Son dəqiqə
İsrailin müdafiə naziri: "İrana zərbə endirmək üçün ABŞ-nin qərarını gözləyirik"Sahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti seçilibUşağını döyənlərin cərimələnməsi problemi həll edəcəkmi? - VİDEO30 il əvvəlki qətlin üstü necə açıldı? - Taksi sürücüsünün amansızlıqla öldürülməsinin DƏHŞƏTLİ TƏFƏRRÜATI - VİDEOHikmət Hacıyev slovakiyalı səfirlə iki ölkə arasındakı əməkdaşlığı müzakirə edibSon günlərdə ölkə futbolunda baş verənlər müzakirə olundu - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İdman
  3. Elvin Cəfərquliyev və Abbas Hüseynov geri dönürlər? - Maksim Medvedevdən AÇIQLAMA
Elvin Cəfərquliyev və Abbas Hüseynov geri dönürlər? - Maksim Medvedevdən AÇIQLAMA
İdman

Elvin Cəfərquliyev və Abbas Hüseynov geri dönürlər? - Maksim Medvedevdən AÇIQLAMA

Bu gün
19:24
0 baxış
Paylaş:

"Elvin və Abbas əsas komandaya qayıtmaq üçün fərdi şəkildə əlavə hazırlıq keçirlər".

"Elvin və Abbas əsas komandaya qayıtmaq üçün fərdi şəkildə əlavə hazırlıq keçirlər".

Gundem.today xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında "Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi Maksim Medvedev əsas komandadan uzaqlaşdırılan futbolçular - Elvin Cəfərquliyev və Abbas Hüseynovun hazırkı durumu ilə bağlı danışarkən deyib.

O, hər iki futbolçunun əvəzedici komandada məşqlərini davam etdirdiyini bildirib:

"Hazırda həm Elvin Cəfərquliyev, həm də Abbas Hüseynov komandamdadır. Baş verənləri müzakirə etmişik və onları başa düşürəm. Belə hallarda futbolçuları birbaşa tənqid etmək düzgün olmaz. Hər bir insan səhv edə bilər. Görünür, müəyyən səbəblər olub və buna görə baş məşqçi Qurban Qurbanov onları əsas komandadan uzaqlaşdırıb. Ola bilsin ki, bu hadisə həm Elvin, həm də Abbas üçün müəyyən nəticələr çıxarmağa səbəb olacaq. Onlar peşəkar və tanınmış futbolçulardır. Bu cür halların baş verməsi idman ictimaiyyəti tərəfindən də diqqətlə izlənilir. Heç kim belə vəziyyətin yaranmasını istəməzdi və hazırda futbolçular bunun məsuliyyətini daşıyırlar".

Baş məşqçi futbolçuların fiziki durumunun qorunması üçün əlavə tədbirlər görüldüyünü də vurğulayıb:

"Çalışırıq ki, formalarını itirməsinlər. Bunun üçün əlavə məşqlər də keçirik. Onlar da vəziyyəti düzgün qiymətləndirir və əsas komandaya qayıtmaq üçün hazır olmağa çalışırlar. Hətta məşqlərdən sonra fərdi şəkildə əlavə hazırlıq keçirlər. Hazırda U-20 millisinə görə Əvəzedicilər Liqasında fasilə yaranıb. Fasilə dövründə futbolçuların oyun praktikasını qoruması çox vacibdir. Əgər fasilə başa çatanadək komandada qalsalar, onları oyunlara cəlb etməyi planlaşdırırıq. Məqsəd futbolçuların oyun praktikasını itirməməsidir. Qarşıda vacib matçlar var və istəyirik ki, əsas komandaya qayıtdıqda hazır vəziyyətdə olsunlar".

M.Medvedev futbolçuların əsas komandaya dönüşünün baş məşqçi Qurban Qurbanovun qərarından asılı olduğunu söyləyib:

"Onların hansı müddətə əvəzedici komandada çıxış edəcəkləri hələlik məlum deyil. Bu məsələ tamamilə baş məşqçinin qərarından asılıdır. Hesab edirəm ki, müəyyən müddətdən sonra baş verənlər müzakirə olunaraq futbolçuların bağışlanması mümkündür. Biz də futbolçu olduğumuz dövrdə səhvlər etmişik və cəzalar almışıq".

"Qarabağ"ın və Azərbaycan millisinin keçmiş futbolçusu Qurban Qurbanovla bu məsələ ilə bağlı hələlik birbaşa müzakirə aparılmadığını diqqətə çatdırıb:

"Hazırda onun diqqəti çempionat oyunlarına yönəlib. Bununla belə, köməkçi məşqçilərlə daim əlaqədəyik, futbolçuların durumu, statistikası və davranışları barədə onlara məlumat verirəm".

Qeyd edək ki, Elvin Cəfərquliyev və Abbas Hüseynov intizam qaydalarını pozduqlarına görə əsas komandadan uzaqlaşdırılıblar.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İdman#Qarabağ_FK#Elvin_Cəfərquliyev#Abbas_Hüseynov#Maksim_Medvedev#Qurban_Qurbanov#əvəzedici_komanda#futbol#intizam_cəzası#idman_xəbərləri.

Oxşar Xəbərlər

Son günlərdə ölkə futbolunda baş verənlər müzakirə olundu - VİDEOİdman

Son günlərdə ölkə futbolunda baş verənlər müzakirə olundu - VİDEO

Baku TV-nin "İdmanda nə baş verir?" podkastının yeni buraxılışında futbol üzrə Azərbaycan çempionatının 28-ci turu və qarşıdan gələn turdakı oyunlarla bağlı müzakirə aparılıb.

Bu gün
20:120
"Sabah" - "Qarabağ" oyununda baş hakimin qərarlarının doğru olub-olmaması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEOİdman

"Sabah" - "Qarabağ" oyununda baş hakimin qərarlarının doğru olub-olmaması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçirilmiş "Sabah" - "Qarabağ" oyunundakı mübahisəli epizodları şərh edib.

Bu gün
19:360
Kubok həyəcanı: "Zirə" üçüncü, "Sabah" isə ardıcıl ikinci dəfə finalda!İdman

Kubok həyəcanı: "Zirə" üçüncü, "Sabah" isə ardıcıl ikinci dəfə finalda!

Bizon Azərbaycan Kubokunun finalında "Zirə" üçüncü, "Sabah" isə ikinci dəfə qələbə uğrunda yaşıl meydana çıxacaq.

Bu gün
18:260
"Barselona"ya ağır zərbə: Lamin Yamal mövsümü başa vurduİdman

"Barselona"ya ağır zərbə: Lamin Yamal mövsümü başa vurdu

İspaniya çempionatının 33-cü turu çərçivəsində baş tutan "Selta" ilə qarşılaşmada (1:0) "Barselona"nın gənc ulduzu Lamin Yamal zədələnib.

Bu gün
17:520