim Konfransının - COP29-un keçirilməsi ölkənin qlobal iqlim gündəliyinin əsas məsələləri üzrə beynəlxalq səylərin birləşdirilməsinə mühüm töhfəsi olub.

"Əminik ki, indiki sammitin nəticələri də ətraf mühitin qorunması sahəsində praktiki təşəbbüslərin irəli sürülməsinə və regional əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək.

İqlim dəyişikliyi, şirin su ehtiyatlarının çatışmazlığının və su ehtiyatlarına təzyiqin artması ilə şərtlənən qlobal çağırışların gücləndiyi şəraitdə su təhlükəsizliyi məsələləri beynəlxalq gündəlikdə prioritet əhəmiyyət kəsb edir", - o əlavə edib.

Ə.Əsədov vurğulayıb ki, Bakı Qazaxıstanın BMT-nin himayəsi altında ixtisaslaşdırılmış beynəlxalq su təşkilatının yaradılması təşəbbüsünü dəstəkləyir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Əli_Əsədov#RES2026#regional_ekoloji_sammit#Astana#iqlim_dəyişikliyi#ekologiya#COP29#su_təhlükəsizliyi#BMT#Qazaxıstan#Azərbaycan#ətraf_mühit

Oxşar Xəbərlər

Latviya Prezidenti: "Sülh sazişinin imzalanması təkcə region üçün deyil, bütün dünya üçün əhəmiyyətli hadisə olacaq"Siyasət

Latviya Prezidenti: "Sülh sazişinin imzalanması təkcə region üçün deyil, bütün dünya üçün əhəmiyyətli hadisə olacaq"

"Cənab Prezident, Sizi və Azərbaycan xalqını artıq paraflanmış sülh sazişi ilə bağlı təbrik edirəm. Ümid edirik ki, sülh sazişi tezliklə imzalanacaq. Bu, təkcə region üçün deyil, bütün dünya üçün əhəmiyyətli hadisə olacaq".

Bu gün
14:090
Edqars Rinkeviçs: "Latviya ilə Azərbaycan strateji tərəfdaş ölkələrdir"Siyasət

Edqars Rinkeviçs: "Latviya ilə Azərbaycan strateji tərəfdaş ölkələrdir"

"Bizim çox səmərəli, nəticəyönümlü və gələcəkyönümlü müzakirələrimiz oldu".

Bu gün
13:500
Prezident: "Azərbaycan-Ermənistan nümayəndələrinin qarşılıqlı səfərləri normal mühitin bərqərar edilməsinə töhfə verir"Siyasət

Prezident: "Azərbaycan-Ermənistan nümayəndələrinin qarşılıqlı səfərləri normal mühitin bərqərar edilməsinə töhfə verir"

"O vaxtdan (Ağ Evdə Birgə Bəyannamənin imzalanması - red.) bəri bir çox irəliləyiş olub. Ticarət edilir, xüsusilə də Azərbaycandan Ermənistana yanacaq məhsulları ixrac olunmağa başlayıb".

Bu gün
13:410
İlham Əliyev latviyalı həmkarını Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırıbSiyasət

İlham Əliyev latviyalı həmkarını Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırıb

Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Edqars Rinkeviçsə Azərbaycanla Ermənistan arasında sülh prosesi haqqında məlumat verib.

Bu gün
13:260