
Erməni lobbisinin uğursuz muzdlusu: Okamponun videosu kimləri ifşa etdi? - FOTO
"Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun Nikol Paşinyan və komandasını hədəfə almaqla yenidən fəallaşması seçki ərəfəsində Ermənistanın revanşist dairələrindən, o cümlədən bütövlükdə gərginləşən situasiyadan faydalanmaq və bu proseslərdən qazanclı çıxmaq cəhdidir".
"Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun Nikol Paşinyan və komandasını hədəfə almaqla yenidən fəallaşması seçki ərəfəsində Ermənistanın revanşist dairələrindən, o cümlədən bütövlükdə gərginləşən situasiyadan faydalanmaq və bu proseslərdən qazanclı çıxmaq cəhdidir".
Bunu Gundem.today-a açıqlamasında deputat Bəhruz Məhərrəmov bildirib.
Onun sözlərinə görə, Okampo özlüyündə normal imicli persona hesab edilmir və doqquz illik fəaliyyəti boyu Konqo, Sudan, Uqanda kimi ölkələrdə baş verən müharibələrlə bağlı araşdırmalarda qərəzli yanaşmaları və bütövlükdə fəaliyyəti boyu korrupsiyaya meyli ilə "şöhrətlənib":
"Səlahiyyətlərini başa vurduqdan sonra onun adına offşor hesabların meydana çıxması bu iddiaları daha da möhkəmləndirib. Beynəlxalq cinayət mühakimə icraatının önəmli simaları və bir çox ekspertlər Okamponu məhkəmələri siyasiləşdirməkdə, o cümlədən maraq güddüyü istiqamətlərdə ayrı-ayrı ölkələri hədəfə almaqda ittiham ediblər. Okamponun fəaliyyəti dövründə çox az sayda hökmün çıxarılması onun iş metodlarının tənqid olunmasına, fəaliyyətinin korrupsiya meyillərinə əsaslanmasına yönələn ittihamların meydana çıxmasına səbəb olub. Lakin çox təəssüf ki, bu iddialar istiqamətində hansısa siyasi və hüquqi araşdırma aparılmayıb, yaxud aidiyyəti araşdırmalar real addımlarla nəticələnməyib. Bu isə Okampoya sifarişli böhtançı fəaliyyətinin sərhədlərini daha da genişləndirməyə və bu istiqamətdə qazandığı pullarla biznes imperiyası qurmağa şərait yaradıb.
Təbii ki, Luis Moreno Okamponun bu "potensialı" və prokurorluq fəaliyyəti dövründə qurduğu əlaqələr, onsuz da, konsepsiyasını miflər və böhtan üzərində qurmuş erməni lobbilərinin və revanşist erməni milyarderlərin diqqətindən kənarda qala bilməzdi. Eyni zamanda, mahiyyətcə muzdlu olan Okampo da bu fürsəti əlindən verməmiş, Vətən müharibəsi və antiterror tədbirləri periodunda Azərbaycan əleyhinə çoxsaylı qərəzli bəyanatlar və birtərəfli "araşdırmalara" əsaslanan hesabatlar yayımlamaqla informasiya müharibəsində işğalçı tərəfin muzdlu qatilinə çevrilmişdi.
Lakin Prezident İlham Əliyevin qətiyyəti qarşısında erməni təcavüzünün fiaskosu eyni zamanda bu təhlükəli konsepsiyanın digər icraçılarının da məğlubiyyəti olduğu üçün Okampo proseslərdən "uğursuz muzdlu" kimi ayrılmalı oldu".
Deputat əlavə edib ki, hazırda Ermənistanda seçki ərəfəsində Okampo yenidən fəallaşmaqla həm anti-Azərbaycan fəaliyyətindəki fiaskosunun məsuliyyətini Paşinyanın üzərinə ataraq "sifarişçiləri" qarşısında "bəraət almaq", həm də yeni həssas situasiyada yeni sifariş almaq məqsədi daşıyır:
"Erməni lobbisindən yeni sifarişi almaq isə təbii ki, yalnız Azərbaycan-Ermənistan sülh prosesini hədəfə götürməklə mümkündür. Təbii ki, hazırkı geosiyasi şəraitdə bu kimi cəhdlər indidən fiaskoya məhkumdur, lakin Okampo özü də bilmədən özü ilə bərabər Avropa İttifaqında konkret adlar sadalamaqla, əslində, mütəşəkkil korrupsiya şəbəkəsini ifşa etmiş oldu".
Xatırladaq ki, BMT Beynəlxalq Məhkəməsinin sabiq prokuroru Luis Okamponun oğlu Tomasa tövsiyə xarakterli videosu yayılıb. Videoda Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasının vacibliyi vurğulanır, eyni zamanda, Avropa strukturlarına təsir imkanlarından açıq şəkildə bəhs olunur. Okampo iddia edir ki, komandasında Avropa Parlamenti ilə əlaqələri olan şəxslər mövcuddur və bu vasitə ilə Avropa siyasətinə təsir göstərmək, müxtəlif məsələləri gündəmə çıxarmaq və təzyiq mexanizmlərini işə salmaq mümkündür.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətParisin Cənubi Qafqaz siyasətinin pərdəarxası: İnsan haqları ritorikası altında geosiyasi maraqlar? - VİDEO
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışında Fransanın Afrikadakı uğursuzluğu fonunda Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı apardığı siyasət barədə müzakirə aparılıb.
Siyasət"Report" Analitik Qrupundan Rusiyanın "Birinci kanal"ına tərs şillə
Mayın 6-da Rusiya dövlət mediasının efirində ölkəmizə qarşı növbəti təxribatın şahidi olduq. Ölkənin "Birinci kanalı"nda yayımlanan "Zaman göstərəcək" ("Vremya pokajet") verilişində Azərbaycan Respublikasının təhrif olunmuş xəritəsi nümayiş etdirilib, orada artıq beş il əvvəl ləğv edilmiş və uzun illər davam edən işğal və tarixi ədalətsizlik dövrü ilə assosiasiya olunan qondarma "Dağlıq Qarabağ" ayrıca inzibati vahid kimi göstərilib.
SiyasətHeydər Əliyevin anadan olmasının 103-cü ildönümü Həştərxanda qeyd edilib - FOTO
Azərbaycan xalqının ümummilli lideri, müasir və qalib respublikamızın qurucusu və memarı Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Rusiya Federasiyasının Həştərxan vilayətində qeyd edilib.
SiyasətBMT-dən Fransaya XƏBƏRDARLIQ
BMT-nin İrqi ayrı-seçkiliyin ləğvi üzrə Komitəsi Fransanın müstəmləkəsi altında olan Kanaki (Yeni Kaledoniya) ilə bağlı bəyanat qəbul edib.