
Ermənistan TRIPP layihəsinin icrasına nə vaxt başlayır? - Paşinyan açıqladı
Ermənistanın baş naziri Nikol Paşinyan TRIPP layihəsinin icrası çərçivəsində real işlərə 2026-cı ildə başlanacağına əmindir.
Ermənistanın baş naziri Nikol Paşinyan TRIPP layihəsinin icrası çərçivəsində real işlərə 2026-cı ildə başlanacağına əmindir.
Gundem.today-ın erməni mediasına istinadən verdiyi məlumata görə, bu barədə hökumət rəhbəri hakim Vətəndaş Sazişi Partiyasının seçkiqabağı proqramının təqdimatı zamanı bildirib.
"İnanıram ki, artıq 2026-cı ildə bilavasitə ərazidə işlərə start verəcəyik. Hesablamalarıma görə, ən qısa zamanda elektrik verilişi xətlərini istismara vermək mümkün olacaq. Bu layihə sayəsində çoxlu yeni iş yerləri açılacaq və ümid edirəm ki, şirkətlər xaricdən işçi qüvvəsi cəlb etmədən Ermənistan vətəndaşlarını işlə təmin edəcəklər", - deyə Paşinyan qeyd edib.
O əlavə edib ki, Gümrü-Türkiyə sərhədi və Arazdəyən-Naxçıvan sərhədi dəmir yolu sahələrinin bərpası çox sürətlə, təxminən 1-1.5 il ərzində həyata keçiriləcək. Hakim partiyanın seçkiqabağı proqramının "İqtisadi inkişaf" bölməsindəki bəndlərdən biri TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) investisiya layihəsinin icrasına, xüsusən də dəmir yolu və elektrikötürücü infrastrukturun işə salınmasına aiddir. Həmin bölmədə Gümrü-Türkiyə və Arazdəyən-Naxçıvan dəmir yolu xətlərinin yenidən qurulması da xüsusi olaraq vurğulanır.
Sənəddə qeyd olunur ki, TRIPP layihəsinin reallaşdırılması və Gümrü-Qars dəmir yolunun açılması da daxil olmaqla, regionun nəqliyyat infrastrukturunun tam şəkildə blokadadan çıxarılması bölgədə sülh və əməkdaşlığı gücləndirməklə yanaşı, ərazini mühüm tranzit qovşağına çevirəcək.
Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan münasibətlərin sülh yolu ilə nizamlanması və Naxçıvanla Azərbaycanın digər hissələri arasında nəqliyyat əlaqələrinin yaradılması haqqında birgə bəyannamə imzalayıblar.
Bu layihə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) adlanır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaGünəşdə son iki ay yarımın ən böyük partlayışı oldu - VİDEO
Günəş səthində son iki ay yarımda ən güclü hesab edilən X2.5 dərəcəli partlayış müşahidə olunub.
DünyaABŞ-nin hərbi təyyarəsi Türkiyə səmasında qəza siqnalı verdi
ABŞ-nin Hərbi Hava Qüvvələrinə məxsus təyyarə bu gün səhər saatlarında Türkiyənin hava məkanında qəza siqnalı verib.
Dünya"Crocus"da terror törədənlərin qaldığı hostelin rəhbəri də cinayətkar olub
Moskva yaxınlığındakı "Crocus City Hall"da terror aktını həyata keçirənlərin qeyri-qanuni qaldığı hostelin rəhbəri əvvəllər qətl işinə görə 11 il həbsdə olub.
DünyaABŞ atəşkəs pozulacağı halda İranın hansı rəsmilərini vuracağını BƏYAN ETDİ
Atəşkəs rejimi pozulacağı təqdirdə ABŞ İranın Hörmüz boğazında yerləşdirdiyi müdafiə sistemlərinə zərbələr endirməyi planlaşdırır.