
Salyanda marketdə istehlaka yararsız məhsullar aşkarlanıb - FOTO
Salyan şəhəri, Bakı-Astara yolu, 130-cu kilometr ünvanında yerləşən, fiziki şəxs Bahar Ağasəf qızı Ələkbərovaya məxsus "Aystore" marketdə yoxlama keçirilib.
Salyan şəhəri, Bakı-Astara yolu, 130-cu kilometr ünvanında yerləşən, fiziki şəxs Bahar Ağasəf qızı Ələkbərovaya məxsus "Aystore" marketdə yoxlama keçirilib.
Gundem.today xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, ictimai iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub, eləcə də temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar müəyyən edilib. İstifadə müddəti bitmiş istehlaka yararsız qida məhsulları və etiket məlumatlarında uyğunsuzluqlar olan saxta alkoqollu içkilər aşkarlanıb. Yoxlama zamanı, həmçinin satışa çıxarılan qida məhsullarına dair müvafiq müşayiətedici sənədlər təqdim edilməyib.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız məhsulların satışının qadağan olunması və dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Məhsullardan nümunələr götürülüb, araşdırmalar davam etdirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətAzərbaycanda "Son zəng" tədbirləri üçün TƏLƏBLƏR qoyuldu - ÖZƏL
Azərbaycanda "Son zəng" tədbirlərinin keçirilməsi üçün tələblər müəyyənləşib.
CəmiyyətİTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu elan edilib
Audiovizual Şura İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilmək üçün namizədlərin sənəd qəbulunu elan edib.
Cəmiyyət300 bal toplayan Zəhra: "Çox yox, sistemli oxumaq lazımdır"
15 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanında maksimum - 300 bal toplayan şagirdlərdən biri də Zəhra Polad qızı Zərbəliyeva olub. O, ən yüksək nəticəyə imza ataraq fərqlənən abituriyentlər sırasında yer alıb.
CəmiyyətBuraxılış imtahanında 9 nəfər maksimal nəticə göstərdi - ADLAR - FOTO
Martın 15-i tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş imtahan iştirakçıları arasında 9 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.