
Ərini öldürən qadının məhkəməsi: "11 ay mənimlə üzbəüz oturub çörək yeyib, oğlumu öldürdüyünü gizlədib"
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdırmaqda təqsirləndirilən Elmira İbrahimovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdırmaqda təqsirləndirilən Elmira İbrahimovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Gundem.today-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda zərərçəkmişin hüquqi varisi Cəmilə Əliyeva ifadə verib:
"Mənim oğlum boşanmaq istəyirdi. Amma mən oğluma imkan vermədim. Samir heç siqaret çəkmirdi, qaldı ki, narkotik istifadə etsin. O, yola çıxanda şəxsi əşyalarının içində elektron siqaret tapdım. Oğlumun güvənini itirdiyinə görə onu çölə çıxmağa qoymurdu. Deyirdi ki, başını bağla, amma o, da buna razı olmadı. Çox maraqlıdır ki, hadisəni heç bir qonşu görməyib. O deyir ki, bütün əşyaları atıb. Halbuki onun belində problem var idi. Necə ola bilər ki, zərif qadın ola-ola ağır divanı aparıb? Xanım deyir ki, bütün qanlı əşyaları zibil yeşiyinə atıb. Bəs zibil daşıyan maşın bu qanlı xalçanı və divanı guya görmədi? 11 ay üzbəüz oturub mənlə çörək yeyib, oğlumu öldürdüyünü gizlədib. Bunu heç düşmən düşmənə etməzdi. Oğlumu öldürüb gizlədəndə uşaqlara deyirdi ki, atanız sizi atıb getdi, daha gəlməyəcək".
Təqsirləndirilən şəxs bildirib ki, çarpayını mebel mağazasına gedərək dəyişdirib:
"Mənim bir telefonum var idi. Mərhum mənə imkan vermirdi telefon işlətməyə".
Mərhumun anası isə təqsirləndirilən şəxsin ifadələrinin yalan olduğunu deyib.
Daha sonra Samir Əliyevin atası Arif Əliyev məhkəmədə şahid qismində ifadə verib.
"Böyük qızımız Türkiyədə qalırdı və biz ora getdik. Düşündüm ki, dekabrın sonuna kimi qalım. Amma bir həftə keçməmiş Bakıya qayıtmalı oldum. Gəlinim mənə zəng edib dedi ki, oğlum Samir yoxa çıxıb. Yoldaşım da Türkiyədən qayıtdı. Gəlinimin mərhum oğlumla 2012-ci ilə qədər araları yaxşı olub. Oğlum onun telefonunda başqa bir adamın yazdığı mesaja görə aralarında mübahisə yaranıb və onu 2019-cu ildən çölə çıxmağa icazə vermədi. Təqsirləndirilən şəxs Samir öləndən sonra telefon işlədib. Mənə dedi ki, Samir 500 manat verdi ki, özünə telefon al. Oğlum torpaq satışı üzrə makler idi. Torpaq satışından pul qazanmışdı, mənə elə gəlir ki, Elmira o pulu ələ keçirib".
Məhkəmənin növbəti iclası aprelin 30-na təyin edilib.
Qeyd edək ki, hadisə 2024-cü ildə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib Belə ki, orada yaşayan 1985-ci il təvəllüdlü Samir Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri 12-ci polis şöbəsinə müraciət ediblər. Əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin arvadı Elmira Əliyeva tərəfindən ov silahı ilə qətlə yetirilməsi və meyitin yaşadığı evin həyətində basdırılması, qəbrin üstünə də güllər əkilməsi müəyyən edilib. Cinayəti törədən qadın saxlanılaraq, istintaqa təhvil verilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Elgün Həsənli
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalBakıda qadını öldürmək istəyən şəxs hakim qarşısına çıxarılıb
Bakıda gözəllik salonunda tanışını öldürməyə cəhddə təqsirləndirilən Samir Həsənovun cinayət işi üzrə məhkəməsi başlayıb.
KriminalDörd rayonda ƏMƏLİYYAT - Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir neçə rayon şöbəsində keçirdiyi əməliyyat nəticəsində saxlanılanlardan bəzilərinin adları məlum olub.
KriminalBakıda məşhur biznesmeninin oğlunu aldatmaq istəyənin cinayət işinin DETALLARI
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan Rafiq Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
KriminalDörd rayonda ƏMƏLİYYAT - Vəzifəli şəxslər SAXLANILDILAR
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl, Ağdaş, Bakının Qaradağ rayon şöbələrində əməliyyatlar keçirilib.