
Ermənistanda bəzi xarici proqramların yayımı dayandırılır
Ermənistan parlamenti ikinci və yekun oxunuşda "Audiovizual media haqqında" qanuna dəyişiklikləri təsdiqləyib.
Ermənistan parlamenti ikinci və yekun oxunuşda "Audiovizual media haqqında" qanuna dəyişiklikləri təsdiqləyib.
Gundem.today-ın TASS-a istinadən verdiyi məlumata görə, bu düzəlişlər ölkənin daxili işlərinə müdaxilə əlamətləri daşıyan xarici proqramların ictimai televiziya vasitəsilə yayımına qadağa qoyulmasını nəzərdə tutur.
Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan komissiyanın iclasında bildirib ki, layihə tənzimləyici dövlət qurumuna müharibəyə çağırış və ölkənin daxili işlərinə müdaxilə göstəricilərini müəyyən etmək səlahiyyəti verəcək. Onun sözlərinə görə, qəbul edilmiş dəyişikliklərə əsasən, audiovizual proqramların yayımının qadağan edilməsi halları müəyyənləşdiriləcək və daxili proseslərə müdaxilə edən materialların efirə verilməsinin qarşısı alınacaq.
Fevralın 3-də parlamentin elm, təhsil, mədəniyyət, diaspor, gənclər və idman məsələləri üzrə daimi komissiyasının iclasında layihənin müzakirəsi zamanı Ayrapetyan qeyd edib ki, daxili proseslərə, o cümlədən hakimiyyət strukturunun formalaşmasına, seçki və referendumların keçirilməsinə birbaşa və ya dolayısı ilə təsir göstərmək məqsədi daşıyan efir bəyanatları Ermənistanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilə bilər. Nazir əlavə edib ki, xarici dövlət və ya onunla əlaqəli təşkilat tərəfindən yaradılan, maliyyələşdirilən və ya redaktə olunan müstəqil media subyektləri də bu tənzimləmənin təsiri altına düşə bilər. Lakin, yalnız faktlara əsaslanan və qiymətləndirici mülahizələr daxil etməyən analitik proqramların qanuna edilən dəyişikliklərdən kənarda qalması istisna edilmir.
Qeyd edək ki, daha əvvəl Ermənistan rəhbərliyi yayımlanan analitik proqramları tənqid edərək respublikada Rusiya televiziyalarının yayımının məhdudlaşdırılmasının tərəfdarı olduqlarını bildirmişdi. 2024-cü ilin aprelində baş nazir Nikol Paşinyan vurğulamışdı ki, Rusiya telekanalları Ermənistanın daxili həyatına hörmətsizlik nümayiş etdirərsə, onların fəaliyyəti qadağan olunacaq. 2025-ci il iyulun 1-də isə parlamentin spikeri Alen Simonyan ölkədə Rusiya telekanallarının yayımının dayandırılması məsələsinin müzakirəyə çıxarılmasının vacibliyini qeyd edib. Hazırda Ermənistanda ictimai televiziya şəbəkəsi vasitəsilə Rusiya telekanallarının təkrar yayımı həyata keçirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİranda internet açılmayacaq? - Parlament üzvündən gözlənilməz açıqlama
"Hazırkı dövrdə qlobal şəbəkəyə çıxışın yenidən təmin edilməsi dövlətin maraqlarına cavab vermir".
Dünyaİran və ABŞ razılığa gəlib? - "Ən çətin məsələlərlə bağlı müsbət nəticələr var"
"İran və Amerika Birləşmiş Ştatlarının rəsmilərinin qarşıdakı görüşü yekun razılaşmanın imzalanması ilə nəticələnə bilər".
DünyaYaponiyada xəstəxanalar enerji böhranı səbəbindən bağlanma təhlükəsi qarşısındadır
Yaponiyada bir çox xəstəxana Yaxın Şərqdəki münaqişə fonunda yaranan enerji böhranı ilə bağlı xərclərin artması səbəbindən bağlanma riski ilə üz-üzədir.
DünyaKastronun nəvəsinin Trampa göndərdiyi gizli məktub aeroportda ələ keçdi
Kubanın sabiq rəhbəri Raul Kastronun nəvəsi Rodriges Kastro ABŞ Prezidenti Donald Trampa məxfi məktib göndərməyə cəhd edib.