Son dəqiqə
UEFA Avropa Liqası: "Portu" "Nottingem Forest"lə bacarmadı, "Aston Villa" qələbəyə sevindi - VİDEOGünel Aslanova vəzifəsindən ayrıldıCNN-dən böyük səhv: Sağ olan aktyor haqqında "vida videosu" yayımlandıUEFA Konfrans Liqası: Ev sahibləri inamlı qələbə qazandılarYaxın Şərq üçün çətin günlər geridə qaldı? - VİDEOÖlkə gündəmini silkələyən bacılar: Prezident təqaüdçüləri Oksford və Kembricə gedən uğur hekayəsindən danışdılar - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Ermənistan və Qazaxıstan XİN rəhbərləri regionda kommunikasiyaların açılmasını müzakirə ediblər
Ermənistan və Qazaxıstan XİN rəhbərləri regionda kommunikasiyaların açılmasını müzakirə ediblər
Dünya

Ermənistan və Qazaxıstan XİN rəhbərləri regionda kommunikasiyaların açılmasını müzakirə ediblər

Bu gün
23:16
0 baxış
Paylaş:

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevlə görüşüb.

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevlə görüşüb.

Gundem.today xəbər verir ki, tərəflər görüş zamanı ikitərəfli əlaqələrin inkişafını və regionda kommunikasiya layihələrinin həyata keçirilməsini müzakirə ediblər.

N.Paşinyan bildirib ki, regionda baş verən proseslər Ermənistan və Qazaxıstan arasında əməkdaşlığa müsbət təsir göstərir. Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Gürcüstan üzərindən dəmir yolu əlaqələrinin yaradılması ticarət-iqtisadi münasibətlərin genişlənməsinə təkan verir.

Qazaxıstan XİN rəhbəri də bu fikirlə razılaşaraq qeyd edib ki, dəmir yolu əlaqələrinin yaradılması iqtisadi əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirəcək.

O, regionda kommunikasiyaların açılmasının vacibliyini vurğulayıb və Qazaxıstanın TRIPP layihəsini, eləcə də Ermənistan hökumətinin irəli sürdüyü "Sülh kəsişməsi" təşəbbüsünü dəstəklədiyini bildirib.

Tərəflər həmçinin infrastruktur, tikinti, kənd təsərrüfatı, texnologiyalar, aviasiya və turizm sahələrində əməkdaşlığın inkişafını müzakirə ediblər. Yaxın zamanda Ermənistan ilə Qazaxıstan arasında birbaşa uçuşların açılmasının vacibliyi də qeyd olunub.

Görüşdə yaxın vaxtlarda erməni iş adamlarından ibarət nümayəndə heyətinin Qazaxıstana səfərinin əhəmiyyəti də vurğulanıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Nikol_Paşinyan#Qazaxıstan#Xarici_İşlər_Nazirliyi_(XİN)#Azərbaycan#Rusiya_Federasiyası#Gürcüstan

Oxşar Xəbərlər

İranın hücumları Səudiyyə Ərəbistanının hasilat gücünü azaldıbDünya

İranın hücumları Səudiyyə Ərəbistanının hasilat gücünü azaldıb

İran qüvvələrinin Səudiyyə Ərəbistanının enerji obyektlərinə zərbələri nəticəsində ölkənin neft istehsalı sutkada 600 min barel azalıb.

Bu gün
00:300
Livana zərbələr nəticəsində ölənlərin sayı 303-ə çatıbDünya

Livana zərbələr nəticəsində ölənlərin sayı 303-ə çatıb

İsrailin Livana endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 303 nəfərə çatıb, 1 150-dən çox insan yaralanıb.

Bu gün
00:241
Putin "Pasxa atəşkəsi" elan etdiDünya

Putin "Pasxa atəşkəsi" elan etdi

Rusiya Prezidenti Vladimir Putin Pasxa bayramı ilə əlaqədar atəşkəs elan edib.

Bu gün
23:321
Sudanda toy mərasiminə dron hücumu: 40-dan çox insan həlak olduDünya

Sudanda toy mərasiminə dron hücumu: 40-dan çox insan həlak oldu

Sudanın Şimali Darfur ştatında toy mərasiminin keçirildiyi əraziyə pilotsuz uçuş aparatının zərbəsi nəticəsində 40-dan çox insan həlak olub.

Bu gün
23:360