Son dəqiqə
Təhsil sektorunun müdiri İŞDƏN ÇIXARILDI - FOTOMaliyyə icarəsi müqaviləsi hansı hallarda vaxtından əvvəl ləğv edilə bilər?Yer kürəsində hansı günlər maqnit qasırğaları gözlənilir?Londondan Azərbaycan-Ermənistan sülh sazişinə dəstək mesajı - FOTOMaliyyə icarəçisinin hüquq və vəzifələri BƏLLİ OLDUMaliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin NƏZƏRİNƏ
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Əli Əsədov: "Azərbaycan Xəzərin dayazlaşmasına qarşı birgə mübarizəyə çağırır"
Əli Əsədov: "Azərbaycan Xəzərin dayazlaşmasına qarşı birgə mübarizəyə çağırır"
Siyasət

Əli Əsədov: "Azərbaycan Xəzərin dayazlaşmasına qarşı birgə mübarizəyə çağırır"

Bu gün
12:08
0 baxış
Paylaş:

"Xəzər dənizinin sürətlə dayazlaşması fonunda Azərbaycan Xəzəryanı ölkələrin əməkdaşlığının gücləndirilməsinə çağırır".

"Xəzər dənizinin sürətlə dayazlaşması fonunda Azərbaycan Xəzəryanı ölkələrin əməkdaşlığının gücləndirilməsinə çağırır".

Gundem.today "Report"a istinadla xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Astanada keçirilən RES2026 regional ekoloji sammitində çıxışı zamanı bəyan edib.

Onun sözlərinə görə, Xəzər dənizinin səviyyəsinin düşməsi region üçün ən kəskin problemlərdən biri olaraq qalır:

"Bakı Xəzəryanı ölkələr arasında bu çağırışa effektiv müqavimət göstərmək üçün əməkdaşlığın gücləndirilməsini ardıcıl olaraq dəstəkləyir".

Ə.Əsədov xatırladıb ki, Azərbaycanın təşəbbüsü ilə artıq Qazaxıstan, Rusiya və Türkmənistanla Xəzərin dayazlaşmasının səbəblərinin öyrənilməsi və müvafiq cavab tədbirlərinin hazırlanması üçün ikitərəfli işçi qrupları yaradılıb:

"Xəzərin dayazlaşmasına iqlim dəyişikliyi əhəmiyyətli təsir göstərir. Azərbaycanda iqlim dəyişikliklərinin dənizin ekosisteminə mənfi təsirinin minimuma endirilməsi üçün ardıcıl tədbirlər görülür".

Baş nazir əlavə edib ki, ölkə bu vəzifələrin həllinə sistemli yanaşır, iqtisadi inkişafı ekoloji məqsədlərlə uzlaşdıraraq, "yaşıl" enerjiyə keçidə və bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirir.

Ə.Əsədovun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji zonalarının" yaradılmasına da xüsusi diqqət yetirilir, burada hidroenergetika sahəsində layihələr fəal şəkildə həyata keçirilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Xəzər_dənizi#dayazlaşma#ekologiya#Əli_Əsədov#iqlim_dəyişikliyi#RES2026#yaşıl_enerji#əməkdaşlıq#Azərbaycan#Xəzəryanı_ölkələr

Oxşar Xəbərlər

Londondan Azərbaycan-Ermənistan sülh sazişinə dəstək mesajı - FOTOSiyasət

Londondan Azərbaycan-Ermənistan sülh sazişinə dəstək mesajı - FOTO

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Birləşmiş Krallığa işgüzar səfər edib.

Bu gün
14:310
Latviya Prezidenti: "Sülh sazişinin imzalanması təkcə region üçün deyil, bütün dünya üçün əhəmiyyətli hadisə olacaq"Siyasət

Latviya Prezidenti: "Sülh sazişinin imzalanması təkcə region üçün deyil, bütün dünya üçün əhəmiyyətli hadisə olacaq"

"Cənab Prezident, Sizi və Azərbaycan xalqını artıq paraflanmış sülh sazişi ilə bağlı təbrik edirəm. Ümid edirik ki, sülh sazişi tezliklə imzalanacaq. Bu, təkcə region üçün deyil, bütün dünya üçün əhəmiyyətli hadisə olacaq".

Bu gün
14:090
Edqars Rinkeviçs: "Latviya ilə Azərbaycan strateji tərəfdaş ölkələrdir"Siyasət

Edqars Rinkeviçs: "Latviya ilə Azərbaycan strateji tərəfdaş ölkələrdir"

"Bizim çox səmərəli, nəticəyönümlü və gələcəkyönümlü müzakirələrimiz oldu".

Bu gün
13:500
Prezident: "Azərbaycan-Ermənistan nümayəndələrinin qarşılıqlı səfərləri normal mühitin bərqərar edilməsinə töhfə verir"Siyasət

Prezident: "Azərbaycan-Ermənistan nümayəndələrinin qarşılıqlı səfərləri normal mühitin bərqərar edilməsinə töhfə verir"

"O vaxtdan (Ağ Evdə Birgə Bəyannamənin imzalanması - red.) bəri bir çox irəliləyiş olub. Ticarət edilir, xüsusilə də Azərbaycandan Ermənistana yanacaq məhsulları ixrac olunmağa başlayıb".

Bu gün
13:410