
Ermənistan rəsmisi: "İrəvan əmindir ki, Bakının tranzit qadağalarını qaldırması Aİİ-də ticarətin artmasına səbəb olacaq"
"Malların Azərbaycan ərazisindən Ermənistana tranzitinə qoyulan qadağanın qaldırılması Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzv dövlətləri arasında qarşılıqlı ticarətin artmasına kömək edəcək".
"Malların Azərbaycan ərazisindən Ermənistana tranzitinə qoyulan qadağanın qaldırılması Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzv dövlətləri arasında qarşılıqlı ticarətin artmasına kömək edəcək".
Gundem.today-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Şımkentdə keçirilən Avrasiya Hökumətlərarası Şurasının genişləndirilmiş tərkibdə iclasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, Cənubi Qafqaz regionunda nəqliyyat-logistika infrastrukturunun diversifikasiyası xarici ticarəti əhəmiyyətli dərəcədə stimullaşdıracaq.
"Bu kontekstdə Azərbaycan ərazisindən Ermənistana malların tranzitinə qoyulan qadağaların bu yaxınlarda aradan qaldırılması bizim üçün xüsusilə əhəmiyyətli hadisədir, bu, regionun potensialının tam şəkildən açılması, qarşılıqlı ticarətin artması üçün perspektivlər açır", - deyə Mqer Qriqoryan qeyd edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatAzərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq
Sabah Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı ixrac olunacaq.
İqtisadiyyatBanklarda stress-testlər aparılacaq
Banklarda stress-testlərin aparılması qaydası təsdiqlənib.
İqtisadiyyatƏmlak alan vətəndaşlara qaytarılan ƏDV məbləği açıqlandı
Yaşayış və qeyri-yaşayış sahələrinin alınması zamanı vətəndaşlara qaytarılan ƏDV məbləği açıqlanıb.
İqtisadiyyatSiyəzəndə sahibkarlarla biznesin inkişafına dair təklif və ehtiyacları müzakirə edilib - FOTO
Siyəzən rayonunda fəaliyyət göstərən sahibkarlar yun emalı müəssisəsinin yaradılmasına, arıçılığın və quşçuluq müəssisəsinin inkişafına dəstək, güzəştli kreditlər, subsidiyaların verilməsi ilə bağlı məsələləri dövlət qurumlarının nümayəndələri ilə müzakirə ediblər.